Bazar günü, 27 aprel 2025
     

Qoca qitə öz enerji təhlükəsizliyi üçün Bakıya sarılır...

Image

Mətləb Salahov: “Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki güclü mövqeyini və artan təsirini ortaya qoyur”

Bakı dünya iqtisadiyyatı üçün önəm daşıyan daha bir beynəlxalq toplantıya uğurla ev sahibliyi etdi. Son illər dünya iqtisadiyyatı üçün həlledici məsələlərin müzakirə məkanına çevrilən Azərbaycan paytaxı, bu dəfə enerji təhlükəsizliyi barədə müzakirə mərkəzi olaraq seçilmişdi. Avropanın enerji təhlükəsizliyində hər keçən il xüsusi rola sahib olan Azərbaycan dövlətinin nüfuz və etibar sahibi olduğu növbəti dəfə nümayiş olundu.
Jurnalist-ekspert Mətləb Salahov “Bakı-xəbər”ə açıqlamasında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının yekunları barədə fikirlərini açıqlayıb. M. Salahov qeyd edib ki, budəfəki toplantı hər şeydən öncə Azərbaycan qazına olan böyük tələbatı və əksər hegemon Avropa dövlətlərinin öz enerji təhlükəsizlikləri üçün Azərbaycana olan ciddi marağını ortaya qoydu. M. Salahovun fikrincə, bu toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin qatılması artıq rəsmi Bakının qoca qitənin enerji təhlükəsizliyi üçün açar ölkə statusunu da qaçılmaz reallığa çevirir.
“Bir məsələni də xüsusi olaraq vurğulayaq ki, “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nda da Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürülür. Eyni zamanda, tərəflər Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq etməyə səy göstərir. Azərbaycan bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında iştirak edir.
Uğurlu enerji siyasəti reallaşdıran ölkəmiz Avropanın enerji bazarında mühüm faktor kimi statusunu qoruyub saxlayır. Bu vaxta qədər əldə olunan uğurlu təcrübə, yaşıl enerji potensialının düzgün istiqamətləndirilməsi ölkəmizin cəlbediciliyini daha da artırır.
Beləliklə, Avropa qitəsində potensial əməkdaşlıq imkanları da genişlənir. Nəzərə almalıyıq ki, Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Xüsusilə Ermənistan işğalından azad edilmiş ərazilərin potensial yaşıl enerji sahəsində də uğurlu əməkdaşlığın davam etdirilməsini şətrləndirir. Yaşıl enerji interkonnektor layihələri Avropanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, dayanıqlı enerjiyə keçidi də sürətləndirəcək. Məşvərət Şurasının toplantılarında aparılan müzakirələrdə enerji təhlükəsizliyini möhkəmləndirmək, Cənub-Şərqi Avropada daha təmiz enerjiyə keçidi dəstəkləmək üçün birgə səylər nəzərdən keçirildi.
Digər bir məqam barədə danışaq. Boru kəmərinin keçdiyi ölkələrin qaz ehtiyaclarının ödənməsi baxımından bu layihə böyük əhəmiyyətə malikdir. Çünki İtaliya, Slovakiya və digər region ölkələrinin qaz tələbatının orta hesabla təqribən 20%-ə qədəri bu kəmər vasitəsilə ödənilə bilər ki, bu da böyük bir addımdır. Bu istiqamətdə TAP və TANAP layihələri də mövcuddur. Hər iki layihə həm Avropaya, həm də qardaş Türkiyəyə qaz nəqlinin həyata keçirilməsi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Bu layihələr, "Şahdəniz" yatağında qaz ehtiyatlarının kəşfindən sonra həyata keçirilməyə başlanılıb. Bu təşəbbüslər Azərbaycanın təkcə regionda deyil, dünya miqyasında da mövqeyinin möhkəmlənməsinə səbəb olub və strateji əhəmiyyət kəsb edir. Azərbaycan əhali baxımından kiçik olsa da, bu cür irimiqyaslı layihələrlə dünya siyasətində və iqtisadiyyatında vacib rol oynadığını artıq sübut edib. Hazırda qaza olan ehtiyac, dünyada nüfuz mübarizəsində böyük əhəmiyyət daşıyır. Dövlətlər arasında qarşılıqlı tətbiq olunan sanksiyalarda da qaz və energetika amili mühüm rol oynayır. Bu qaçılmaz reallıqdır ki, Azərbaycan bu məsələdə həm Avropanın, həm də Türkiyənin qazla təmin olunmasında əsas oyunçulardan biridir. Bu isə geosiyasi baxımdan ölkəmizin digər dövlətlərlə münasibətlərində mühüm rol oynayır və həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirir.
Mənim diqqətimdən qaçmayan daha bir vacib detal barədə danışım. Artıq Avropa İttifaqı Azərbaycan qazına olan marağını növbəti dəfə ifadə edib. Belə ki, Aİ-nin enerji və mənzil təsərrüfatı məsələləri üzrə komissarı Dan Yorgensen Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa İttifaqı (Aİ) Azərbaycandan qaz idxalını genişləndirməkdə maraqlıdır. SİTAT: “Biz Azərbaycana son illərdə idxal edə bildiyimiz qaza görə təşəkkür etməklə yanaşı, bu əməkdaşlığı davam etdirəcəyimizə də ümid edirik. Azərbaycan qazı həqiqətən də Rusiya qazından asılılığımızı azaltmaqda son dərəcə vacib idi. Üstəlik, biz onun genişləndirilməsində çox maraqlıyıq, çünki bu gün qazımızın 13 %-i hələ də Rusiyadan gəlir və məqsədimiz onun idxalını tamamilə dayandırmaqdır”, - o deyib. Yorgensenin sözlərindən belə nəticə hasil olur ki, “yaşıl keçid”in fəal təşviqinə və bərpa olunan enerji mənbələrinin inkişafına baxmayaraq, qaz hələ bir müddət də Aİ-nin enerji balansının bir hissəsi olaraq qalacaq. Bu faktın özü yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin Avropanın enerji təhlükəsizliyindəki güclü mövqeyini və artan təsirini açıq şəkildə ortaya qoyur. Beləliklə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün açar ölkə olduğu bir daha əyani şəkildə təsdiqləndi. Bu isə həm də o deməkdir ki, geosiyasət faktorunda rəsmi Bakı mühüm mövqe sahibidir. Qoca qitənin enerji təhlükəsizliyi üçün Bakıya sarılması da Azərbaycanın dünya siyasəti üçün önəmli aktoruna çevrilməsi üçün mühüm faktdır.”

