Çərşənbə axşamı günü, 13 may 2025
     

Azərbaycan iqtisadiyyatını boğan problemlər... Vəziyyətdən çıxışı yolu varmı?

Image

Azərbaycan iqtisadiyyatının əsas problemlərinin kökü ondan ibarətdir ki, iqtisadiyyatda ciddi şəkildə həm dövlət, həm də özəl inhisarçılıq müşahidə edilir. Yeni şirkətlərin yaranması və inkişafı üçün tam zəruri şərait yoxdur. Bütün sahələrdə qaydaları inhisarçılar diqtə edir. Hökumətin arbitraj rolu sıxışdırılıb, bu da inkişafı boğur. Birinci növbədə hansısa formada inhisarçılıq azaldılmalıdır. Heç olmasa özəl şirkətlərin inhisarçılığına son qoyulmalıdır ki, bazara yeni oyunçuların - yeni şirkətlərin daxil olmasına şərait yaransın. Bu asanlıqla ifadə edilsə də, bir qədər çətin və ağrılı məsələdir, lakin başqa çıxış yolu yoxdur. İnkişaf etmiş dünya ölkələri bu prosesi ötən əsrin 70-80-ci illərində keçib. Biz isə obyektiv və bəzi subyektiv səbəblərdən bu problemi indi həll etməliyik.

İkinci vacib məsələ, indiki mərhələdə iqtisadiyyata daha çox təsirə malik olan büdcə vəsaitlərinin qeyri-şəffaf və səmərəsiz xərclənməsidir. Büdcənin sosial müdafiə və əmək haqqı bölməsində (bu büdcə xərclərinin təxminən 40 faizinindən çoxunu təşkil edir) elə ciddi problemlər olmasa da (burada da müəyyən xırda problemlər mövcuddur), qalan digər xərc maddələrinin əsas hissəsi korrupsiyaya yem olur. Hesablama Palatasının rəyinə görə, 2024-cü ildə həyata keçrilən dövlət satınalmalarının 57 faizi tendersiz həyata keçirilib. Araşdırmalar göstərir ki, keçirilən tənderlərin isə böyük əksəriyyəti formal xarakter daşıyır. Bu, müdafiə və təhlükəsizlik xərclərindən tutmuş digər büdcə xərcləmələrinə qədər bütün maddələri əhatə edir. Dövlət satınalmaları üzrə həyata keçirilən satınalmaların dəyərinin yarıdan çoxu korrupsiya yolu ilə mənimsənilir. Amma inanmaq da cətindir ki, bundan iqtisadiyyatı idarə edən menecerlərin xəbəri yoxdur. Tenderlərdə qalib elan edilən şirkətlərin mütləq çoxluğu xərcləri büdcədən alan dövlət qurumunun rəhbərlərinin yaratdığı şirkətlərdir. Bu yolla dövlət vəsaiti mənimsənilir və bununla da xərcləmələrin səmərəliliyi aşağı düşür. Büdcə vəsaitlərinin mənimsənilməsinin bir neçə sxemi var, onlardan ən populyarı tenderlər üzərindən həyata keçirilən əməliyyatlardır. Hətta xaricdən dövlət zəmanəti ilə alınan kreditlər üzərindən də belə sxemlər qurula bilir. Dövlətimizin 70 milyard strateji valyuta ehtiyatı varsa, biz nəyə görə kanalizasiya sistemini yenidən qurmaq üçün xarici donorlardan kredit almalıyıq? Bizə bu donorluğu Azərbaycan Respublikası Dövlət Neft Fondu (ADNF) edə bilməzmi? ADNF-nin yerləşdirdiyi aktivlər ən yaxşı halda bizə 2-3% dividend gətirirsə, biz xarici donorlardan aldığımız kreditlərə görə bundan azı 2-3 dəfə çox faiz ödəyirik - nəyə görə?

Düzdür, bəzən elə layihələr olur ki, dövlət vəsaitini risq altına atmamaq üçün hökumət bəzi layihələri xarici donorlardan alınan kredit hesabına maliyyələşdirmək məcburiyyətində qalır. Bunlar istisnadır. Məsələn, Avropa İttifaqının qaz hasilatı və ixracatının genişləndirilməsi üçun həyata keçiriləcək layihə mütləq Aİ-nin sifarişi ilə xarici donorlar vasitəsi ilə maliyyələsdirilməlidir. Çünki layihənin risqləri var, biz bunu anlayırıq.

