Bu təşkilatın Zirvə Görüşü Xankəndidə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı: İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirədə deyib.
“Azərbaycan bu il Xankəndidə İƏT Zirvə Görüşünün 17-ci iclasını təşkil edəcək. Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədə olacaq”, - o qeyd edib.
Mətləb Salahov