"Azərbaycan investorlar üçün uzunmüddətli qazanc vəd edən sərmayə mühiti yaradır" -Türkiyə mediası

Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu-DEİK-in “Biznes diplomatiyası” jurnalında Azərbaycanın iqtisadi və investisiya imkanları barədə yazı dərc edilib. “Azərbaycan: fürsətlər ölkəsi” sərlövhəsi ilə dərc edilən yazı ölkəmizin Türkiyədəki ticarət nümayəndəliyinin məlumatları əsasında hazırlanıb.
Məqalədə qeyd edilib ki, Azərbaycan azad ticarət sazişləri, vergi güzəştləri və uzunmüddətli maliyyə imkanları ilə geniş fürsətlər təqdim edir. Zəngin tarixə və mədəniyyətə malik Azərbaycan təqdim etdiyi strateji üstünlüklər, sürətlə inkişaf edən müasir iqtisadiyyatı və əhatəli təşviq mexanizmləri ilə iş adamları üçün cəlbedici mərkəzə çevrilib. Bu təşviqlər vergi üstünlükləri və digər dövlət dəstəkləri sayəsində Azərbaycan investorlar üçün uzunmüddətli qazanc vəd edən sərmayə mühiti yaradır.