Cümə axşamı günü, 29 may 2025
     

Daha təkmil statistika - daha yaxşı həyat

Image

Sosial həyatın, rifahın, yaşayış səviyyən, gündəlik tələbatın, gəlirin, çıxarın, doğumun, ölümün - hamısı statistika ilə bağlıdır. İlləri bir-birilə müqayisə etdikdə, hadisələr arasında bənzərlik, yaxud fərqlilik axtaranda mütləq statistikaya müraciət edir, ona istinad etməyə çalışırıq. Həyatımıza aidiyyəti olan çox şey statistika ilə bağlıdır. Bəzən fikirləşirik ki, cəmiyyətə, insanlara, ətraf mühitə, təbiətə, istehsalata aid olan informasiyanı statistika mütəxəssisləri haradan əldə edir?
Bu əslində onların diqqət, həssaslıq, böyük vaxt tələb edən fəaliyyətinin nəticəsidir. Bəzən mənə elə gəlir ki, bu sahədə çalışanlar saat kimi dayanmadan işləyir, hər saat, hər dəqiqə əldə etdikləri informasiyaları toplayır, saf-çürük edir, dəqiqləşdirir, daha mükəmməl formada bizə təqdim edir. Statistika bəlkə də sosial-iqtisadi məsələləri özündə daha çox ehtiva edir. Çünki dünyada onun qədər insan amilinə yaxın olan çox az predmetlər var. Sosial həyatımızın bütün sferalarını özündə əks etdirən daha təkmil, dəqiq, həqiqət üzərində qurulan statistika insanlara daha çox lazımdır. Qeyri-müəyyən, ziddiyyətli rəqəmlərlə, göstəricilərlə tez-tez rastlaşırıq. Bəzən görürsən ki, özünü ekspert hesab edən birisi durub elə faktlar sadalayır ki, adam məəttəl qalır, dəqiqliyinə şübhə etdiyin məsələ haqqında doğru məlumatı statistik göstəricilərdən alırıq. Yanlış informasiya insanların narahatlığına səbəb olur. Amma dəqiq rəqəmlər üzərində hesablanan statistika bu narahatlığa son verir. Son illərin ən çox müzakirə edilən məsələlərindən biri ailə qurma və boşanmalarla bağlıdır. Bir çox hallarda çıxıb deyirlər ki, boşanmanın sayı artır, amma statistik göstəricilər isə bunun əksini göstərir. Odur ki, təkmil, dəqiq statistika bizim yaşam tərzimizə, deyərdim ki, sağlamlığımıza belə, müsbət təsir edir. Çünki peşəkarlıqla hazırlanıb, həqiqəti ifadə edir. Mütəxəssislər qeyd edir ki, statistikanın predmetini kütləvi sosial-iqtisadi həyat hadisələri təşkil edir. O, müəyyən məkan və zaman şəraitində bu hadisələrin kəmiyyət tərəfini onların keyfiyyət məzmunundan ayrılmaz surətdə öyrənir. Cəmiyyətin sosial-iqtisadi həyatı müxtəlif növ kütləvi hadisələrdə görünür (məsələn, müxtəlif növ məhsul istehsalı və istehlakı, məhsul ixracı, yük və sərnişin daşınması və digər iqtisadi, mədəni və siyasi həyat hadisələri). Statistika eyni zamanda təbii resursları və təbii şəraiti də öyrənir. Çünki onlar cəmiyyət həyatına əhəmiyyətli təsir göstərir. Cəmiyyət həyatında baş verən hadisə və proseslər statistika tərəfindən statistik göstəricilər vasitəsilə öyrənilir.
Qeyd edildiyi kimi, statistika insan həyatını, iqtisadiyyatı, ətraf mühit və digər sahələri özündə ehtva edir. Demoqrafiya və sosial statistika dedikdə burada həyatımızın bütün mənzərəsi, tələbatımız özünü büruzə verir. Mütəxəssislər qeyd edir ki, demoqrafiya və sosial statistika dedikdə bura çox məsələlər - əhali, əmək bazarı, təhsil, elm və mədəniyyət, səhiyyə, sosial təminat, idman, cinayətkarlıq və hüquqpozmalar daxildir. Həyat tərzimizdə önəmli yer tutan bir statistika növü də var ki, o iqtisadi statistika adlandırılır. İqtisadi statistikaya milli hesablar sistemi, kənd, meşə və balıqçılıq təsərrüfatı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə, qiymət, iaşə və pullu xidmət, turizm aiddir. Ətraf mühit və digər sahələrdən danışarkən burada ətraf mühitin mühafizəsi, regionlar, ev təsərrüfatları büdcəsi, gender, informasiya cəmiyyəti, minilliyin inkişaf məqsədləri, sahibkarlıq, ərzaq balansları məsələləri vurğulanmalıdır. Bu sahələrin hamısı bütövlükdə statistikanın hərəkətverici qüvvəsidir. Həyatımıza dərindən nüfuz edən statistika hər bir ölkədə var və cəmiyyətin mərkəzində oturub hadisələri hesaba alır.
