Çərşənbə günü, 7 may 2025
     

Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

Image

Müasir dövrdə regionların sosial-iqtisadi inkişafı hər bir ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Lakin bir çox ölkələrdə, regionlarda iş yerlərinin azlığı ciddi problemlərdən biri olaraq qalır.

Bu vəziyyət həm əhalinin sosial rifahına mənfi təsir göstərir həm də miqrasiya proseslərini sürətləndirir. Azərbaycanda son illərdə həyata keçirilən uğurlu iqtisadi islahatlar və dövlət proqramları regionların inkişafına təkan verib. İnfrastrukturun modernləşdirilməsi, sahibkarlığın dəstəklənməsi və yeni investisiya layihələri bölgələrdə sosial rifahı yüksəldib, həyat səviyyəsini nisbətən yaxşılaşdırıb. Dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və sosial təşəbbüslər regionların inkişafına yeni imkanlar açır.

Regionların sosial-iqtisadi inkişafı prioritet istiqamətlərdən biridir

Əsas hədəflərdən biri regionlarda formalaşmış infrastrukturun dəyərə çevrilməsidir. Ölkəmizin iqtisadiyyatı gücləndikcə, bu sahəyə daha çox diqqət və vəsait ayrılır. Bütün bunlarla yanaşı, ölkədə demək olar ki, bütün sahələrdə köklü islahatlar aparılır və iqtisadiyyatın bütün sahələrində əsaslı dönüş yaranır. Bu vaxtadək Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Son 20 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi artıb, əhalinin sosial vəziyyəti yaxşılaşıb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb və sözügedən proses bu gün də davam etdirilir. Bütün bunlarla paralel, bu gün ölkə iqtisadiyyatının güclənməsi istiqamətində regionlarımızın inkişafı, eyni zamanda dayanıqlı iqtisadi inkişaf modelinin tətbiqi də mühüm rol oynayır. Hazırda regionlarımızda iqtisadi aktivliyin artırılması, daxili və xarici sərmayələrin cəlb olunması, istehsal və ixrac imkanlarının artırılması üçün mühüm işlər görülür. Prezident İlham Əliyev hər zaman bu hədəfləri müəyyən edib. Dövlət başçısının bu sahədə yürütdüyü siyasət regionların sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Çünki regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Bu sahədə qəbul edilən dövlət proqramlarının əsas hədəflərindən biri regionla Bakı arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılmasıdır və yaxud da minimuma endirilməsidir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əsas hədəflərindən biri xüsusən də bölgələrə daha çox investisiyanın cəlb edilməsindən ibarətdir. Ötən müddətdə regionlarda infrastrukturun qurulması və bunun fonunda kommunal xidmətlərin əlçatanlılığının təmin edilməsi reallaşıb. Nəticə etibarı ilə rəsmi statistikada regionlarla Bakı arasında iqtisadi fərqin mərhələli şəkildə azalmasını hiss edirik. Bu, zaman tələb edən bir prosesdir və növbəti illərdə proses daha geniş şəkildə davam edəcək.

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışı zamanı deyib ki, infrastruktur layihələrinin əsas məqsədi bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır: “Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır”.

Belə layihələr bölgələrdə yan sahələrin inkişafına öz təsirini göstərir

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad elmləri üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, hansı regionda böyük infrastruktur layihələri həyata keçirilirsə, bu, bilavasitə əhalinin məşğulluğuna öz müsbət təsirini göstərir: “Birinci ondan başlayaq ki, hansısa regionda su anbarı tikilirsə, yol infrastrukturu qurulursa, bu zaman ilk növbədə orada yaşayan əhali işə cəlb olunur. Adətən bölgələrdən əhali, əsasən də cavanlar işsizlik üzündən şəhərlərə üz tutur. Ancaq hansısa infrastruktur qurulanda həm ora işçi cəlb olunur, həm də bu, o bölgədə yan sahələrin inkişafına öz müsbət təsirini göstərir. Nəticədə yeni xidmət sahələri yaranır ki, bu da yeni iş yerlərinin yaranmasına təkan verir. Regionlarda su anbarları tikilirsə, bu, birinci növbədə aqrar sahənin inkişafında özünü göstərir. Çünki kənd təsərrüfatı sahəsi əmək tutumludur. Xüsusən də regionlarda aqrar məhsulların qablaşdırılması, emalı ilə bağlı müəssisələr yaradıldıqda bu, dayanıqlı iş yerlərinin açılmasına öz təsirini göstərir. Ona görə də regionlarda emal müəssisələrinin yaradılmasına hər zaman xüsusi diqqət göstərmək lazımdır. İndi demək olar ki, bütün regionlarda işıq problemi yoxdur. Bəzi dağ rayonlarının ucqar kəndlərində havalar soyuyanda fasilələr olur. Qazla təmin edilən rayonlarda da qazın verilməsi fasiləsiz təmin olunur. Əsas məsələ yeni iş yerlərinin açılmasıdır. Bunun üçün isə istehsal müəssisələrinin və xidmət sahələrinin açılmasına ehtiyac var”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

07.05.2025 / 13:08
Почему Россия не хочет мира ни с кем? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.05.2025 / 12:43
"Suriyadan videolar göndərərək pul lazım olduğunu deyirdi" - Terroru maliyyələşdirmədə təqsirləndirilənlərin məhkəməsi

07.05.2025 / 12:20
Ağdaşda yaşlı kişi toy sifarişinə getməyən musiqiçi həmkarını bıçaqladı

07.05.2025 / 12:05
Putin İrəvandakı "kartlarını" işə salır...