Namiq Quliyev



VİDEO

SON XƏBƏRLƏR

26.04.2025 / 20:30
Ədalət Partiyasındakı qalmaqalda adı hallanan Meydan Babayev və Mütəllim Rəhimli kimdir?

26.04.2025 / 19:30
Şərurlu İsfəndiyarın deputatlar və alimlərlə döyüşü... - VİDEO

26.04.2025 / 18:55
Kliçko Trampın təzyiqi ilə Zelenskinin ərazi güzəştinə gedə biləcəyini açıqladı – Ukrayna xalqı bunu qəbul etməyəcək

26.04.2025 / 18:12
Ukrayna Kurskda Putinin qələbəsini təkzib edir - vəziyyət ağırdır, ancaq döyüşlər davam edir…

26.04.2025 / 17:38
ATƏT-in baş katibi Minsk Qrupu barədə hələlik konkret söz demədi...

26.04.2025 / 17:26
Gerasimov Putinə raport verdi - Kursk Ukrayna ordusundan tamamilə geri alındı…

26.04.2025 / 17:10
Həccə maraq azalır, kvota dolmur, qiymət isə 6 min dollara qalxır - bunu necə başa düşək...

26.04.2025 / 16:47
Avropa İttifaqı Azərbaycanla yarımçıq buraxdığı prosesi yenidən başlayır...

26.04.2025 / 16:14
İri bankların "pensiya monopoliyasına" son qoyulur...

26.04.2025 / 15:22
İranın Bəndər Abbas limanında güclü partlayış – 300-ə yaxın yaralı var...

