Banklarda Elman Rüstəmovdan qalmış süni problemlərin kökü kəsilmir - "marja nədir"?

AMB kommersiya banklarını ölkədə kredit strategiyasını dəyişməyə çağırdı
Mərkəzi Bankın sədri Taleh Kazımov keçirdiyi mətbuat konfranslnda deyib ki, artan faiz şəraitində ölkəmizdə kreditləşmə azalmayıb - illik müqayisədə cəmi kredit portfeli 18,7%, o cümlədən, biznes kreditləri portfeli 17%-dən çox, istehlak kreditləri portfeli 20%-dən çox artıb. Yəni kreditləşmə davam edir.
"Biz gözləyirik ki, kreditləşmənin davam etdirilməsinə tələb olunan vəsait üçün banklar öz marjalarından istifadə edəcəklər. Bu gün bankların marjaları çox yüksəkdir: 6-8% marjaları var. Mən bankirlərə ədalət naminə, harada səhvdirlər, "deyərəm səhvsiniz", harada haqlıdırlar, deyirəm "haqlısınız" və sizin tərəfinizi saxlayacam. Banklar "böyük marja şəraitində" deyil, "aşağı marja, böyük həcm" şəraitində çalışmağa öyrəşməlidirlər. Bu istiqamətdə banklar ilə çalışırq.
Hökumət hesablarında olan vəsaitlərin bank sektoruna buraxılması onu göstərir ki, banklar vəsaitin gələcəyini proqnozlaşdırırlar: Artıq qabaqlayıcı faizlərini qaldırmırlar, çünki bilirlər ki, artıq hökumət hesablarından vəsait hərrac vasitəsilə daxil ola bilir, ona görə öz likvidlik planlaşdırılmasını daha dəqiq edə bilirlər. Bizi faizlərin artacağını gözləmirik. Bizim gözələntimiz odur ki, banklar öz marjalarına daha effektiv yanaşacaqlar. Çünki düşünürük ki, kifayət qədər yüksəkdir", - Mərkəzi Bankın sədri deyib
Bank təcrübəsində marja cəlb edilən vəsaitin faiz dərəcəsi ilə müxtəlif kateqoriyalı borcalanların faiz dərəcələri arasındakı fərqdir. Bir qədər sadə dildə desək, bankların təklif etdiyi əsas məhsul kreditlər və bunun digər növləridir. Banklar kredit verdikləri vəsaitləri haradansa cəlb edirlər (əsasən əmanət və depozitlərdən) və ona görə müvafiq faiz ödəyirlər. Ödənilən həmin faizlə bankın verdiyi kredit faizi arasındakı fərq bank marjası adlanır. Məsələn, A bankı B bankından kommersiya təyitalı 6% dərəcə ilə 100.000 manat kredit cəlb edir. Bank həmin vəsaiti isə 15% dərəcə ilə vətəndaşlara və ya biznes strukturlarına kredit verir. Tutaq ki, burada 2 faiz bankın xidmət xərcləri var, qalan 7% bankin xalis mənfəəti, yəni marjasıdır. Yəni marja bankın xalis mənfəətidir.
Baş bankir də onu demək istəyir ki, ölkədə bankların əsas qazanc aləti kreditlərdir, kreditlərdən də banklar 6-8% mənfəət (marja) götürür. İldə bir milyon kredit verən ortabab bir bankın kreditlər üzrə minimum mənfəəti 60 min, maksimim mənfəəti isə 80 min manat təşkil edir. Nəzərə alsaq ki, ölkənin kredit portfelinin həcmi təxminən 26,6 milyard manat təşkil edir, onda bankların illik mənfəəti təxminən 1,6 milyard manata yaxınlaşır. Banklar əldə etdikləri bu marjanı yenidən kreditləşməyə yönlətsələr, hər il kredit partfelinin həcmi ən azı bankların ümumi mənfəəti qədər artar.
Lakin AMB rəhbərinin sözlərindən belə anlaşılır ki, banklar əldə etdikləri marjaları dövriyyədən çıxarıb, ehtiyata yönəldir. Kredit portfeli isə yalniz hökumət hesablarından daxilolmalar, depozitlər və əmanətlər hesabına artır. Bunu banklar ona görə edir ki, kredit portfeli surətlə genişlənməsin - təklifin artmasının təsiri altında kredit faizləri aşağı düşməsin və onların mənfəəti stabil qalsın.
Lakin AMB çalışır ki, kredit portfelini genışləndirməklə təklif artsın və kreditlər ucuzlaşsın. AMB-nin bu təklifi (böyük həcmli kredit portfeli ilə kiçik marja) həm banklara, həm də kredit götürənlərə səmərəli ola bilər. Amma hazırkı strategiya - kiçik portfellə böyük marja yalnız banklara daha çox faizlər vasitəsi ilə dvident gətirir. Kredit götürənlər isə bu bahalıqdan əziyyət çəkir. Əslində banklar da dolayısı ilə bundan zərər çəkir - yüksək faizlər problemli kreditlərin həcmini artırır. Problemli kreditlər isə banklar üçun ciddi zərərdir. Ümid edirik ki, kommersiya bankları baş bankirin çağrışını dəyərləndirərək, ölkədə kredit strategiyasını dəyişəcək.
Amma bunun üçün AMB də öz resurslərı hesabına kommersiya banklarına donorluq etməli - onlara ucuz pul teklifində bulunmalıdır. Çünki əsasən depozit və əmanətlərdən formalaşan kredit portfelinin genişləndirilməsi hesabina kreditlərin ucuzlaşması uzun zaman ala bilər. Ən qısa yol isə AMB-nin bir neçə il kommersiya banklarına ucuz pullarla donorluq etməsidir. Strategiya dəyişəndən sonra isə AMB-nin donorluğuna ehtiyac qalmayacaq.
Akif NƏSİRLİ