07.05.2025 / 12:00
Naxçıvanda həmkəndlisini qəsdən öldürən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

07.05.2025 / 11:44
Xocalı və Ağdərənin kəndlərində fərdi yaşayış evlərinin təmirinə başlanır

07.05.2025 / 11:31
Bakıdan Mumbay şəhərinə olan reys təxirə salındı - TƏCİLİ

07.05.2025 / 11:30
"Barselona"nın bəxtsizliyi - ardıcıl 10 ildir ki, finala həsrət qalıb

07.05.2025 / 11:21
İstanbul Polis İdarəsinin “İmamoğlu sui-qəsdi”ilə bağlı açıqlaması

07.05.2025 / 11:16
"Pakistan xalqı ilə həmrəyik" - Azərbaycan XİN

07.05.2025 / 11:14
Roma Papası olmağa kim daha şanslıdır? - bukmekerlər filippinli Luis Taqleni işarə edir...

07.05.2025 / 11:08
Pakistan münaqişəyə son qoymağa hazır olduğunu bildirdi

07.05.2025 / 11:03
Pakistan Hindistanı sərt cəzalandırdı - CANLI

07.05.2025 / 11:00
17 azərbaycanlı Almaniyadan geri qəbul edilib - Dövlət Xidməti məlumat yaydı

07.05.2025 / 10:30
Çin və ABŞ İsveçrədə danışıq masasına otururlar

07.05.2025 / 10:22
Milli Məclis sabah xüsusi iclas keçirəcək

07.05.2025 / 10:15
Yevlaxda çətənə kolu əkənlər yaxalanıb

07.05.2025 / 10:13
Bazar günü 20 min 549 bakalavr magistraturaya imtahan verəcək

07.05.2025 / 10:06
“Bu biabırçılıqdır'”: - Tramp Hindistanın Pakistana endirdiyi zərbələrə reaksiya verdi

07.05.2025 / 10:00
Rusiya Kiyevə dronlarla hücum edib, ölənlər var

07.05.2025 / 09:38
Moskvadakı Qələbə paradına 29 ölkə lideri qatılacaq - Putinin köməkçisi

07.05.2025 / 09:30
26 mülki şəxs ölüb, 47 nəfər yaralanıb - Pakistandan açıqlama

07.05.2025 / 09:23
"İnter" "Barselona"nı Çempionlar Liqasından kənarlaşdırdı!

07.05.2025 / 09:23
Yaşayış olan binada söküntü aparılmasına icazə verən qanun "ixtira olunub"?...

07.05.2025 / 09:18
Moskva Məhkəməsindən özbəkləri məyus edən QƏRAR

07.05.2025 / 09:11
Ceyhun Bayramov Bağdada yola düşüb

07.05.2025 / 09:05
"Hindistanın hərbi təcavüzünə qarşı Pakistanla həmrəyik" - Hakan Fidan

07.05.2025 / 09:02
Hindistan ordusu Pakistan qarşısında ağ bayraq qaldırdı!

07.05.2025 / 08:38
Banklar sizdən xəbərsiz maaş kartınızdan da pul çəkir - bank özbaşınalığı artır...

07.05.2025 / 01:46
İki nüvə dövləti arasında savaş başladı - Hindistan Pakistana hücum etdi +VİDEO

07.05.2025 / 00:22
Tramp İsraildən xəbərsiz Yəmən husiləri ilə atəşkəs razılaşmasına getdi - Təl-Əviv şokda...

06.05.2025 / 21:28
"Böyük Vətən Müharibəsi"nin dövrü bitdi, 2-ci Dünya Müharibəsi başladı...

06.05.2025 / 21:14
Hindistan Bahlihar bəndini kəsdi - Pakistan susuz qaldı...

06.05.2025 / 21:02
Özgür Özələ hücum edən Tengioğlunun polisə verdiyi ifadənin təfərrüatları...

06.05.2025 / 20:59
Paşinyan iqtidarı ilk dəfə Rusiyaya qarşı “casus ittihamı” irəli sürdü...

06.05.2025 / 20:45
8 OPEK+ ölkəsi təhlükəli neft qərarı verə bilər - Azərbaycana da dəxli var...

06.05.2025 / 20:32
Trampın 100 faizlik yeni rüsum qərarı Azərbaycana da təsirli ola bilər...

06.05.2025 / 20:30
Fridrix Merç ikinci cəhddə Almaniya kansleri seçildi

06.05.2025 / 20:29
ABŞ prezidenti Tramp Erməni QHT və mediasın pulunu kəsdi

06.05.2025 / 20:28
Çin 87 milyard avroluq əsrin layihəsini tikir

06.05.2025 / 20:26
Ramzan Kadırov sağalmaz xəstəliyə tutulub – istefa üçün müraciət etdi

06.05.2025 / 20:18
Azərbaycan-BMT münasibətləri yeni formatda qurulur...

