Cümə axşamı günü, 8 may 2025
     

Azərbaycan iqtisadiyyatı üçün unudulmuş gəlir mənbəyi - kazino biznesi...

Image

Akif Nəsirli: “Azərbaycanda kazino biznesi leqallaşarsa, bəlkə də bundan hökumət 1 milyard manat vergi qazana bilər”

Azərbaycanda kazino fəaliyyətinə icazə verilməsə də, dünyanın əksər ölkələrində kazinolar leqal fəaliyyət göstərir və əyləncənin bir növü hesab edilir. Bildiyimiz kimi, bu əyləncə növündən həmin ölkələrin büdcəsinə əhəmiyyətli dərəcədə maliyyə cəlb olunur.

Ölkəmizdə kazinoların fəaliyyətinə icazə verilməsə də, məlumatlara görə, Azərbaycandan hər il yüzlərlə insan kazinolarda əylənmək məqsədilə Gürcüstana, Rusiyaya və başqa ölkələrə gedir. Heç şübhəsiz, vətəndaşlarımızın kazinolarda əylənmək üçün başqa ölkələrə getməsi ölkədən külli miqdarda vəsaitin çıxması deməkdir.

Araşdırmalara görə, region ölkələrinin əyləncə və kazino turizmi sahəsində əldə etdiyi gəlirlər artdığı bir zamanda, Azərbaycan bu sahədə potensialından tam istifadə edə bilmir.

Bəzi ekspertlər hesab edir ki, kazinoların böyük gəlirlər gətirdiyini biz başqa ölkələrin timsalında aydın şəkildə görürük. Azərbaycandan hər il çox böyük miqdarda vəsait xarici kazinolara, xüsusən də qonşu Gürcüstanda fəaliyyət göstərən kazinolara axır. Bəzi ekspertlərə görə, Azərbaycanda da kazinoların fəaliyyətinin leqallaşdırılması nəzərdən keçirilməlidir. Bütün hallarda burda söhbət ölkəyə külli miqdarda vəsaitin gəlməsindən gedir ki, bunun da turizm iqtisadiyyatına əhəmiyyətli dərəcədə xeyri ola bilər.

İqtisadçı ekspert Xalid Kərimli mətbuata açıqlamasında “kazinolar da digər əyləncə növləri kimi qanuni fəaliyyət göstərməlidir ki, turistlər ölkəyə gəldiyi zaman bütün əyləncə növlərindən rahat istifadə edə bilsinlər”-deyib.

Bəzi ekspertlər deyir ki, iqtisadiyyata gəlir gətirməsi, xaricə pul axınının qarşısının alınması və sair baxımından kazinoların fəaliyyətinin leqallaşdırılması lazımdır.

Mətbuatda yer alan araşdırmaya görə, dünyada kazinoların sayına və məşhurluğa görə lider ölkə Birləşmiş Ştatlar sayılır. Las Vegasda 1000-dən çox qanuni kazino fəaliyyət göstərir. 2023-cü ildə ABŞ-da yalnız kommersiya kazinoları üzrə ümumi gəlir 60 milyard dolları keçib.

Kazino sahəsində ən çox gəlir əldə edən ölkələrdən biri də Çin Xalq Respublikasıdır. 2023-cü ildə kazino üçün xüsusi inzibati bölgə olan Makao kazinoları ümumilikdə 22,7 milyard ABŞ dolları məbləğində ümumi oyun gəliri (Gross Gaming Revenue - GGR) əldə edib. Makao hökuməti 2023-cü ildə qumar fəaliyyətlərindən 8,1 milyard ABŞ dolları vergi gəliri əldə edib.

Gürcüstanda kazino biznesi Cənubi Qafqaz regionunda ən inkişaf etmiş və liberallaşdırılmış sektorlardan biridir. Ölkə həm yerli, həm də xarici investorlar üçün əlverişli qanunvericilik və vergi mühiti yaratmaqla bu sahəni sürətlə inkişaf etdirib. Gürcüstanı regional kazino bazarı da adlandırmaq olar.