Bilirik ki, 20 oktyabr Ümumdünya Statistika Günüdür. Bu beynəlxalq bayram Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64/267 nömrəli qətnaməsinə əsasən qeyd olunur. Məlumatlara görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 64/267 nömrəli qətnaməni qəbul etməklə etibarlı statistika məlumatlarının hazırlanmasında milli statistika təşkilatlarının fundamental əhəmiyyətini təsdiq edib. 2010-cu ildə onun "Rəsmi statistikanın bir çox nailiyyətlərinin bayram edilməsi" mövzusu üzrə keçirilməsi qərara alınıb. Mətbuatda yazılana görə, BMT-nin baş katibi Pan Gi Mun dünyanın bütün dövlət başçılarına bu haqda müraciət edərək xahiş edib ki, Ümumdünya Statistika Gününün yüksək səviyyədə qeyd olunmasına kömək göstərsinlər. Son məlumata görə, 100-dən çox ölkədə, habelə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ümumdünya Statistika Günü təntənəli şəkildə qeyd ediləcək.
Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2010-cu ildə Azərbaycanda statistikanın təşkilindən 164 il keçib və rəsmi statistikanın isə 90 yaşı tamam olub. Hazırda isə milli statistikamız 95 illik yubileyini qeyd etməyə hazırlaşır. Məlumatlara görə, 1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk əsasnamə təsdiq olunub. Azərbaycanda statistika orqanlarının bütün dövrlərdəki işi statistika orqanları qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsinə yönəldilib. Bu, hər şeydən əvvəl, ölkənin sosial-iqtisadi inkişafına dair elmi cəhətdən əsaslandırılmış statistik məlumatların vaxtında yığılması, işlənməsi və cəmiyyətin bütün təbəqələrinə çatdırılmasından ibarət olub. Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır. İnsan cəmiyyətinin və xalq təsərrüfatının inkişafında kəmiyyət dəyişikliklərini öyrənən və bu sahədə əldə edilən məlumatı (rəqəmləri) elmi və praktik məqsədlər üçün işləyib hazırlamaqla məşğul olan elm kimi statistika özünə şöhrət tapıb. Bir sıra sahələr kimi statistikanın da əsasını elm, elmi bilgilər təşkil edir. Azərbaycan ərazisində statistikanın müntəzəm təşkilinə Şamaxı (1846-cı ildən 1859-cu ilədək), Bakı (1859-cu il) və Gəncə (1867-ci il) quberniyalarının yaradılmasından sonra onların tərkibində statistika komitələrinin fəaliyyəti ilə başlanıb. Onu da vurğulayaq ki, həmin dövrdən başlayaraq 1917-ci ilədək tərtib edilən, özündə 20-27 statistik cədvəli birləşdirən quberniyaların illik hesabatları statistik xarakterli çoxsaylı məlumatları - əhalinin, mal-qaranın, fəhlələrin, yarmarkaların, fabrik və zavodların sayını, əkin və məhsulları, yarmarka dövriyyələrini, əsas malların ticarət qiymətlərini, hərbçilərin sayını və bir çox başqa məlumatları əhatə edirdi.