06.05.2025 / 20:11
Hikmət Hacıyev Medianın İnkişafı Agentliyində media subyektlərinin rəhbərləri ilə görüşdü - FOTO

06.05.2025 / 20:05
Azər Badamovun deport olunmasının ən ilginc məqamı - deputat Heydər Əliyevin anımına gedirdi...

06.05.2025 / 19:52
Doğuş üstündə ölümlər 70 faiz artıb...

06.05.2025 / 19:50
Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu - Aqarunov Albert Aqarunoviç

06.05.2025 / 19:44
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi - FOTO

06.05.2025 / 19:37
"Köçəryan Moskvanın, Simonyan isə Bakı və Ankaranın casusudur…"

06.05.2025 / 19:25
Boşanmalarla bağlı təhlükəli tendensiya hələ də davam edir

06.05.2025 / 19:17
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirildi - FOTO

06.05.2025 / 18:57
"Azərbaycanla Vyetnam əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir" - Prezident

06.05.2025 / 18:57
Rusiya qələbənin 80 illiyindən çox uca danışır, İrəvanda faşist heykəllərinə isə susur...

06.05.2025 / 18:50
Prezident İlham Əliyev: "Azərbaycanla Vyetnam arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər vasitəsilə inkişaf etməkdədir"

06.05.2025 / 18:47
"Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir" - Prezident

06.05.2025 / 18:43
Müştərilər "Unibank"dan niyə bu qədər şikayətçi düşür?...

06.05.2025 / 18:42
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verib

06.05.2025 / 18:30
Hindistan-Pakistan müharibəsində Rusiya pərdəarxası rol oynayır...

06.05.2025 / 18:16
Tramp indi də Ərdoğanla Netanyahunu barışdırmağa cəhd edəcək...

06.05.2025 / 18:02
Putin Kreml hakimiyyətinə daha nəzarət edə bilmir - Badamov olayı ifşa edir...

06.05.2025 / 17:48
Heqset Trampla razılaşmadan Ukraynaya silah tədarükünü dayandırmışdı

06.05.2025 / 17:47
Avropa Şurasının rəhbəri ABŞ-ın tarif siyasətini “iqtisadi faciə” adlandırdı

06.05.2025 / 17:44
Özgür Özəldən şok açıqlama: Əmr verildi, “İmamoğlu öldürüləcək”

06.05.2025 / 17:39
Liseylə məktəb-liseyin nə fərqi var? - Bakı məktəblərinin cazibəli adları...

06.05.2025 / 17:26
İran əvvəllər Ermənistanın üstündə qurduğu Cənub-Qərb marşrutunu dəyişdirdi...

06.05.2025 / 17:15
11 minə yaxın şagird buraxılış imtahanından şikayətçi düşdü ...

06.05.2025 / 17:10
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

06.05.2025 / 17:03
Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb - FOTO

06.05.2025 / 16:55
"80 metr məsafədə mərmi düşməsi nəticəsində sağ diz nahiyəmdən xəsarətlər aldım" - Vardanyanın məhkəməsində zərərçəkmiş ekskavator sürücüsü

06.05.2025 / 16:50
Elçin Əmirbəyov çilili XİN rəhbəri ilə Orta Dəhlizin potensialını müzakirə edib

06.05.2025 / 16:15
Prezident İlham Əliyev bir sıra məhkəmələrə sədrlər təyin etdi

06.05.2025 / 16:07
Pakistanla imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqləndi

06.05.2025 / 16:04
Prezident İlham Əliyev Pakistanla gömrük sahəsində imzalanmış Anlaşma Memorandumunu təsdiqlədi

06.05.2025 / 15:54
Xaçmazda oğurluq edən şəxslər yaxalandı

06.05.2025 / 15:50
Xalqın baş tacı şəhid Rusif

06.05.2025 / 15:44
Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

06.05.2025 / 15:40
Belarusun Baş naziri Ağdam Sənaye Parkında və Sarıcalı kəndində olub...

06.05.2025 / 15:25
Tramp Putinin üçgünlük atəşkəs qərarını "çox böyük addım" adlandırdı...

06.05.2025 / 15:07
"Ermənistan Silahlı Qüvvələrinin qalıqları tərəfindən atılan snayper gülləsinin dəyməsi nəticəsində xəsarət aldım" - Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs

06.05.2025 / 14:34
Ukrayna Moskvanı pilotsuz “təyyarə yağışına” tutdu

06.05.2025 / 14:32
Hindistan - Pakistan münaqişəsi: Gərginliyi azaltmaq üçün İran, BMT, Aİ hərəkətə keçdi

06.05.2025 / 14:31
Türkiyə əks-kəşfiyyatı Hizbullaha qarşı “peycer hücumunun” qarşısını aldı

Boşanmalarla bağlı təhlükəli tendensiya hələ də davam edir

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678