Büdcə xərcləmələrinin şəffaflığı xatirinə müdafiə və təhlükəsizlik xərclərinin də bir qismini vətəndaş cəmiyyətinə açmaq olar. Tutaq ki, biz silah almaq üçün xərclədiyimiz vəsaiti məxfi saxlaya bilərik, amma əsgərin geyimi, qidalanma, yataq, istirahət xərcləri və s. açıla bilər. Bunun dövlət sirri adı altında gizlədilməsinə heç bir ehtiyac yoxdur. Bu məxfilik korrupsiyanı genişləndirir.

Ölkə iqtisadiyyatını boğan, inflyasiyanı tətikləyən, iş yerlərinin bağlanmasını təmin edən, yeni sahibkarlar nəslinin yetişməsinin qarşısını alan ümdə amil isə ölkənin vergi sistemidir. 2024-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 15 milyard 808 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 538 milyon manat çoxdur.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 27,4 milyon manata yaxın təşkil edib. Bu il büdcəyə proqnozdan əlavə 337,3 milyon manatdan çox vəsait daxil olub. 2023-cü illə müqayisədə qeyri-neft-qaz sektordan vergi daxilolmaları 1,3 milyard manat və ya 13,6 faiz artıb. Buna rəğmən 2024-cü ildə ölkədə 126,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. ÜDM-in il ərzində artım tempi 4,1%, qeyri-neft-qaz sektorunda vergi daxilolmalarının həcmi isə 13,6% artıb. Belədə sual yaranır ki, ÜDM-i 4,1% artan ölkənin vergi yükü nəyə görə 13,6% artıb? Bu vergi yükü kimin cibindən çıxır? Yəni proqnozdan əlavə vergi kimin cibindən çıxır? Hələ bu rəsmi rəqəmlərdir. Reallıqda vergi strukturları bəzi hallarda sahibkarlara qarşı qanunsuz davranır, az qazancı olan sahibkarın boynuna çəkə bilmədiyi vergi yükü qoyur. Əvvəl təbliğ edirdik ki, bir pəncərə sistemi yaranıb, sahibkarların qeydiyyatında heç bir problem yoxdur. Doğrudan da belədir. İndi Azərbaycanda adı olub, özü olmayan bəlkə də on minlərlə şirkət var. Çünki şirkət açmaq asandır, amma onun rentabelli fəaliyyətini təşkil etmək, demək olar ki, mümkun deyil. Ona görə də bu gün ölkədə işsizlik baş alıb gedir.

Biz büdcə vəsaitləri hesabına işsizliyi aradan qaldırmaq istəyirik, bu mümkün deyil. Çünki büdcə vəsaiti məhduddur, limiti var. Amma biz sabibkarların vergi yükünü azaltsaq, Vergi Məcəlləsinin həcmini kiçiltsək, sadə vergilər tətbiq etsək, sahibkarlıq inkişaf edər. Bu sahənin açdığı iş yerlərinin isə heç bir limiti yoxdur. Sahibkarlıq nə qədər genişlənəcəksə, bir o qədər də daha çox iş yerləri açılacaq, ölkədə normal əmək bazarı formalasacaq. Bir milyon sahibkarın hərəsi öz biznesinə 3 işçi cəlb etsə, bu 4 milyon iş yeri deməkdir.

Vergi yükünün azalmasi ilə bağlı ola bilsin ki, qısa müddətdə vergi daxilolmaları azala bilər. Lakin bu müvəqqəti xarakter dasıyacaq. Həm də bizim bu gün həmin kəsiri bir necə il ödəmək imkanımız var. Ölkəyə neft-qaz satışından ciddi daxilolmalar var. Dövlət büdcəsinə 14 milyard yox, bir necə ilə 20 milyard manat transferd etmek olar. Amma növbəti illərdə artıq büdcənin əsas yükünu sahibkarlar ordusu asanlıqla çəkəcək. Özü də bu genişlənən biznes üçün o qədər də çətin yük olmayacaq. Çunki onlar çoxaldıqca yükü bölüşəcək. Bəlkə də o zaman büdcəyə izafi daxilolmalara görə vergi yükunu bir qədər də azaltmağa ehtiyac yaranacaq.

