Bazar günü, 27 aprel 2025
     

İri məmur övladları milyonluq bizneslərini niyə Azərbaycanın özündə qurmurlar?..

Image

Azərbaycan hökumətinin maliyyə amnistiyası verməsinin vaxtı çoxdan çatıb

Son zamanlar yüksək ranqlı məmurların övladlarının xaricdə, əsasən də Londonda çoxlu sayda şirkətlərinin olduğu barədə xəbərlər yayılır. Məmurlarımızın övladları niyə xaricdə biznes qurur?

Nazir övladları, deputat qohumları, icra başçısı övladları və sair var ki, gedib xaricdə biznes qururlar, yatırımlarını xarici ölkələrin isqtisadiyyatına qoymaq üçün min bir əməliyyat sxemləri qururlar. Axı nə üçün pulu olan Azərbaycan vətəndaşı ölkə iqtisadiyyatına investisiya qoymur? Məmur övladlarını Avropa paytaxtlarına cəlb edən yalnız dəbdəbəli həyatdırmı? Əlbəttə yox, çünki onlar onsuz da Bakıda Avropa paytaxtlarından daha ucuz qiymətə dəbdəbəli həyat yaşaya bilir. Bəs onda səbəb nədir?

Əvvəlcə ona diqqət çəkmək istəyirik ki, Azərbaycan sərvət ölkəsidir və ona görə də çoxlu milyarderlərinin olması təbii haldır. Belə milyarderlərin sayı Azərbaycanda yüzlərlədir Elə isə "Forbes"in milyarderlər siyahısında nəyə görə bir Azərbaycan vətəndaşının belə adı yoxdur? Sözügedən istiqamətdə təhlil aparmaq üçün bu sualdan yola çıxsaq dəqiq nəticələr əldə edə bilərik.

Bir neçə il əvvəl bu sətirlərin müəllifinə Azərbaycanın qeyri-rəsmi milyarderlərindən birinə bu sualı vermək nəsib olub ki, milyardersən, adın niyə siyahıda yoxdur?. Həmsöhbətim cavabında bildirdi ki, mən dövlət məmuruyam və ildə uzaq başı 100-150 min rəsmi gəlirim olur - deməzlərmi ki, bu milyardları hardan almısan?! Bəli, birinci növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan əhalisi və məmurları çox məhdud rəsmi gəlirlərə malikdir. Ona görə də 100 min manatlıq maşın alanı da bu sual qarşısından asanlıqla aciz qoymaq olar, nəinki milyarderi - bu qədər pulu hardan almısan?

Digər tərəfdən, ölkədə kölgə iqtisadiyyatı geniş vüsət alıb. Bu kölgə iqtisadiyyatından pul qazananlar əldə etdiyi gəlirləri, topladığı sərmayəni leqallaşdıra bilmir. Leqallaşdırılmayan mülk, əmlak, sərvət və digər dəyərlilər isə hüquqi baxımdan hər hansı bir konkret şəxsin mülkiyyəti sayılmır. Ona görə də aşkarlananda ortaya sual çıxır ki, bu sərvətin mənbəyi hardandır. Bu səbəbdən də sözsüz ki, dövlət məmurları korrupsiya və rüşvət yolu ilə ələ keçirdikləri sərvəti leqallaşdırmaq üçün onu xaricə daşıyırlar. Ölkədən sərvətin çıxarılması prosesi də çox mürəkkəb sxemlər üzərindən və ya məmurun nüfuzundan istifadə edilərək həyata keçirilir. Ölkədən kapitalın çıxarılması əsasən idxal-ixrac əməliyyatları üzərindən, xaricdən dövlət zəmanəti ilə kreditlərin götürülməsi yolu və nağd valyuta şəklində qaçaqmalçılıqla daşınaraq reallaşdırılır. Əgər məmurların əldə etdikləri gəlirlərin leqallaşdırılması imkanları yaradılarsa, ölkədən xaricə axıdılan valyutanın bir hussəsini sərhədlərimiz daxilində saxlamaq mümkün olardı. Bunun üçün ölkədə maliyyə aministiyasının verilməsinin vaxtı çoxdan çatıb. Azərbaycan sahibkarının kapital yığımı prosesi artıq 10 il əvvəl başa çatıb. Oğurluq yollarla olsa da, artıq milyonlarla kapitala malik olan sahibkarlar ordusu formalaşıb. Onların kapitalı haradan əldə etməsi ilə bağlı sual başları üzərində "Damokl qılıncı" kimi asılıb. Hökumət sahibkarların əmlakı ilə birlikdə xaricə qaçmasını istəmirsə, bu xofu aradan qaldırmaq üçün maliyyə aministiyadı verməlidir.