Gürcüstanın paytaxtı Tiflis ölkənin ən böyük və lüks kazinolarına ev sahibliyi edir. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. Bu sektor dövlət büdcəsinə yüksək vergi gəlirləri gətirir və turizmin inkişafına mühüm töhfə verir. 2024-cü ildə 20 mindən çox insan bu sahədə çalışıb, orta aylıq əməkhaqqı isə 1182 ABŞ dolları olub.

2023-cü ildə Rusiyada kazino sənayesinin ümumi gəliri təxminən 2,1 milyard avro təşkil edib. Bu, ölkəni Avropada bu sahədə ikinci ən böyük bazar edir.

2023-cü ildə Rusiyanın dörd əsas kazino zonası – Krasnaya Polyana (Soçi), Tigre de Cristal (Vladivostok), Siberian Coin (Altay) və SOBRANIE (Kalininqrad) dövlət büdcəsinə ümumilikdə 2 milyard rubl vergi ödəyib. Bu dörd kazino zonasını təxminən 1,5 milyon nəfər ziyarət edib.

Bu, mətbuatda gedən məlumatlardır.

Kazino fəaliyyəti leqallaşarsa, bu, Azərbaycana nə qədər fayda verə bilər?

“...iqtisadiyyata gəlir gətirməsi baxımdan əhəmiyyətli olardı”

Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, kazino məsələsinə münasibətdə iki yanaşma sərgilənir. “Yanaşmalardan biri ondan ibarətdir ki, bu bizim milli-mənəvi dəyərlərimizə uyğun deyil və bu səbəbdən də illər əvvəl Azərbaycanda olan kazinolar bağlandı. Amma məsələyə birtərəfli də yanaşmaq olmaz. Dünya artıq kazino fəaliyyətini qəbul edib. Dünyanın öncül ölkələrinin hamısında leqal kazinolar mövcuddur və leqal kazinolar dövlətə milyardlarla dollar vəsait gətirir. Çində, Amerikada, Avropa ölkələrində, bir sözlə bütün dünyada kazino biznesi iqtisadiyyata çox böyük gəlirlər gətirir.

Müşahidələr göstərir ki, doğrudan da Azərbaycanda kifayət qədər pulu, vəsaiti olan insanlar var və həmin insanlar, həmin Azərbaycan vətəndaşları kazino turizmindən yararlanmaqdan ötrü Avropa ölkələrinə, Rusiyaya, Türkiyəyə, uzağa getməyək, Cənubi Qafqaz ölkəsi olan Gürcüstana səfər edirlər, həmin səyahət zamanı bəlkə də 10 minlərlə, 100 minlərlə vəsait xərcləyirlər. Yəni hər kəs öz imkanlarına uyğun olaraq vəsait xərcləyir. Nəticədə ölkədən milyonlarla dollar vəsait kazino turizmi təyinatı ilə çıxır. Azərbaycanda kazino fəaliyyəti leqallaşsa hər il ölkədən çıxan milyonlarla dollar vəsait ölkə daxilində qalar. Üstəlik, Azərbaycan həm də dünya kazino ailəsinə qovuşduğu üçün ölkəmizə də kazino turizmi həvəskarlarının cəlb edilməsi nəticəsində xeyli vəsait əldə etmək olar. Bununla da kazinoların leqallaşdırılmasının müsbət cəhəti bitmir. Hazırda Azərbaycanda qeyri-leqal kazinolar da var. Həmin o qeyri-leqal kazinolar işləyir və dövlətə vergi ödəmir. Onların nə qədər qazandığı bəlli deyil. Amma məsələ burasındadır ki, özlərini qanuni cəzanın risqi altına atıb kazino qadağan olduğu halda kazino açırlarsa, qeyri-leqal fəaliyyət göstərib pul qazanırlarsa, deməli burada çox böyük pullar oynayır. Bu kazinoları vergiyə cəlb etmək zərurəti yaranır.