İqtisadiyyatımızın növbət bəlası gömrükdədir. Fikrimizi yalnız bir sadə misalla izah etməyə çalışaq. Azərbaycan gömrüyünə qədər cəmi 8,3 manat dəyər qazanan İrandan idxal edilmiş kərə yağı gömrükdən marketlərə çatana qədər nəyə görə 18-20 manata, Yeni Zelandiyadan 11 manata idxal edilən kərə yağı isə 25-30 manata satılır? Necə olur ki, istehsalçıdan gömrüyə qədər qazanılan dəyərdən azı iki dəfə çox əlavə dəyər gömrükdən piştaxtaya qədər yaranır? Belə çıxır ki, biz idxal edilmiş kərə yağı hesabına istehsalçı şirkətdən daha cox pul "qazanırıq". Bu "qazanc" bəs kimin cibindən çıxır, kimin mənfəətinə çevrilir? Əlbəttə, bu əhalinin cibindən çıxır, inhisarçıların mənfəətinə çevrilir...

Üstəgəl, biz bu yolla süni infilyasiya formalaşdırırıq.

Bu işin bir tərəfində Dövlət Gömruk Komitəsi dayanır, hansı ki, iqtisadi sərhədlərimizdə dövlət siyasətini həyata keçirir. Üçüncü tərəfdə isə bizim himayə etdiyimiz inhisarçı şirkətlər dayanır. Bu üç tandem - vergi, gömrük və inhisarçılar Azərbaycanda infliyasiyanı körükləyən əsas subyektlərdir. Ona görə də vergi və gömrükdə sahibkarın yükünü azaldan islahatlar həyata keçrilməli və inhisarçılıq aradan qaldırılmalıdır.

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard 648,705 milyon manat təşkil edib ki, bu, 2023-cü illə müqayisədə 4,9 % çoxdur. Gömrük və vergi daxilolmalarının bu cür sürətlə (hələ elə illər var ki, bu artım 40-50% təşkil edib) artımının nədən qaynaqlandığını təhlil etmək çox maraqlı olardı. Çünki biz güman edirik ki, inhisarçılıqdan sonra iqtisadiyyatımızın inkişafını əngəlləyən ikinci amil vergi və gömrük daxilolmalarının sürətlə artmasıdır. Vergi daxilolmaları ilə bərabər sahibkarların sayında və onların istehsal həcmlərində daha çox artım müşahidə edilsəydi, bu artıq normal sayıla bilərdi.

Növbəti problem qanunun aliliyinin və məhkəmələrin müstəqilliyinin təmin edilməməsindən dolayı mülkiyyətə zəmatət verilə bilməməsidir. Milli sərmayəçi Azərbaycana investisiya qoymağa qorxur ki, sabah o biznesini qurandan sonra bu biznesin onun əlindən alınmaq ehtimalı böyükdur. Ona görə də kapital sahibləri vəsaitlərini xaricə daşımağa meyllidir. Bunun qarşısını almaq üçün maliyyə aministiyasi vermək və mülkiyyətə etibarli zəmanəti təmin etmək lazımdır.