Digər tərəfdən, biz çox tez-tez eşidirik ki, filan sahibkarın əmlakı filan oliqarx tərəfindən əlindən alındı. Son illər bu xəbərlər bir qədər səngisə də, yenə var. Səngimənin səbəbi isə artıq təsadüfi kapital sahiblərinin sırasının seyrəlməsi ilə bağlıdır. Sahibkarın əmlakının əlindən alınmasi təhlükəsini aradan qaldırmaq üçün birincisi qanunun aliliyi təmin edilməlidir. İkincisi, mülkiyyətə real dövlət zamanəti verilməlidir. Üçüncüsü, məhkəmələrin müstəqilliyi o səviyyədə təmin edilməlidir ki, hakim, haqlı olmadığı halda nazirin, deputatın, hətta prezidentin zərərinə qərar çıxarmaq imkanına malik olsun və axşam işdən adı qaydada çıxıb evinə sağ-salamat gedə bilsin. Bütün bunlar ölkə iqtisadiyyatının kapitallaşmasını təmin edə bilər.

Bunların ardınca hökumət ölkədə inhisarçılığı aradan qaldırıb, rəqabət mühiti yarada bilsə, bir neçə ilə Azərbaycan Avropa ölkələri ilə rəqabət aparmaq qabiliyyətinə malik iqtisadiyyat qura bilər. Çünki buna böyük potensial var.

Akif NƏSİRLİ



VİDEO

SON XƏBƏRLƏR

26.04.2025 / 20:30
Ədalət Partiyasındakı qalmaqalda adı hallanan Meydan Babayev və Mütəllim Rəhimli kimdir?

26.04.2025 / 19:30
Şərurlu İsfəndiyarın deputatlar və alimlərlə döyüşü... - VİDEO

26.04.2025 / 18:55
Kliçko Trampın təzyiqi ilə Zelenskinin ərazi güzəştinə gedə biləcəyini açıqladı – Ukrayna xalqı bunu qəbul etməyəcək

26.04.2025 / 18:12
Ukrayna Kurskda Putinin qələbəsini təkzib edir - vəziyyət ağırdır, ancaq döyüşlər davam edir…

26.04.2025 / 17:38
ATƏT-in baş katibi Minsk Qrupu barədə hələlik konkret söz demədi...

26.04.2025 / 17:26
Gerasimov Putinə raport verdi - Kursk Ukrayna ordusundan tamamilə geri alındı…

26.04.2025 / 17:10
Həccə maraq azalır, kvota dolmur, qiymət isə 6 min dollara qalxır - bunu necə başa düşək...

26.04.2025 / 16:47
Avropa İttifaqı Azərbaycanla yarımçıq buraxdığı prosesi yenidən başlayır...

26.04.2025 / 16:14
İri bankların "pensiya monopoliyasına" son qoyulur...

26.04.2025 / 15:22
İranın Bəndər Abbas limanında güclü partlayış – 300-ə yaxın yaralı var...

26.04.2025 / 15:08
Hindistanla Pakistan arasında toqquşmalar başladı...

26.04.2025 / 14:34
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

26.04.2025 / 14:21
Qondarma “erməni soyqırımı” “qurbanlarının” sayını 3 milyona çatdırmaq istəyirlər

26.04.2025 / 14:05
Fransalı deputat Bakıda mühakimə olunan caniləri siyasi məhbus adlandırdı

26.04.2025 / 13:21
Prezident İlham Əliyev: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"

26.04.2025 / 13:20
"Azərbaycan ilə Çinin bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsəti var" - Prezident

26.04.2025 / 13:12
Prezident İlham Əliyev: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var"

26.04.2025 / 13:06
"Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir" - Prezident

26.04.2025 / 13:04
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.04.2025 / 12:57
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib - FOTO/YENİLƏNDİ

26.04.2025 / 12:25
BAMF Kanadanın Baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayımladı

26.04.2025 / 12:22
Kuklaçıların Ankara səfəri uğurla başa çatdı

26.04.2025 / 11:03
Beynəlxalq Məhkəmə Vardanyan və 15 erməni əsilli şəxslə bağlı Ermənistanın iddialarını rədd etdi...

26.04.2025 / 10:15
Bir gündə bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

26.04.2025 / 10:06
Serenay Sarıkayanın yeni serialı bu tarixdə yayımlanacaq

26.04.2025 / 10:00
Ağdaşda "Opel" və VAZ toqquşub, bir nəfər ölüb

26.04.2025 / 09:31
“Beşiktaş” darmadağınla üçüncü pilləyə yüksəldi

26.04.2025 / 09:25
Deputat Rövşən Muradovun kombilərə qarşı kampaniyası uğursuz başladı - dəstəkləyən yoxdur....

26.04.2025 / 09:16
Orbandan Ukrayna AÇIQLAMASI: - "bu, yaxın gələcəkdə baş verməyəcək"

26.04.2025 / 09:09
Ərəbistan nəşri İlham Əliyevin Çin səfərindən yazdı

26.04.2025 / 08:43
"Azparkinq"in fəaliyyətindən narazılıqlar böyüyür...

26.04.2025 / 00:21
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək

25.04.2025 / 23:37
İsfəndiyar Axundov alimlərə qarşı danışanda deputatlar, deputatlar barədə danışanda isə alimlər dillənir... Niyə?..

25.04.2025 / 23:34
Əkrəm İmamoğlu həbsxanadan “bayraq çağırışı”etdi

25.04.2025 / 21:27
Ermənistan 8 dekabr 2023-cü il sazişi ilə rəsmən Avropadan idarə olunur...