26.04.2025 / 15:08
Hindistanla Pakistan arasında toqquşmalar başladı...

26.04.2025 / 14:34
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

26.04.2025 / 14:21
Qondarma “erməni soyqırımı” “qurbanlarının” sayını 3 milyona çatdırmaq istəyirlər

26.04.2025 / 14:05
Fransalı deputat Bakıda mühakimə olunan caniləri siyasi məhbus adlandırdı

26.04.2025 / 13:21
Prezident İlham Əliyev: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"

26.04.2025 / 13:20
"Azərbaycan ilə Çinin bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsəti var" - Prezident

26.04.2025 / 13:12
Prezident İlham Əliyev: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var"

26.04.2025 / 13:06
"Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir" - Prezident

26.04.2025 / 13:04
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.04.2025 / 12:57
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib - FOTO/YENİLƏNDİ

26.04.2025 / 12:25
BAMF Kanadanın Baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayımladı

26.04.2025 / 12:22
Kuklaçıların Ankara səfəri uğurla başa çatdı

26.04.2025 / 11:03
Beynəlxalq Məhkəmə Vardanyan və 15 erməni əsilli şəxslə bağlı Ermənistanın iddialarını rədd etdi...

26.04.2025 / 10:15
Bir gündə bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

26.04.2025 / 10:06
Serenay Sarıkayanın yeni serialı bu tarixdə yayımlanacaq

26.04.2025 / 10:00
Ağdaşda "Opel" və VAZ toqquşub, bir nəfər ölüb

26.04.2025 / 09:31
“Beşiktaş” darmadağınla üçüncü pilləyə yüksəldi

26.04.2025 / 09:25
Deputat Rövşən Muradovun kombilərə qarşı kampaniyası uğursuz başladı - dəstəkləyən yoxdur....

26.04.2025 / 09:16
Orbandan Ukrayna AÇIQLAMASI: - "bu, yaxın gələcəkdə baş verməyəcək"

26.04.2025 / 09:09
Ərəbistan nəşri İlham Əliyevin Çin səfərindən yazdı

26.04.2025 / 08:43
"Azparkinq"in fəaliyyətindən narazılıqlar böyüyür...

26.04.2025 / 00:21
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək

25.04.2025 / 23:37
İsfəndiyar Axundov alimlərə qarşı danışanda deputatlar, deputatlar barədə danışanda isə alimlər dillənir... Niyə?..

25.04.2025 / 23:34
Əkrəm İmamoğlu həbsxanadan “bayraq çağırışı”etdi

25.04.2025 / 21:27
Ermənistan 8 dekabr 2023-cü il sazişi ilə rəsmən Avropadan idarə olunur...

25.04.2025 / 21:11
Gah deyir "genosid"i Stalin uydurub, gah da özü saxta genosid sərgisinə gedir - Paşinyan nə istəyir...

25.04.2025 / 21:05
Zərərçəkmiş şəxs: "Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər" - MƏHKƏMƏ +FOTO

25.04.2025 / 20:56
18-ci əsrdə erməni pul sikkələri? - Bu qədər yalan?

25.04.2025 / 20:44
Tramp:-“Rusiya bütün Ukraynanı ələ keçirməməklə “böyük güzəştə gedib”

25.04.2025 / 20:42
Avropa İttifaqı Azərbaycana münasibətdə səhvlərini düzəldir...

25.04.2025 / 20:32
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib

25.04.2025 / 20:27
Fransa və Ermənistan Cənubi Qafqazda 2 müharibə variantının ortasındadır...

25.04.2025 / 20:14
AYNA taksi sürücülərinə öyrətmir ki, uzaq məsafələrə də sürmək lazımdır?...

25.04.2025 / 20:00
Məxfi Çin-Avropa danışıqları gedir, Azərbaycan xüsusi rol oynaya bilər...

25.04.2025 / 19:54
Ədalət Partiyasında "veto" qalmaqalı...

25.04.2025 / 19:47
Oljas Süleymenov Azərbaycana mesaj göndərdi - “gec tez Turan olacaq”...

25.04.2025 / 19:41
“Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur” - