Bazar günü, 4 may 2025
     

Suverenliyin iqtisadi əsaslarında sahibkar töhfəsi...

Image

Azərbaycanın iqtisadi tərəqqisində sahibkarlar getdikcə daha böyük rol oynamaqdadırlar. Bunu dövlətin onlar üçün yaratdığı şərait fonunda sahibkarların iqtisadi inkişafa verdikləri töhfə də təsdiq edir. Ümumiyyətlə, dğvlət özəl sektorun iqtisadiyyatın inkişafına daha çox töhfə verməsi siyasətini yürüdür və bu da öz nəticələrini verir.

Təsadüfi deyil ki, ölkəmizdə sahibkarların sayı da bu durumda sürətlə artır. Cari ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda 1,4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb. Bununla yanaşı, hazırda 212 mindən çox hüquqi şəxs statusuna malik sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da əvvəlki illə müqayisədə 7,1 faiz çoxdur. O da təqdirəlayiq haldır ki, Azərbaycanın ərazilərini işğaldan azad etməsi də sahibkarlığın inkişafında yeni təkanverici qüvvəyə çevrilib. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyəti sürətlə inkişaf edir. Bunun ümdə səbəblərindən biri odur ki, dövlət tərəfindən bu bölgələrdə infrastrukturun sürətlə bərpası, vergi və gömrük güzəştləri, investisiya təşviqləri yaradılaraq iş adamlarının aktiv fəaliyyəti üçün münbit şərait formalaşdırılıb.

Sahibkarlığın inkişaf etdirilməsi dövlətin iqtisadi strategiyasının əsas hədəfləri sırasındadır

Görülən işlər, nəzərdə tutulan fəaliyyət strategiyaları bu qənaətə gəlməyə əsas verir ki, ölkə sahibkarları bundan sonra da Azərbaycanın suverenliyinin, müstəqilliyinin iqtisadi əsaslarının möhkəmlənməsinə öz töhfəsini verəcək. Bu fonda tamamilə təbii haldır ki, sahibkarlığın inkişaf etdirilməsi və dəstəklənməsi dövlətin iqtisadi strategiyasının əsas hədəflərindəndir. Əslində, bu davamlı dövlət siyasətidir. Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirir ki, sahibkarlıq sektoru dövlətin iqtisadi şaxələndirmə, dayanıqlı iqtisadiyyat hədəflərini dəstəkləyir və iqtisadi inkişaf üçün lokomotiv rolunu oynamaqdadır: “Bildiyimiz kimi, ölkəmizdə iqtisadi siyasətlə sosial siyasətin əlaqələndirilməsi, iqtisadi inkişafla sosial inkişafın bir-birini tamamlaması prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş təməl prinsiplərdən biridir. Konstitusiyamızda da vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi qeyd edilib. Bu gün iqtisadi inkişafın lokomotivi qeyri-dövlət sektoru olduğuna görə, o, həm də sosial missiyanı yerinə yetirir. Belə ki, 2024-cü ilin ilkin statistik məlumatlarına əsasən qeyri-dövlət sektorunun əməkhaqqı fondunda payı 51 faiz, məşğul əhalinin strukturunda payı 79,1 faiz, yeni yaradılan iş yerlərində payı 91,6 faiz təşkil edir. Bu sahibkarlıq sektorunun sosial inkişafa töhfəsinin statistik rəqəmlərdə konkret ifadəsidir”.

Dövlətin iş adamlarını dəstəkləməsinin daha bir real nümunəsi odur ki, Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb. Xatırladaq ki, bir müddət əvvəl prezident İlham Əliyev bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Bununla qarşıdakı 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Ümumiyyətlə, qeyd edək ki, ölkəmizdə həm də sahibkarlığın inkişafı üçün vacib olan qanunvericilik bazası yaradılıb. Bu təbəqənin hüquq və qanuni mənafelərinin müdafiəsini, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, müvafiq mühitini sağlamlaşdırılmasını təmin edən normativ hüquqi aktlar qəbul edilib, davamlı olaraq da təkmilləşdirlir. Elə bu müstəvidə Azər Əmiraslanov bildirir ki, ölkəmizdə dövlət-özəl tərəfdaşlığı mexanizminin tətbiqinə başlanılması dövlətin sahibkarları tərəf müqabili kimi dəyərləndirməsindən, onlara güvənməsindən irəli gəlir: “Milli iqtisadiyyatın inkişafında, dayanıqlı iqtisadi artımın təmin edilməsində, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində, sosial problemlərin həllində dövlətimizin sahibkarlardan gözləntiləri olduğu kimi, sahibkarların da dövlətdən – aidiyyəti qurumlardan, məmurlardan, millət vəkillərindən gözləntiləri var. Bir çox hallarda bu gözləntilər, sahibkarlar tərəfindən qaldırılan məsələlər, təşəbbüslər onların sosial-iqtisadi problemlərin həllinə töhfə vermək istəyindən irəli gəlir”.

Çinə məhsul satan Azərbaycan sahibkarlarının sayı artacaq

Sahibkarların imkanlarının genişləndirilməsi üçün dövlət onların ixrac qabiliyyətlərinin inkişafına da xüsusi diqqət edir. Bunun daha bir nümunəsi Çin və digər Şərq ölkələrinin bazarlarına çıxış imkanlarının genişlənməsi, Orta Dəhliz kimi beynəlxalq logistika layihələrinin reallaşmasıdır. Bu hal Azərbaycan sahibkarlarına daha böyük miqyasda fəaliyyət göstərmək, rəqabətqabiliyyətli məhsullarla xarici bazarlara çıxış əldə etmək üçün yeni imkanlar açır. Bu mənada prezident İlham Əliyevin Çinə səfəri, əldə olunan nəticələr həm də sahibkarlar üçün böyük önəmə malikdir.

