Çərşənbə axşamı günü, 6 may 2025
     

Azərbaycan Vergilər Nazirliyi ABŞ-ın mühüm dövlət orqanı ilə xüsusi əməkdaşlığa başlayır

Image

Qısa olaraq FATCA adlandırılan Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilərək və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minib. Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (İRS) açıqlanmasını tələb edir.
FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.
FATCA-ya əsasən, ABŞ vergi ödəyiciləri hesab olunan şəxslər xarici hesabları və digər maliyyə aktivləri barədə məlumatları ABŞ vergi bəyannaməsi ilə birlikdə İRS-ə təqdim etməlidir.Banklar da daxil olmaqla, xarici maliyyə institutları isə ABŞ Daxili Gəlirlər İdarəsinə (İRS) onlarda hesab açmış ABŞ vergi mükəlləfləri barədə məlumatları, o cümlədən onların adları, vergi identifikasiya nömrələri, ünvanları, hesab qalıqları, hesaba daxil olan və hesabdan çıxan ödənişlər barədə məlumatları verməlidir. İstənilən dövlətin qanunun tələblərinə əməl etməyən, yəni İRS-lə əməkdaşlıq etməyən maliyyə institutlarını 2014-cü ilin 1 iyul tarixindən başlayaraq ciddi sanksiyalar gözləyir və onlara ABŞ-dakı və FATCA-ya əməl etmək öhdəliyini qəbul etmiş digər dövlətlərdəki maliyyə institutlarında olan müxbir hesablar vasitəsilə edilən ödənişlərdən müxbir hesabın yerləşdiyi maliyyə institutu tərəfindən ödəmə mənbəyində 30% vergi tutularaq İRS-ə köçürülməlidir.
Məlum olduğu kimi, bütün dünyada ABŞ dolları ilə həyata keçirilən ödənişlərin böyük əksəriyyəti ABŞ-da yerləşən banklardakı müxbir hesablar vasitəsilə həyata keçirildiyindən, ABŞ-ın əməkdaşlıq etməyən istənilən xarici maliyyə institutuna qarşı qanunda nəzərdə tutulmuş cəza tədbirlərini tətbiq etmək üçün real imkanları var.
FATCA qəbul edildikdən sonra bir çox dövlətlərin daxili qanunvericilikləri həmin dövlətin banklarına və digər maliyyə institutlarına məlumatları xarici dövlətdə qəbul edilmiş qanun əsasında həmin dövlətə ötürməyə imkan vermədiyindən, ABŞ Xəzinədarlıq Departamenti və İRS FATCA-nın tətbiqi üçün digər dövlətlərlə hökumətlərarası sazişlərin bağlanması yolu ilə məlumatların alınması variantı da qəbul edilib və təklif olunan hökumətlərarası sazişin iki modeli hazırlanıb.
1-ci model məlumatların maliyyə institutları tərəfindən İRS-ə deyil, öz dövlətlərinin səlahiyyətli orqanına, həmin orqan tərəfindən isə İRS-ə ötürülməsini nəzərdə tutur. Bu modelin isə Model 1A və Model 1B adlanan iki forması var. 1A Modelinə uyğun bağlanmış sazişlərə əsasən, ABŞ və digər dövlət arasında qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir, yəni ABŞ tərəfi də eyni qaydada digər dövlətin vergi ödəyicilərinin ABŞ maliyyə institutlarında olan hesabları barədə məlumatları həmin dövlətin səlahiyyətli orqanına təqdim edir, 1B Modeli əsasında bağlanmış sazişlərə əsasən isə məlumatlar yalnız həmin dövlət tərəfindən ABŞ-a ötürülür.
Hökumətlərarası Sazişin 2-ci Modeli məlumatların maliyyə institutlarının özləri tərəfindən İRS-in elektron portalında qeydiyyatdan keçməklə birbaşa İRS-ə təqdim edilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 103s nömrəli sərəncamı ilə FATCA-nın tətbiqi məqsədi ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında FATCA tələblərinin həyata keçirilməsi barədə Hökumətlərarası Sazişin bağlanması məqbul hesab edilib. Qeyd edilən sərəncamla bağlanması nəzərdə tutulan Hökumətlərarası Sazişin modeli kimi mümkün olan ən əlverişli model, yəni dövlətlər arasında qarşılıqlı məlumat mübadiləsini nəzərdə tutan 1A Modeli, məlumat mübadiləsinin aparılması məqsədi ilə səlahiyyətli orqan qismində isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilib.
Hökumətlərarası Saziş layihəsinin mətninin razılaşdırılması məqsədilə Nazirlər Kabinetinin eyni sərəncamı ilə Komissiya yaradılıb və Komissiya tərəfindən Hökumətlərarası Saziş layihəsinin ilkin mətni üzrə diplomatik kanallar vasitəsilə ABŞ tərəfi ilə aparılmış müzakirələr nəticəsində Hökumətlərarası Saziş layihəsi üzrə mövcud modellərdən ən üstünü olan 1A Modeli əsasında ümumilikdə razılıq əldə edilərək, 16 may 2014-cü il tarixdə Azərbaycan Respublikası tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilib.
Azərbaycan Respublikasının tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilməsi nəticəsində Azərbaycanın maliyyə institutları üçün İRS-in portalında qeydiyyatdan keçməyin son müddəti 5 may 2014-cü il tarixindən 31 dekabr 2014-cü il tarixinədək uzadılıb. Bundan əlavə, Azərbaycan maliyyə institutlarının 1 iyul 2014-cü il tarixindən başlayaraq tətbiq ediləcək sanksiyaların təsiri altına düşməyəcəyi birmənalı olaraq təmin edilib.
Ümumilikdə mahiyyəti üzrə razılıq əldə edilmiş Hökumətlərarası Sazişin yekun mətninin hazırlanması, onun imzalanması ilə bağlı dövlətdaxili prosedurların həyata keçirilməsi və 31 dekabr 2014-cü il tarixinədək imzalanması təmin edildikdən sonra tərəflərin səlahiyyətli orqanları arasında məlumat mübadiləsinin praktik təşkilinin formatı, konfidensiallığın qorunması və digər məsələləri tənzimləyən əlavə razılaşma bağlanacaq.



VİDEO

SON XƏBƏRLƏR

06.05.2025 / 00:33
Keçmiş ABŞ məmurundan ŞOK ETİRAF – insan nəslinin yox olma ehtimalına qarşı okeanların altında gizli yeraltı şəhərlər tikmişik

05.05.2025 / 23:41
Krım yarımadası... 1942-1943-cü illər... Türk-Müsəlman və Yəhudi soyqırımı...

05.05.2025 / 23:08
İran: “Bizim təklifimiz Azərbaycanda “güclü dəstək” aldı”

05.05.2025 / 23:07
Ərdoğan və Tramp Suriya, Qəzza, Hərbi Əməkdaşlıq məsələlərini müzakirə etdi

05.05.2025 / 22:12
Laçın sakini olan zərərçəkmiş şəxs: "İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu" - MƏHKƏMƏ +FOTO

05.05.2025 / 21:55
"Ailə büdcəsi quraq, daha varlı olaq!" layihəsinə start verildi

05.05.2025 / 21:25
Netanyahu Bakıya gələ bilmədi - Suriyada İsrail-Türkiyə qarşıdurmasının yeni pilləsi başlanır...

05.05.2025 / 21:12
ABŞ-Ukrayna sazişinin cəmiyyətlərə açılmayan ilginc məqamları var...

05.05.2025 / 20:57
65 yaşdan yuxarı məhbuslar budəfəki əfvdə xüsusi nəzərə alınacaq(?)...

05.05.2025 / 20:43
Putin Əliyevə məktub yazdı, Kirilli göndərdi, ardınca Azər Badamov Moskvadan deport edildi - Kremli Azərbaycanla qarşıdurmaya kim çəkir?..

05.05.2025 / 20:30
Avropa komissarı Azərbaycanın məhkəmə sistemini heçə saydı - “dərhal azad edilsin” tələbi alt-üst edildi...

05.05.2025 / 20:19
Zəngəzurla bağlı İran fikrini kəskin dəyişə bilər - inanılmaz...

