"Büdcə gəlirləri və xərcləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb"

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bir sıra faktlar açıqlayıb. Qurum rəhbəri bəyan edib ki, Hesablama Palatası 2024-cü ildə həyata keçirdiyi audit tədbirləri zamanı dövlət büdcəsinin gəlir və xərcləri, dövlət borcu və təminatları, eləcə də dövlət fondlarının idarə olunması sahələrində ciddi uyğunsuzluqlar aşkar edib.
SİTAT: "Dövlət büdcəsinin gəlirləri üzrə aparılmış təhlillər zamanı müxtəlif növ pozuntular qeydə alınıb. Buraya düzgün hesablanmayan vergilər, malların dəyərinin yanlış göstərilməsi, büdcədənkənar gəlirlərin azaldılması və dövlət əmlakından əldə edilən vəsaitlərin büdcəyə köçürülməməsi kimi hallar daxildir." - deyə o qeyd edib.
Mətləb Salahov