Ölkə iqtisadiyyatının digər ağrılı problemi kənd təsərrüfatı ilə bağlıdır. Aqrar sahənin özəl sektoruna dəstək demək olar ki, verilmir. Fermerə verilen dəstək subsidiyalardır ki, onun da 75%-i möhtəkirlərin yeminə çevrilir. Belə ki, fermerə verilən subsidiyanın yalnız 25%-i fermer tərəfindən nağdılaşdırıla bilir. Qalan 75% hissəyə isə fermer yalnız Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlərin təklif etdiyi vasitələri ala bilər. Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlər isə fermerlerlərin onlara təhkim olunduğundan istifadə edərək, onlara ən ucuz və keyfiyyətsiz vasitələri bazarda ən baha qiymətə satırlar. Fermerin alternativ imkanı olmadığından bu vasitələri almaq məcburiyyətində qalır. Həmin keyfiyyətsiz vasitələrdən istifadə etməklə isə yüksək məhsuldarlıq almaq mümkun deyil. Toxum, pestisid-herbisid və gübrə zaydırsa, necə yüksək məhsuldarlıq almaq olar? Beləcə ortada qazanan Kənd Təsərrüfatı Nazirliyi və onun seçdiyi tədarükçü şirkətlər olur. Bununla yanaşı, KTN-nin müvafiq qurumları aqrar sahə üçün ölkəyə idxal edilən müxtəlif kənd təsərrüfatı texnikalarının sənədləşdirilməsində külli miqdarda qanunsuz ödənişlər tələb edir ki, bu da texnikanın qiymətini aşırı dərəcədə bahalaşdirir. Ona görə də əksər fermerlər texnika ala bilmir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müstəqilləşdirilməsi və aqroparkların İqtisadiyyat Nazirliyindən alınıb Kənd Təsərrüfatı Nazirliyinə verilməsini doğru addım sayırıq. Əvvəldən bu profil nəzərə alınmalı idi. Amma aqroparkların özəlləşdirilməsi daha məqsədəuyğun olardı. Çünki özəl müəssisələr məlum səbəbdən inkişafa daha çox töhfə verir.

Göründüyü kimi, aroparklar qarşısına qoyulan hədəflərin heç də hamısını vura bilmədi. Münbit torpaqların 15 faizə qədəri aqroparklarda cəmləşsə də, ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının cəmi 2-3 faizini istehsal edirlər. Minimun hədəf ondan ibarət idi ki, 5 ilə ərzaq buğdasının idxalına son qoyulacaq. Lakin bu idxal heç olmasa nəzərəçarpacaq dərəcədə azalmayıb da...

Deməli, bu strategiya özünü doğrultmur. Son 10 ildə aqroparklara qoyulan investisya özəl sektora qoyulsa idi, daha yaxşı nəticə almaq olardı.

Ölkədə pambığın strateji məhsul elan edilməsi məqsədəuyğun deyil. Çünki Azərbaycan pambığı zəif lif çıxımına malikdir. Buna görə də dünya bazarında ona müştəri tapmaq çətindir. Digər tərəfdən, pambıq ən yaxşı halda ölkəyə il ərzində 250 miyon dollar valyuta gətirib. Amma biz il ərzində xaricdən azı 4 milyard dollarlıq kənd təsərrüfatı məhsulları və aqrar mənşəli ərzaq idxal edirik. Pambıq sahələrini idxal etdiyimiz məhsulların istehsalına yönəltsək, 4 milyard dollarliq idxal xərcini yarıbayarı azalda bilərik. Belə olan halda biz 1,8 milyard dollar valyuta itkisini azalda bilərik.

Tarif (Qiymət) Şurası iqtisadiyyatın dövlət inhisarında olar hissəsinin qiymət siyasətinə cavabdeh qurum olsa da, Vergi Xidmətinin və Gömrük Komitəsini aprdınca getməklə məşğuldur. TŞ yalnız qiymətləri onların qiymət siyasətinə uyğunlaşdırmağı bacarır. Ona görə də həmişə yalnız qiymətləri artırır. Qiymətlərdə azalma heç olmasa hərdən bir niyə baş vermir? Səbəblərdən biri müstəqil qiymət siyasətinin olmamasıdır.

Tarif Şurasının bütün üzvlarinin hökumət nümayəndəsi olması da doğru deyil. Bu səbəbdən TŞ-nın bütün üzvləri hökumətin mövqeyini müdafiə edir, vətəndaş mövqeyi müdafiəsiz qalır. Hesab edirik ki, TŞ üzvlərinin azı yarısı iqtusadiyyatı bilən vətəndaş cəmiyyəti üzvlərindən ibarət olmalıdır.

Neft sənayesində strategiyanın dəyişməsinin vaxtı ən azı 10 il gecikib. Otən il yenilənən "Əsrin Müqaviləsi" çərçivəsində neft sənayesinə 11 milyard dollardan artıq investisiya qoyulacaq, hökumətə isə 3,6 milyard dollar bonus veriləcək. Bu göstəricilər rəqəm olaraq böyük görünsə də, xarici şirkətlərin bizim neft sənayesindən əldə etməyi proqnozlaşdırdıqları mənfəətin bir neçə faizinə bərabərdir. Nədən bu investisiyanı biz özümüz qoyub, sərvətimizı özümüz hasil etmirık?

