MMMC-lərin yaradılması əmək bazarında canlanmaya səbəb olacaq
.jpg?v=1520254601)
Məlum olduğu kimi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) yaradılmasına maraq get-gedə artır. Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, o cümlədən çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində işlər davam etdirilir.
Artıq paytaxtda bir neçə MMMC fəaliyyət göstərir. Bununla yanaşı, hazırda Bakı şəhərinin bir neçə rayonu üzrə iyirmidən artıq çoxmənzilli binada yeni idarəetmə üsullarının tətbiqi, eləcə də MMMC-lərin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilir.
Bu arada bəzi ekspertlərin fikrincə, bu cür təsisatların sayı artırılsa ölkədə on minlərlə yeni iş yeri açılacaq. Bunu onunla əsaslandırırlar ki, Mənzil-İstismar Sahələri ilə müqayisədə yeni yaradılacaq təsisatlar daha çox əmək tutumludur.
Sözügedən məsələni dəyərləndirən iqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, yaşayış binalarında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri yaradılacağı təqdirdə ölkə üzrə təxminən 60 min yeni iş yerinin yaradılması mümkündür: "Hazırda ölkədə 15 minə yaxın çoxmənzilli bina var. Binaların əksəriyyətinə Mənzil-İstismar Sahələri, az bir qisminə Mənzil-Tikinti Kooperativləri xidmət göstərir. MİS-lər ləğv edilərsə və uyğun olaraq yeni idarəetmə sistemi tətbiq edilərsə, yaradılacaq hər MMMC-yə ən azı 3 nəfər işçi tələb olunacaq. İşçilərin sayı mənzillərin sayından asılı olaraq 2 dəfəyədək arta bilər: bura MMMC-nin sədri, mühasibi, texniki işçiləri və sair əməkdaşlar daxildir. Bina idarəçiliyinin MMMC-lərə verilməsi ölkədə kommunal xidmət bazarının formalaşmasını da şərtləndirəcək. Yəni binaların cari təmirindən tutmuş kapital təmirinə qədər bütün işləri həyata keçirən özəl şirkətlər və paralel olaraq iş yerləri yaradılacaq".
S.Əliyevin fikrincə, 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın 3 idarəetmə üsulundan birini seçməyə borcludur: "Birincisi, sahə mülkiyyətçilərinin bilavasitə idarəetməsi. İkincisi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativinin idarəetməsi. Üçüncüsü, idarəedici təşkilatın idarəetməsi. Bu qurumlar beynəlxalq təcrübədə kondominium adlanır. Hazırda Bakının Binəqədi, Yasamal və Nəsimi rayonlarında 4 MMMC dövlət qeydiyyatından keçib. Qeydiyyat sistemi sadələşdirilsə və bütün çoxmərtəbəli binaların sakinləri bu addımı atsa, belə cəmiyyətlərin sayı 15 minə qədər arta bilər. MMMC çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir. Bu qurum çoxmənzilli binada daşınmaz əmlak kompleksinin birgə idarəçiliyini, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin edir. MMMC qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir. Onun əsas məqsədi mənfəət götürmək deyil. MTK-lardan fərqli olaraq, MMMC rəhbərini bina sakinləri seçir. MMMC-nin gəlirləri əsasən 3 mənbədən qaynaqlanır: sakinlərin verdiyi aylıq haqlar, dövlət büdcəsindən ayrılan maliyyə yardımları və MMMC-nin fəaliyyəti nəticəsində (satış və icarə) əldə olunan gəlirlər".