Xatırladaq ki, səfər çərçivəsində qəbul olunan Birgə Bəyanat Azərbaycan və Çin arasında münasibətlərin yeni mərhələyə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə keçdiyini göstərdi. Qeyd edək ki, Çin Azərbaycanın idxalı baxımından bir nömrəli, ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. Bu fonda prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibəsində maraqlı bir nüansa diqqt çəkib: “Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik”. Çin olduqca böyük bazardır və burada Azərbaycanın payının artması sahibkarların də Çinə ixracının çoxalması deməkdir. Bu da ölkədə sahibkarlara əlavə böyük dəstək anlamına gəlir. Xüsusən də kiçik və orta müəssisələr üçün satış imkanlarının genişləndirilməsi, istehlakçı auditoriyasına çıxışın təmin olunması və rəqabətə davamlılığının artması dövlət üçün müstəsna önəm kəsb edir. Çinlə Azərbaycan arasında daşımaların artması isə fermerlərə əlavə üstünlüklər qazandırır. Çünki logistika mərkəzləri kənd təsərrüfatı məhsullarının satışını təşviq edir. Eyni zamanda, rəqəmsal texnologiyaların inkişafı ticarət şəbəkələrinə də öz müsbət təsirini göstərir. Elektron ticarət logistik texnologiyalar bazarını daha çevik edir və inkişafını stimullaşdırır. Bu, Azərbaycan sahibkarlarına təkcə Çin yox, digər ölkələrin də bazarlarına əlverişli çıxış imkanları yaradır.

SAMİRƏ SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

04.05.2025 / 18:12
Yerli mobil şəbəkə operatorları adından vətəndaşlara qarşı dələduzluq - DİN xəbərdarlıq etdi...

04.05.2025 / 17:20
Türkiyədə ŞOK OLAY... Ana müxalifət partiyası liderinin sifətinə yumruqla vurdular - FOTO

04.05.2025 / 16:23
Tramp Roma Papasının geyimində taxtda oturdu

04.05.2025 / 15:48
Yəmən husiləri Ban-Qurion şəhərinə hücum etdi

04.05.2025 / 15:34
Azərbaycan XİN deputatın Moskva hava limanında saxlanması ilə bağlı Rusiyadan izahat istədi...

04.05.2025 / 15:10
Netanyahunun Bakıya səfəri Türkiyənin hava məkanını bağlaması üzündən baş tutmadı

04.05.2025 / 14:41
Deputat Azər Badamov Moskva aeroportunda saxlandı və deportasiya edildi

04.05.2025 / 13:36
Leyla Əliyeva və Arzu Əliyeva Ordubadda... - FOTO

04.05.2025 / 13:10
“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşdi - FOTO

04.05.2025 / 11:47
Rusiyada özbəklərlə kobud rəftar Daşkəndi hərəkətə gətirdi - rus səfir XİN-ə çağırıldı…

04.05.2025 / 11:24
Trampın müşaviri İsrail üçün işləyirdi?

04.05.2025 / 10:42
Netanyahu Azərbaycana gələsi olmadı

04.05.2025 / 10:35
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verdi

04.05.2025 / 10:18
Medvedevdən Zelenskiyə təhdid kimi xəbərdarlıq - Kiyev mayın 10-nu görməyəcək...

04.05.2025 / 09:24
Zelenski Moskvada 9 May mərasiminə qatılacaq dünya liderlərini açıq şəkildə hədələdi - sizə heç bir zəmanət vermirik

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər - FOTO/YENİLƏNDİ

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

03.05.2025 / 16:05
Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir

03.05.2025 / 15:44
"Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir" - Ombudsman

03.05.2025 / 15:12
Ötən gün vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb

03.05.2025 / 14:41
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər - FOTO

03.05.2025 / 14:15
Sabirabadda narkotikin təsiri altında olan sürücünün avtomobilindən “Makarov” çıxdı

03.05.2025 / 13:50
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

03.05.2025 / 13:07
MKİ-nin keçmiş şefi ABŞ-ı Rusiyanın nüvə eskalasiyasından qorxmaqda günahlandırdı

03.05.2025 / 13:06
ABŞ Qələbəni 8 mayda, Rusiya 9 mayda, Qazaxıstan isə 7 mayda qeyd edəcək

03.05.2025 / 11:23
Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

03.05.2025 / 11:02
Sabah Bakıda bu yollar tam bağlanacaq - XƏBƏRDARLIQ

03.05.2025 / 10:26
Çində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

03.05.2025 / 10:15
"Şamaxı" "Səbail"ə, "Araz-Naxçıvan" "Sabah"a qarşı

03.05.2025 / 10:05
11 Ukrayna raketi məhv edilib - Rusiya açıqlama yaydı

03.05.2025 / 10:02
Tramp dinc durmur - indi də Roma Papası obrazında şəklini paylaşıb...

03.05.2025 / 09:45
“Qarpız”ın içərisində gizlədilən 63 kiloqram narkotika!

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678