05.05.2025 / 20:17
AVCİYA-nın 15 il əvvəl böyük əks-səda doğuran təşəbbüsü

05.05.2025 / 20:05
Moskva İrəvanı hədələdi - Simonyan Kremlə "casusunu yığışdır" mesajı verdi...

05.05.2025 / 19:52
AZAL-ın Hindistana uçuşları artırması düzgün qərar sayılmır...

05.05.2025 / 19:38
Paşinyan onlara "yarıcanlar" dedi - Sarkisyanla Köçəryan qisas üçün ölür...

05.05.2025 / 19:36
“Azərbaycanlılar dəhlizdən əl çəkmədilər, eləmi? sualı Simonyanı əsəbiləşdirdi”

05.05.2025 / 19:25
Qarabağda və Zəngəzurda 5 ildə nələr olacaq?..

05.05.2025 / 19:13
K.Ambarsum: - “Rusiya bizim dəhşətli sonumuzu gətirəcək”

05.05.2025 / 19:12
Azərbaycan deputatları Rusiyanın addımlarında dostluq mahiyyəti görmürlər...

05.05.2025 / 19:05
Media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb - FOTO

05.05.2025 / 18:59
Tramp ABŞ-ı iki dünya müharibəsinin qalibi saydı - Bakıda tarixçilər buna nə deyir...

05.05.2025 / 18:53
Ermənistanın Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edildi

05.05.2025 / 18:45
Bakı məhkəməsi qondarma "Artsax" seçkilərini demokratik sayanları ifşa etdi

05.05.2025 / 18:42
10-cu - Uluslararası Türk Dünyası Şeir və Muzik Festivalı başa çatdı - FOTO

05.05.2025 / 18:32
Tramp hansı əsasla 9 Mayı yox, 8 mayı qələbə günü sayır...

05.05.2025 / 18:18
Xarici turistlər hələ də Bakıdan regionlara çıxmaq istəmir... Az qala 80 faiz...

05.05.2025 / 18:04
Rus səfir "müdrik" sözü altında erməni cəmiyyətini hakimiyyətə "təzyiqlərə" çağırdı...

05.05.2025 / 17:51
Mühacirətdə “Arsax hökuməti” qurulur - biz niyə Qərbi Azərbaycan hökuməti qurmayaq?!..

05.05.2025 / 17:43
Azər Badamovun Moskvadan deportasiya edilməsi həm də Heydər Əliyevin anım tədbirlərinə qarşı təxribatdır…

05.05.2025 / 17:33
Bu ölkələri hara aparırlar? - Aydın Quliyev yazır

05.05.2025 / 17:20
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi yeni layihənin icrasına başladı

05.05.2025 / 17:18
Ermənistan ABŞ-da uduzduğunu anladı - ili 50 min dollara lobbi təşkilatı tutdular...

05.05.2025 / 17:11
Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb - FOTO

05.05.2025 / 17:04
Bu faktlar olmasaydı, azərbaycanlı deputatın Moskvadan deportasiyası təsadüf sayılardı...

05.05.2025 / 16:50
Tramp Aİ liderlərini biabır etdi – “Putin telefonlarına cavab vermir, mənə yalvarırlar ki…"

05.05.2025 / 16:41
Sosial şəbəkələrdə vətəndaşları aldadıb 51 min manatını ələ keçirən dələduzlar yaxalandı

05.05.2025 / 16:35
Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edildi

05.05.2025 / 16:34
İtaliyada qalmaqal: “Uşaq qatilləri” adlandırılan israilli cütlük restorandan qovuldu

05.05.2025 / 16:30
Bakıda işıqforlara LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələri quraşdırıldı

05.05.2025 / 16:26
Xarici İşlər Nazirliyinin əsasnaməsi təsdiqləndi

05.05.2025 / 16:20
Mirnağının şəhidlik zirvəsi

05.05.2025 / 16:04
Naxçıvanda Azərbaycan XİN Aparatının müvafiq idarəsi yaradılır

05.05.2025 / 15:55
Prezident İlham Əliyev “Sosial xidmət haqqında” qanunda dəyişikliyi təsdiqlədi

05.05.2025 / 15:55
Hindistan Pakistana qarşı iki ölkə arasındakı münaqişəni körükləyən təxribatcı addım atdı

05.05.2025 / 15:50
“Feldyeger rabitəsi haqqında” qanunda dəyişiklik edilib

05.05.2025 / 15:36
Sumqayıtda səsboğuculara qəsdən müdaxilə edən moped və motosiklet sürücüləri saxlandı

05.05.2025 / 15:23
Məhkəmədə Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı vidematerial nümayiş etdirildi

05.05.2025 / 15:10
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

05.05.2025 / 14:55
Tramp prezidentliyə varisini göstərdi...

05.05.2025 / 14:47
Məhkəmədə Serj Sarkisyanın və Movses Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olundu

05.05.2025 / 14:34
"Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir" - Əli Əsədov

05.05.2025 / 14:28
ABŞ mediası: “Vaşinqton ABŞ-ın Yəməndəki itkilərini ört-basdır etdi”

05.05.2025 / 14:26
Daşkənd Rusiyada vətəndaşlarının hüquqlarının pozulmasından narahatlığını bildirdi

05.05.2025 / 14:25
Putinin müharibəsinin dəhşətləri: "Son üç il boğazımıza keçirilmiş ilgək kimi oldu"

05.05.2025 / 14:24
Trampın etirafı: “Rusiya bütün Ukraynanı almaq istəyir”

05.05.2025 / 14:16
Simonyan Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham etdi...

05.05.2025 / 14:15
Hindistan Bağlıhar bəndi vasitəsilə Pakistana su təchizatını kəsdi

05.05.2025 / 14:02
Şirvanda üzərində narkotik aşkarlanan şəxs həbs edildi

05.05.2025 / 14:00
Husilər İsraili hava blokadasına alır

05.05.2025 / 13:48
Bu dərmanlar pulsuz olacaq - hazırlıq gedir...

05.05.2025 / 13:22
Polis Ağdamda əməliyyat keçirdi - iki qardaş həbs edildi

05.05.2025 / 13:10
Tramp Səudiyyədə Putinlə görüşə bilər...

05.05.2025 / 12:35
Prezident Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayırıb

05.05.2025 / 12:26
Bir həftədə 1 400 hektardan çox ərazi minalardan təmizlənib

05.05.2025 / 12:10
Bu hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq- AÇIQLAMA

05.05.2025 / 12:00
Xətai rayonunun bu əraziləri işıqsız qalacaq - XƏBƏRDARLIQ

05.05.2025 / 11:23
Putin –Tramp ittifaqı dağılır...

05.05.2025 / 11:19
Ermənistanın müdafiə naziri Afinaya gedib

05.05.2025 / 11:12
Sumqayıtda dönərxanada nöqsanlar aşkarlandı - AQTA məlumat yaydı

05.05.2025 / 11:06
Kiberdələduzlar iş başında - bank kartlarından 46 min manat oğurlanıb

05.05.2025 / 11:00
"Avroviziya 2025"-in Azərbaycandan olan şərhçiləri açıqlandı

05.05.2025 / 10:30
Ukraynadan Moskvaya PUA hücumu - 26 PUA məhv edildi

05.05.2025 / 10:23
Bu tədbirlərin icrası istiqamətində işlər aparılır - nazir

05.05.2025 / 10:20
Şəhid atası meşədə itkin düşüb

05.05.2025 / 10:14
Abşeronda "Mercedes" yanıb

05.05.2025 / 10:07
"Qarabağ"ın 15 yaşlı futbolçusundan mövsümün rekordu!

05.05.2025 / 10:00
Bu həbsxana 62 ildən sonra bərpa edilir - Tramp GÖSTƏRİŞ VERDİ

05.05.2025 / 09:42
"Kurtlar Vadisi Pusu"nun aktyoru vəfat edib

05.05.2025 / 09:31
Belarusun Baş naziri Bakıya yola düşüb

05.05.2025 / 09:26
Gədəbəy sakini dəm qazından ölüb

Qarabağda və Zəngəzurda 5 ildə nələr olacaq?..

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678