25.04.2025 / 21:11
Gah deyir "genosid"i Stalin uydurub, gah da özü saxta genosid sərgisinə gedir - Paşinyan nə istəyir...

25.04.2025 / 21:05
Zərərçəkmiş şəxs: "Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər" - MƏHKƏMƏ +FOTO

25.04.2025 / 20:56
18-ci əsrdə erməni pul sikkələri? - Bu qədər yalan?

25.04.2025 / 20:44
Tramp:-“Rusiya bütün Ukraynanı ələ keçirməməklə “böyük güzəştə gedib”

25.04.2025 / 20:42
Avropa İttifaqı Azərbaycana münasibətdə səhvlərini düzəldir...

25.04.2025 / 20:32
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib

25.04.2025 / 20:27
Fransa və Ermənistan Cənubi Qafqazda 2 müharibə variantının ortasındadır...

25.04.2025 / 20:14
AYNA taksi sürücülərinə öyrətmir ki, uzaq məsafələrə də sürmək lazımdır?...

25.04.2025 / 20:00
Məxfi Çin-Avropa danışıqları gedir, Azərbaycan xüsusi rol oynaya bilər...

25.04.2025 / 19:54
Ədalət Partiyasında "veto" qalmaqalı...

25.04.2025 / 19:47
Oljas Süleymenov Azərbaycana mesaj göndərdi - “gec tez Turan olacaq”...

25.04.2025 / 19:41
“Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur” - Ceyhun Bayramov

25.04.2025 / 19:34
Tramp ermənilərin "genosid gözləntisinə" od qoydu...

25.04.2025 / 19:22
Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illiyi qeyd edilib - FOTO

25.04.2025 / 19:19
Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

25.04.2025 / 19:06
"Vətən marşı" şeirinin ...məni suçlayanlar yanılırlar" - Asif Rüstəmli

25.04.2025 / 19:03
DİN-in Kollegiya iclasından mühüm fakt - Azalma var.. - FOTO

25.04.2025 / 18:57
Banklarda müştəri böhranı var - Taleh Kazımov iqtisadçılarla müzakirə apardı…

25.04.2025 / 18:45
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

25.04.2025 / 18:43
Əliyev-Netanyahu görüşündə bütün Şərqin taleyi həll oluna bilər - işdə ABŞ və Türkiyə də var...

25.04.2025 / 18:29
Azərbaycan Ermənistanın Avropa ilə "Ümumi təhlükəsizlik" sazişini ifşa etdi...

25.04.2025 / 18:23
Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişdi

25.04.2025 / 18:15
Avroparlamentin yunan deputatı Kallasın Bakı səfərinə qarşı çıxdı - Yunanıstanın "qazı azaldılmalıdır"...

25.04.2025 / 18:02
Bakı-Tbilisi-Qars dəmiryolu ilə neft məhsulları daşınacaq...

25.04.2025 / 17:53
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi

25.04.2025 / 17:48
Tramp Zelenskini təkləmək istəyir - kəskin reaksiya: “Krım verilməyəcək”...

25.04.2025 / 17:35
Erməni məsələsi yenidən Rusiya-Türkiyə münasibətlərini poza bilər - Zaxarovadan “350 min erməni” təxribatı...

25.04.2025 / 17:30
Narışkin Bakıda Suriyanın xüsusi xidmət orqanlarının nümayəndəsi ilə görüşdü

25.04.2025 / 17:28
Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq

25.04.2025 / 17:25
Anar Quliyev Bakıda keçiriləcək WUF13-ün milli koordinatoru təyin edildi

25.04.2025 / 17:22
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

25.04.2025 / 17:18
Banklarda Elman Rüstəmovdan qalmış süni problemlərin kökü kəsilmir - "marja nədir"?

25.04.2025 / 17:15
“Nəqliyyat haqqında” qanuna dəyişiklik edildi

25.04.2025 / 17:12
Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyən edildi

25.04.2025 / 17:10
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir

25.04.2025 / 16:56
İmamoğlunun həbsdə olan vəkilinin vəkili də həbs edildi

25.04.2025 / 16:41
Trampdan Ukraynaya açıq mesaj - Krım Rusiyada qalacaq...

25.04.2025 / 16:33
"Ermənistandan Qarabağa adam və silah daşınırdı" - Zərərçəkmiş şəxs

25.04.2025 / 16:17
"Ermənistan və Fransa hökuməti Azərbaycan bayrağını yandıranları məsuliyyətə cəlb etməlidir" - XİN

25.04.2025 / 16:08
Trampdan İrana sərt mesaj - masadakı iki variantdan biri heç də yaxşı variant deyil…

25.04.2025 / 16:06
Vətəni canından artıq sevən Vüsal

25.04.2025 / 15:34
Aİ və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər

25.04.2025 / 15:19
ABŞ-ın xarici siyasətinə “daşınmaz əmlak istehsalçısı” rəhbərlik edir

25.04.2025 / 15:14
Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadıldı

25.04.2025 / 15:05
"ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı artıq çoxdan çatıb" - Prezident

25.04.2025 / 15:03
Nazir: "Azərbaycanın mina problemi bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir"

Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011