1994-cü ildə hasilatın xaricilərə həvalə edilməsini anlayırıq. Bəs 30 il sonra biz həmin addımı niyə təkrarlayırıq? Üstəlik, dövlətin neft şirkətinin strukturları da xaricilərin nəzarətinə verilir. Hesab edirik ki, tendensiya əksinə inkişaf etmalidir. Neft sənayesində dövlət və yerli şirkətlərin payı ildən-ilə artmalı, xarici şirkətlərin payı isə azalmalı idi. İndiyə qədər bunu etməmişik, heç olmasa bundan sonra etməliyik. Biz hazırda neft sənayesini xarici şirkətlərdən asılı vəziyyətə salmışıq. Xarici şirkətlər isə hasilatı azaltmaqla bir il ərzində ölkənin xarici ticarət dövriyyəsində müsbət saldonu 3 dəfə azaldaraq, 15 milyard dollardan 5 milyar dollara salıb. Ötən il dövlət başçısı da bununla bağlı narahatlığını ifadə edib.

Ümumiyyətlə, milli iqtisadiyyatda xarici şirkətlərin təsirlərini daimiləşdirmək olmaz. Onlardan ölkəyə texnologiya gətirmək üçün bir neçə il müddətinə istifadə etmək kifayətdir. Zatən müqavilələr də müddətli olur. O müddət bitənə qədər biz analoji texnologiyaları mənimsəməli və mütəxəssislər yetişdirməliyik ki, xarici şirkətlərin gördüyü işi öz şırkətlərimiz görsün. Çünki hər bir transmilli şirkət özündə ana dövlətinin ideologiyasını daşıyır, onun siyasi məqsədlərinə xidmət edir. Hələ biz də çalışmalıyıq ki, öz transmilli şirkətlərimizi yaradaq və onların vasitəsi ilə də öz dövlət məqsədlərimizə beynəlxalq aləmdə dəstək verək.

Bu baxımdan Cənub Qaz Dəhlizinin səhmlərinin 51 faizinin ötən il dövlətin əlinə keçməsi təqdirəlayiqdir. Ötən ilə qədər isə Cənub Qaz Dəhlizinin səhimlər paketinin 51 faizi konsorsiuma məxsus idi. Digər istiqamətlərdə də bu tendensiya davam etməlidir. BP-yə münasibətdə müəyən güzəştlər mumkundur, amma digər şirkətlərlə yenidən həsablaşmağın vaxtı çoxdan çatıb.

Akif NƏSİRLİ

Liberal İqtisadçılar Mərkəzinin sədri



VİDEO

SON XƏBƏRLƏR

13.05.2025 / 22:34
İsrailin qulağı səsdədir: Husilər Təl-Əvivə hücumlarını davam etdirirlər

13.05.2025 / 21:18
Saxta erməni “soyqırımı”nın 110 illiyində 2 İran alimi Tehranda əsl həyasızlıq etdi...

13.05.2025 / 21:03
PKK-nın silahı buraxmasına Öcalan özü şəxsən nəzarət edəcək... Necə?

13.05.2025 / 21:02
“Tramp sabah Ər-Riyadda Suriya lideri ilə görüşəcək”

13.05.2025 / 21:00
ABŞ Suriyaya qarşı sanksiyaları aradan qaldırdı

13.05.2025 / 20:50
ABŞ konqresmenləri “Qarabağda deportasiya, genosid girovluğundan” qurtula bilmir...

13.05.2025 / 20:42
Adəm Kadırovun təltif mərasimində qalmaqal yaşandı

13.05.2025 / 20:36
Azərbaycandan Ukrayna və Rusiyaya növbəti atəşkəs çağırışı edildi...

13.05.2025 / 20:22
Bakı-İrəvan sülh sazişi barədə yeniliklər var...

13.05.2025 / 20:08
İrəvan inanılmaz şəkildə yenidən Rusiyaya yaxınlaşır - Bakı üçün təhlükə...

13.05.2025 / 19:54
Paşinyan Putinlə danışıb Köçəryanın qələmini qırdı...

13.05.2025 / 19:49
Tramp Səudiyyə ilə tarixin ən böyük silah sazişini imzaladı, həm də musiqi sədaları altında - 142 milyard dollarlıq...

13.05.2025 / 19:44
Mayın 15-də İstanbulda Putin-Zelenski görüşü baş tutmaya bilər... Putin yanlış etdi və Zelenski bu səhvi dərhal tutdu...

13.05.2025 / 19:40
PKK-nın buraxılmasından sonra nələr olacaq...

13.05.2025 / 19:27
Muğama sahib çıxmağımız ermənilərin “mədəni təcavüz” planlarını alt-üst etdi...

13.05.2025 / 19:14
Azərbaycanın ən böyük insan haqları layihəsi - Qərbi azərbaycanlıların qayıdışı...

13.05.2025 / 19:09
Edqar Kazaryan erməniləri Azərbaycanın İrəvana hücumuyla qorxudur

13.05.2025 / 19:06
PKK- nın 46 illik terror mübarizə yolu uğurla icra ediımiş tarixi missiya adlandırıldı....

13.05.2025 / 18:58
Rusiyaya daxil olan azərbaycanlılar üçün yeni çətinlik yaradılır - QR kod əngəli...

13.05.2025 / 18:45
Terrorun günahsız qurbanlarından üzr istəmək PKK-nın əsas gündəm məsələsi olaraq qalır...

13.05.2025 / 18:37
Vardanyanın barəsində məhkəmə prosesi davam etdirilib - FOTO

13.05.2025 / 18:31
Tramp Putin-Zelenski görüşündə əsas bir səbəbə görə iştirak etmək istəyir...

13.05.2025 / 18:25
"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olunub" - Anar Ələkbərov

13.05.2025 / 18:17
Ukraynaya atəşkəs tövsiyəsi verənlər Əliyevin 1994-cü il təcrübəsini xatırlatmağı "unutdular"...

13.05.2025 / 18:03
2-ci Dünya müharibəsindən sonra bu yeganə fenomen Azərbaycanda baş verdi...

13.05.2025 / 17:50
Çinə rüsum qərarının dəyişməsi Trampın nüfuzunu daha da sarsıda bilər...

13.05.2025 / 17:36
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - DOSYE

13.05.2025 / 17:34
Putin böyük psixoloji çətinlikdə - Zelenski təkbətək görüşə israr edir...

13.05.2025 / 17:32
Məhkəmədə "Şərurlu İsfəndiyar"ın barəsində həbs qətimkan tədbirinin seçilməsi istəndi

13.05.2025 / 17:20
Plastik cərrahiyyənin vahid standartları olacaq - standartı aşanlar cəzalanacaq...

13.05.2025 / 17:15
Əhliman Əmiraslanov TBMM nümayəndə heyəti ilə görüşdü

13.05.2025 / 17:11
Bəhruz Əhmədov hərbi prokuror təyin edildi

13.05.2025 / 17:02
Müharibə əlilləri və şəhid ailələri 2030-cu ilədək mənzillə təmin ediləcək

13.05.2025 / 16:56
Öz həqiqətinə söykənən dərviş ruhlu şair

13.05.2025 / 16:55
“Netanyahudan narazı olan Tramp, İsraili Yaxın Şərq razılaşmalarından kənarlaşdırdı”

13.05.2025 / 16:41
Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub - VİDEO

13.05.2025 / 16:34
Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edildi

13.05.2025 / 16:33
Vətən üçün yaşadı Cavid

13.05.2025 / 16:10
Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilir

13.05.2025 / 15:42
Ukrayna Putinlə danışıqlara qoyulan qadağanı ləğv edə bilər - Putin İstanbula getsə...