Azərbaycan Xalq Cumhuriyyətinin 23 aylıq mövcudluğu dövründə (1918-1920) ölkə ərazisində statistik məsələlərə rəhbərlik edən vahid orqanın yaradılmasına tam nail olunmasa da, ayrı-ayrı nazirliklərin tərkibində statistika ilə bağlı müəyyən qurumlar yaradılıb. Bu qurumlar 15 noyabr 1918-ci il tarixindən Dövlət Əmlakı və Əkinçilik Nazirliyinin tərkibində Statistika şöbəsi və 1919-cu il iyul ayından isə Əkinçilik Nazirliyinin Torpaq Fondu şöbəsində Statistika bürosu kimi fəaliyyətdə olub.
1920-ci il iyulun 8-də Nəriman Nərimanovun imzası ilə Azərbaycan İnqilab Komitəsi tərəfindən statistiklərin müvəqqəti kollegiyası haqqında əsasnamə təsdiq edilib. 1924-cü ildən Azərbaycan ərazisində yerli statistika orqanlarının yaradılmasına başlanıb və sonrakı illərdə bütövlükdə yerlərdə statistika orqanlarının yaradılması həyata keçirilib. 1928-ci il sentyabrın 28-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi haqqında yeni əsasnamə təsdiq edib.
1948-ci ilin avqustunda respublika Mərkəzi Statistika İdarəsi Dövlət Plan Komissiyasından ayrılaraq, SSRİ Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinə tabe olur. Bu, statistika orqanlarının işinin yaxşılaşdırılması üçün böyük əhəmiyyət kəsb edirdi. 1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilir və Azərbaycan SSR Nazirlər Kabinetinin 30 mart 1988-ci il tarixli Qərarı ilə Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında əsasnamə təsdiq edilir.
1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olub. Bu sahənin inkişafında Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyevin xüsusi rolu olub. Belə ki, Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanıb. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş "Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qeyd edilib.
Sözsüz ki, Azərbaycan müstəqillik əldə etdiyi dövr ərzində Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzində olub. Bu məqsədlə Dövlət Statistika Komitəsi tərəfindən statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi haqqında beşillik dövlət proqramları işlənib hazırlanıb və həyata keçirilib. Bu illər ərzində 4 Dövlət Proqramı (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012-ci illəri əhatə edən) yerinə yetirilib, sonuncu, 2013-2017-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2012-ci il 21 dekabr tarixli, 2621 nömrəli Sərəncamı ilə təsdiq edilib və onun yerinə yetirilməsinə başlanıb.
Proqramın məqsədi milli hesablar sisteminin təkmilləşdirilməsi, ölkənin sosial-iqtisadi inkişafını əks etdirən statistik istiqamətlərin və statistik təsnifatlar sisteminin inkişaf etdirilməsi, dövlət statistika orqanlarının vahid informasiya sisteminin inkişafı və təkmilləşdirilməsi, respondentlərə düşən statistik yükün azaldılması və s. həyata keçirməkdir.
Hazırda Dövlət Statistika Komitəsi sistemi Mərkəzi Aparatdan, Naxçıvan MR Dövlət Statistika Komitəsindən, Bakı Şəhər Statistika İdarəsindən, 83 rayon (şəhər) statistika idarəsindən (şöbəsindən) və Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan - Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindən, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzindən və Tədris Mərkəzindən ibarətdir.
Heseb edirik ki, Azərbaycan Dövlət Statistika Komitəsi cəmiyyətin həyatında verdiyi təkmil informasiya ilə fəal iştirak edəcək və dəqiq hesablamaları ilə bölgədə liderliyini qoruyacaq. Düzgün statistika insanların doğru şəkildə məlumatlandırılması deməkdir. Odur ki, hər zaman istinad yerimiz Dövlət Statistika Komitəsi olsun!
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.





VİDEO

SON XƏBƏRLƏR

29.05.2025 / 19:32
Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

29.05.2025 / 19:31
Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

29.05.2025 / 19:18
İbadət yerlərinin "rəislərini" QMİ yox, Komitə təyin edəcək - nə fərqi var?

29.05.2025 / 19:10
Vüqar Rəhimzadə: Azad Laçın Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz dostluğunun rəmzinə çevrildi

29.05.2025 / 19:05
Ermənistan delimitasiya danışıqlarının dalandan çıxmasına imkan vermir...

29.05.2025 / 18:51
Niyə məhz 28 Mayda, niyə məhz azad Laçından? - Bir proses başladı...

29.05.2025 / 18:44
Üç qardaş ölkənin strateji əməkdaşlıq modeli - Əhliman Əmiraslanov yazır...

29.05.2025 / 18:38
Bu həqiqətən böyük ədalətsizlik olub - erməni mediası İlham Əliyevdən sitatlar gətirir...

29.05.2025 / 18:31
"Ermənistan silahlı qüvvələrinin artilleriyası sanitar avtomobillərimizə və tibb işçilərinə atəş açırdı" - Zərərçəkmiş şəxs

29.05.2025 / 18:25
Üçtərəfli hərbi əməkdaşlıq böyük məkanda sülhü təmin edir - Laçında düstur müəyyən edildi...

29.05.2025 / 18:11
Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli müttəfiqlik və müdafiə sazişi... Proses başlanıb...

29.05.2025 / 17:57
Qərbi Zəngəzurda vəziyyət Müdafiə Nazirliyini xüsusi bəyanata məcbur etdi...

29.05.2025 / 17:56
Sadır Japarov Prezident İlham Əliyevi təbrik etdi

29.05.2025 / 17:49
Ermənistan parlamentinin sədri: "Müharibə olmayacaq, sülh olacaq”

29.05.2025 / 17:47
Uşaqları təhlükəli informasiyalardan qorumalıyıq!

29.05.2025 / 17:38
Azərbaycan, Türkiyə və Pakistan arasında 3 müasir mövzuda əməkdaşlıq başladı...

29.05.2025 / 17:25
Azad edilmiş rayonlarımızda dəfnə icazə verildi - Laçın ilk oldu...

29.05.2025 / 17:20
Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama - İrandan da dəstək gözləyirik...

29.05.2025 / 17:18
Kinematoqrafiya istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları hazırlanacaq - SƏRƏNCAM

29.05.2025 / 17:12
İsrail səfiri Holokostu təhqir edən ermənilərlə dostluq qurur... - VİDEO

29.05.2025 / 17:10
Daha 41 ailə Laçının Bəylik kəndinə köçürüldü

29.05.2025 / 17:05
Azərbaycan Xəzərin dayazlaşması ilə bağlı sammitin keçirilməsini təklif etdi

29.05.2025 / 17:02
Xorvatiyanın Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

29.05.2025 / 16:53
Xan Tanrı/Xan Tenqri dağı ətəklərində soyqırım faciələri...

29.05.2025 / 16:34
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda şəhid ailələrini və Culfada 100 yaşlı sakini evlərində ziyarət edib

29.05.2025 / 16:33
28 May Müstəqillik gününə həsr olunmuş konsert keçirilib

29.05.2025 / 16:29
Prezident Ərdoğan İranı Zəngəzur dəhlizini dəstəkləməyə çağırdı

29.05.2025 / 16:28
Suriyalı iş adamı Ukraynanı on minlərlə pilotsuz təyyarə ilə təmin edir

29.05.2025 / 16:21
Əbdülxaliq Hüseynovun “sən azadsan ” laylası

29.05.2025 / 16:07
Araz Musayevin Antalyada bıçaqlanması ilə əlaqədar 6 nəfər saxlandı

29.05.2025 / 15:50
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

29.05.2025 / 15:26
Oman Sultanı Prezident İlham Əliyevi təbrik etdi

29.05.2025 / 15:25
"Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən istifadə edirdilər" - Aprel döyüşlərində yaralanmış hərbçi

29.05.2025 / 14:19
Polis həbsdə olan şəxsin 11 il əvvəl törətdiyi daha bir cinayətin üstünü açdı...

29.05.2025 / 14:04
İran Azərbaycana Biləsuvar gömrük məntəqəsinin iş saatının artırılmasını təklif etdi

29.05.2025 / 13:50
DİN narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirdi

29.05.2025 / 13:25
Prezident İlham Əliyev BƏƏ-nin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib - FOTO

29.05.2025 / 13:18
Hərbi qulluqçumuz Kəlbəcərdə minaya düşdü

29.05.2025 / 13:10
Азербайджан жестко ответил Лаврову! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

29.05.2025 / 12:53
İsrailin İrəvandakı səfiri İlham Əliyevdən nümunə götürsəydi, çox yaxşı olardı...

29.05.2025 / 12:45
Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - RƏSMİ AÇIQLAMA

29.05.2025 / 12:38
Müdafiə Nazirliyi Ermənistanın yalanını ifşa etdi - növbəti təxribatlarına zəmin yaratmağa cəhd edirlər

29.05.2025 / 12:26
“Lavrovun Ermənistana səfəri də Sünikdə konsulluğun açılması məsələsini həll etmədi”

29.05.2025 / 12:25
Moskva münaqişəyə son qoymaq planını ABŞ-la bölüşməkdən imtina etdi

29.05.2025 / 12:13
Laçından kimlərə tarixi mesajlar verildi?