Azərbaycanda kazino biznesi leqallaşarsa bəlkə də bundan hökumət 1 milyard manat vergi qazana bilər. Bu baxımdan, Azərbaycanda da kazinoların leqallaşdırılması iqtisadiyyata gəlir gətirməsi baxımdan əhəmiyyətli olardı”.

A.Nəsirlinin sözlərinə görə, burda məsələyə mənəvi baxımdan yanaşma ondan ibarətdir ki, kazinoya hamı getmir, kimin pulu var o gedir, bu işə marağı olanlar gedir. “Dediyimiz kimi, onsuz da o adam o pulu xərcləyəcək. Kazino fəaliyyəti Azərbaycanda qadağan olunduğundan gedib o pulu Gürcüstanda, Rusiyada, Türkiyədə, yaxud zirzəmilərdə qeyri-leqal fəaliyyət göstərən kazinolarda xərcləyir. Bütün hallarda bundan dövlət büdcəsi itirir. Ona görə də, fikrimcə, kazinoların leqallaşdırılması aktual məsələdir. Bilirsiz, biri var ölkədə kazino turizminə maraq göstərən insanlar olmasın, biri də var buna tələbat olsun. Tələbat varsa biz onsuz da onun qarşısını ala bilmirik. Bu halda kazinolların leqallaşması lazımdır” - deyə A.Nəsirli qeyd etdi.

O hesab edir ki, onsuz da pul xərcləmək istəyən gedib başqa ölkədə xərcləyir, kazinolar leqallaşsa belələri pulunu öz ölkəmizdə xərcləyər və bundan da büdcəmiz qazanar.

Əli TURABOV



VİDEO

SON XƏBƏRLƏR

08.05.2025 / 14:26
Pakistan Hindistanın göndərdiyi 12 dronu vurdu

08.05.2025 / 14:10
Abşeronda saxlanan şəxsin avtomobilindən 19 kq narkotik çıxdı...

08.05.2025 / 13:57
“Türk” etnonimi və törələri - Yunus OĞUZ yazır

08.05.2025 / 13:44
MM-də SSRİ-nin qərarı ilə Zəngəzurun Ermənistana verilməsi faktını pisləyən qərarın qəbul edilməsi təklif edildi

08.05.2025 / 13:27
Bank kartlarından 36 min manat oğurlandı... DİN xəbərdarlıq edir - Kiberdələduzlara aldanmayın!

08.05.2025 / 13:23
"Yaşayış məntəqələri olan məkanlarda sakitlik təmin edilməlidir" - BDYPİ sürücülərə çağırış etdi

08.05.2025 / 13:10
А.Мирзоян разгромил Кочаряна и Саргсяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.05.2025 / 13:04
Prezident Arif Babayevə Heydər Əliyev Mükafatı verilməsi haqqında Sərəncam imzaladı

08.05.2025 / 12:55
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.05.2025 / 12:35
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib - FOTO

08.05.2025 / 12:16
İranda xanım teleaparıcı çəkiclə öldürüldü

08.05.2025 / 12:12
Azərbaycanın müvəqqəti işlər vəkili suriyalı nazirlə görüşüb

08.05.2025 / 12:04
“Zelenski və Putin bir-birlərini Trampın qəzəbinə tuş gətirmək üçün yarışırlar”

08.05.2025 / 12:00
Tramp: ”Rusiya milyonlarla insan itirdi, amma İkinci Dünya Müharibəsində ABŞ qalib gəldi”

08.05.2025 / 11:41
Husilər Ramon hava limanını darmadağın etdilər

08.05.2025 / 11:31
Kardinallar konklavın ilk günündə yeni papanı seçə bilmədilər

08.05.2025 / 11:27
Milyarder qızının brilyant boyunbağısı hər kəsi şoka saldı!

08.05.2025 / 11:21
Bakı Şəhər Prokurorluğunun yeni korpusunun açılışı olub

08.05.2025 / 11:18
"Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, vətənə sədaqət rəmzidir" - spiker

08.05.2025 / 11:06
Milli Məclisin xüsusi iclası başlayıb

08.05.2025 / 11:03
Azərbaycan Rusiyaya sərt üzünü göstərdi - CANLI

08.05.2025 / 11:03
Ceyhun Bayramov vyetnamlı həmkarı ilə görüşüb

08.05.2025 / 10:31
Konfrans Liqasında yarımfinal oyunları keçiriləcək

08.05.2025 / 10:15
Sumqayıtda 3 "Kalaşnikov" tapılıb

08.05.2025 / 10:07
"Bu sənədin hazırlanmasında Ulu Öndərin müstəsna xidmətləri olub" - Baş prokuror

08.05.2025 / 10:00
Hindistanda helikopter qəzası olub, 6 nəfər ölüb

08.05.2025 / 09:50
Ukrayna dolları avro ilə əvəz edəcək - Kiyevdən rəsmi açıqlama

08.05.2025 / 09:40
Pakistanın hava limanı yaxınlığında partlayışlar olub

08.05.2025 / 09:25
İnsanların ziyafətlərdə kütləvi zəhərləndiyi restoran sahibləri böyük kompensasiya ödəməlidir...

08.05.2025 / 09:16
Naxçıvanın bu hissəsində qaz olmayacaq

08.05.2025 / 09:10
Finalın adı: PSJ - "İnter" olacaq!

08.05.2025 / 09:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında To Lamın Azərbaycana səfərindən görüntülər paylaşılıb - VİDEO

08.05.2025 / 09:02
"İslamabadla həmrəyik" - Ərdoğandan açıqlama

08.05.2025 / 08:32
Kartlardan oğurluq ya bankın, ya da mobil şirkətin "işverənliyi" ilə baş verir - İddia və cavab...

08.05.2025 / 00:31
Pakistanın müdafiə nazirindən Hindistana sərt xəbərdarlıq - Nüvə müharibəsi hər an başlaya bilər...

08.05.2025 / 00:09
Şahbaz Şərif “pakistanlıların cəsur bir millət olduğunu unudublar” dedi və söz verdi – qisas alınacaq...

07.05.2025 / 22:04
Vyetnam Kommunist Partiyasının Baş katibi Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif etdi

07.05.2025 / 21:43
Prezident İlham Əliyevin adından Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

07.05.2025 / 21:27
Trampın erməni mediasının pulunu kəsməsi Almaniyada suallar doğurdu...

07.05.2025 / 21:14
ABŞ Gürcüstanda 3 dövlətlə müharibəyə başlayır... MEGOBARİ qanunu Azərbaycana da təsir edə bilər...

07.05.2025 / 21:00
Tramp İranla "körfəzə adqoyma müharibəsinə" start verdi...

07.05.2025 / 20:56
Lukaşenko 8 min məhkuma amnistiya elan etdi, 42 nəfər siyasi məhbusu isə əfv etdi

07.05.2025 / 20:47
Ermənistan daha bir regional layihədən kənarda qaldı - təşəbbüs İrandan gəldi...

07.05.2025 / 20:35
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və Baş katib To Lam və xanımı No Fon Li Vyetnam rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar - FOTO

07.05.2025 / 20:33
Pakistan ordusu Hindistana ciddi dərs verdi, hindlilər şokdadır...

07.05.2025 / 20:19
Qəzzanı tam tutmaq planı İsrailin özündə belə etirazlar doğurdu - “ədalətli Qərb” isə susur...

07.05.2025 / 20:06
ATƏT Qarabağ ermənilərini gündəmdən düşməyə qoymur - növbəti uğursuz cəhd...

07.05.2025 / 19:51
Vyetnamla münasibətlər tarixində ad qoymuş Cəlal Məmmədov kimdir?...

07.05.2025 / 19:37
2025-ci ili xarici ticarətdə mənfi saldo ilə başladıq... Ekspertlər necə izah edir..?