13.05.2025 / 15:28
Lənkəranda adı “Qırmızı kitab”da olan balıqları ovlayan şəxs saxlandı

13.05.2025 / 15:17
Eşqi Bağırov səs yazısı yayılan məktəb direktorundan danışdı - bu hallara qarşı barışmaz mövqedəyik

13.05.2025 / 15:05
Neftçalada 18 min manatlıq kommunikasiya naqilləri oğurlandı

13.05.2025 / 14:16
"Saxta yolla tələbə adını qazananlara viza verilir" – Millət vəkili

13.05.2025 / 14:11
Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub - FOTO/YENİLƏNDİ

13.05.2025 / 14:00
60 nəfərə qarşı dələduzluq edən turizm şirkətinin qadın rəhbəri həbs olundu

13.05.2025 / 13:46
UNICEF yaxın aylarda Azərbaycanda operativ fəaliyyətini sona çatdıracaq

13.05.2025 / 13:22
Bakıda 128 yaşlı tarixi bina söküldü... - FOTO

13.05.2025 / 13:10
Путин попал в геополитическую кому - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.05.2025 / 12:41
Qarabağ Universitetinə qəbul planı açıqlandı

13.05.2025 / 12:06
Paşinyan Putinin çətiri altına qayıdır..

13.05.2025 / 12:03
Kuklaçılar beynəlxalq festivala gedir

13.05.2025 / 12:03
Fuad Əbdürrəhmanovun xatirəsi yad edildi

13.05.2025 / 12:00
Tramp Ər-Riyada gəlib

13.05.2025 / 11:43
Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

13.05.2025 / 11:32
"AZAL Sıfır Emissiya Planı hazırlayır" - qurum rəhbəri

13.05.2025 / 11:26
Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib

13.05.2025 / 11:25
Ramzan Kadırovun oğlu Adəmə növbəti mükafat təqdim edildi

13.05.2025 / 11:18
Kiberdələduzluq bitmir - bank kartlarından 9 min manat oğurlanıb

13.05.2025 / 11:07
Gəncədə kəllə-beyin tramvası alan şəxs xəstəxanada ölüb

13.05.2025 / 11:03
Afərin Türkiyə, halal olsun! - CANLI

13.05.2025 / 11:00
1747 nəfər üçün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

13.05.2025 / 10:31
Paracüdoçularımız dünya çempionatına qatılıblar

13.05.2025 / 10:24
Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib- nazirdən açıqlama

13.05.2025 / 10:18
Sumqayıtda bir ov tüfəngi və bir avtomat tapılıb

13.05.2025 / 10:08
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyində olub

13.05.2025 / 10:02
Tramp Qətərin Boeing-ini qəbul edəcək: -"Axmaq deyiləm ki, rədd edəm"

13.05.2025 / 10:00
Bu gün Bakının 2 qəsəbəsi qazsız qalacaq - əhaliyə XƏBƏRDARLIQ

13.05.2025 / 09:32
ABŞ elan etdi - Birləşmiş Ərəb Əmirliklərinə 1,4 milyard dollarlıq silah satılacaq

13.05.2025 / 09:26
Kann Film Festivalında qırmızı xalçada açıq-saçıq geyinmək qadağan edildi!

13.05.2025 / 09:22
Başqa ölkələr bu tibbi əməliyyatları qadağan edir - Azərbaycan üçün də düşünməyə dəyər...

13.05.2025 / 09:18
Bakıda iki avtomobil toqquşub, sürücü ölüb

13.05.2025 / 09:11
Qəddafinin vətənində bir-birini qırırlar...

13.05.2025 / 09:07
Atəşkəslə bağlı Azərbaycan təcrübəsi Ukraynanın və Rusiyanın yeganə xilas düsturudur

13.05.2025 / 09:05
Mbappe ŞOKDA - PSJ ondan 98 milyon avro tələb edir!

13.05.2025 / 08:58
Hakan Fidan Lavrovla Ukrayna məsələsini müzakirə edib

13.05.2025 / 08:36
Dövlət xəstəxanalarında KT və MRT cəmi 20 faiz ödənişə keçdi....

13.05.2025 / 00:49
Putin İstanbulda Zelenski ilə birbaşa danışıqlardan imtina etdi – Kremlin bəhanəsi…

12.05.2025 / 23:23
Atəşkəsin 1994-cü il Azərbaycan nümunəsi Ukrayna üçün qiymətli örnək ola bilər...

12.05.2025 / 22:55
Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına şəxsən qatıla biləcəyini açıqladı - Zelenski və Putin iştirak etsə...

12.05.2025 / 21:39
Pakistan Kəşmir məsələsini Hindistanla müzakirə etmək istəyir

Azərbaycanın ən böyük insan haqları layihəsi - Qərbi azərbaycanlıların qayıdışı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678