29.05.2025 / 12:04
ABŞ və Almaniya Putini yeni sanksiyalarla hədələdi

29.05.2025 / 12:04
Ağdam sakini göbələk zəhərlənməsindən öldü

29.05.2025 / 12:00
Mask Trampın daxili xərclər haqqında qanun layihəsindən narazılığını bildirdi

29.05.2025 / 11:55
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

29.05.2025 / 11:41
Bakıda 5 tondan çox narkotik vasitə yandırılaraq məhv edilib

29.05.2025 / 11:28
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrində olmadığını bildirdi

29.05.2025 / 11:22
“Rusiya Gürcüstanda təsirini artırır, Ermənistanla münasibətlər pisləşir”

29.05.2025 / 11:13
"815” Çağrı Mərkəzinə aprel ayı ərzində 13 minə yaxın zəng daxil olub

29.05.2025 / 11:06
BƏƏ şirkətinə 50 milyon dollar investisiya yatırıb - Fond açıqlama yaydı

29.05.2025 / 11:03
Putinin yeni yeni tələbləri sadəcə absurddur - CANLI

29.05.2025 / 11:00
Türkiyə mediası Ərdoğanın Laçın səfərindən yazır

29.05.2025 / 10:35
Bu Hollivud ulduzu ilə şəkil çəkdirmək 550 dollardır...

29.05.2025 / 10:26
52 nəfər şübhəli saxlanılıb - polis

29.05.2025 / 10:20
Şabran sakini yol qəzasında öldü

29.05.2025 / 10:16
"Azərbaycanla əlaqələrimizi çox yüksək qiymətləndiririk" - ABŞ rəsmisi

29.05.2025 / 10:09
Cənubi Koreyada təyyarə qəzası olub - 4 nəfər itkin düşüb

29.05.2025 / 10:05
Ərdoğan ABŞ-a gedir? - Hakan Fidandan açıqlama

29.05.2025 / 10:02
Həftəsonu 45 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

29.05.2025 / 10:00
Xətai rayonunun bir hissəsi 4 saat işıqsız qalacaq

29.05.2025 / 09:46
Liseylərə qəbulla bağlı bu qadağa aradan qaldırıldı

29.05.2025 / 09:30
"Zadəganlar" Konfrans Liqasının qalibi oldu

29.05.2025 / 09:22
Almaniyadan Rusiyanı qəzəbləndirəcək QƏRAR

29.05.2025 / 09:13
Mask Ağ Evi tərk edir: -“Mənim səlahiyyət müddətim başa çatmaq üzrədir”

29.05.2025 / 09:12
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Laçına səfərindən görüntülər paylaşılıb - VİDEO

29.05.2025 / 09:06
Laçına növbəti köç karvanı yola salınıb

29.05.2025 / 09:00
Məhkəmə Trampın tətbiq etdiyi tarifləri qanunsuz hesab edib, onları blokladı

28.05.2025 / 23:48
Həyatın poeziyada əksi - Dilarə Adilgil yazır

28.05.2025 / 23:24
Oskanyan: ”28 May – suverenliyimizim zədələndiyi bayramdır”

28.05.2025 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkələrdəki səhifələrində Laçın Beynəlxalq Hava Limanının açılışından görüntülər yayımlanıb - VİDEO

28.05.2025 / 22:53
Tramp: “Putinin ABŞ-ı aldatdığı aşkar edilərsə, reaksiya “fərqli” olacaq”

28.05.2025 / 22:52
Rusiya iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqlara hazır olduğunu bildirdi

28.05.2025 / 20:14
Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv etdi

28.05.2025 / 19:56
“Hakimiyyət dəyişikliyindən sonra Alen Simonyan ancaq Bakıda yaşaya biləcək”

28.05.2025 / 19:40
İvanişvili ABŞ səfiri ilə görüşməkdən imtina etdi

28.05.2025 / 19:27
"1918-ci ildə alovlanan azadlıq məşəli Azərbaycanın yoluna işıq saçır" - Ərdoğan

28.05.2025 / 18:38
Zakir Həsənov Yaşar Gülerlə görüşdü...

Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678