07.05.2025 / 19:24
Müxalifət Paşinyanı devirmək istədi, əvəzində Köçəryan və Sarkisyanın tərəfdarları arasında didişmə şiddətləndi...

07.05.2025 / 19:10
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - FOTO

07.05.2025 / 19:01
Bütün məktəblər liseyə çevrilsə, təhsil düzələcək?... Rəqəmlərdən mübahisəli nəticə çıxır...

07.05.2025 / 18:59
Prezident: "Azərbaycanla Vyetnam arasında müdafiə sənayesi sahəsində də çox böyük perspektivlər var"

07.05.2025 / 18:57
Mehriban Əliyevanın Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşü olub - FOTO

07.05.2025 / 18:47
BMT-nin 4 ofisi Bakıdan getdi - manipulyasiyaların əsası varmı?..

07.05.2025 / 18:46
"Qoşulmama Hərəkatının daha sanballı təsisat kimi fəaliyyəti Azərbaycanın və Vyetnamın marağındadır" - Prezident

07.05.2025 / 18:35
Prezident: "Azərbaycanla Vyetnam arasında müxtəlif istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var"

07.05.2025 / 18:32
Şəraa ilk Avropa dövləti kimi Fransanı seçdi - Suriya-Türkiyə münasibətlərinə fransız barmağı uzanır...

07.05.2025 / 18:30
"Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır" - Prezident İlham Əliyev

07.05.2025 / 18:25
“Biz burda açıq-aydın Rusiya tərəfin qərəzini görürük” - Vüqar İsgəndərov

07.05.2025 / 18:20
Prezident İlham Əliyev və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

07.05.2025 / 18:18
İdman təmayüllü məktəblərin nə faydaları dəyir?...

07.05.2025 / 18:17
Prezident İlham Əliyev və To Lam Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı qəbul ediblər

07.05.2025 / 18:16
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

07.05.2025 / 18:11
Bahalı əşyaları sərnişinlərə paylayıb aeroportun dayanacağında topladılar - Gömrükçülər fırıldağın üstünü belə açdılar...

07.05.2025 / 18:04
“Super azad erməni mediası” barədə fransız səfirin yalanını ermənilər özləri tutdular...

07.05.2025 / 17:51
İlham Əliyevin Pakistanla bəzi sazişləri məhz indi təsdiqləməsi təsadüf deyil...

07.05.2025 / 17:43
Xalqımızın qəhrəmanlıq ənənələri bu gün də uğurla davam etdirilir - FOTO

07.05.2025 / 17:38
İranın Pakistan və Hindistanı barışdırmaq cəhdi alınmadı...

07.05.2025 / 17:26
Müəllimlərin "bəxti açıldı" - pedaqoji işi olanlar bundan sonra...

07.05.2025 / 17:23
Prezident İlham Əliyevin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi ilə geniş tərkibdə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

07.05.2025 / 17:20
Tramp Fars körfəzini Ərəb körfəzi adlandırdı

07.05.2025 / 17:12
Naxçıvanda nazir müavini vəzifəsindən azad olundu

07.05.2025 / 17:06
Vüqar Rəhimzadə: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı üçün böyük potensial var

07.05.2025 / 16:47
ABŞ bir həftə ərzində iki qırıcını suya axıtdı

07.05.2025 / 16:45
Prezident İlham Əliyevin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi ilə məhdud tərkibdə görüşü olub - FOTO

07.05.2025 / 16:35
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub - FOTO

07.05.2025 / 16:30
Ceyhun Bayramov İraq Prezidenti ilə görüşdü... - FOTO

07.05.2025 / 16:12
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Bakıya gəldi - FOTO

07.05.2025 / 16:09
Binədə 155 minlik dələduzluq - sənədsiz torpağı bu qiymətə satdılar, üstəlik də vəd verdilər ki...

07.05.2025 / 15:56
Pakistan ordusuna Hindistana cavab vermək üçün tam səlahiyyət verildi

İdman təmayüllü məktəblərin nə faydaları dəyir?...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678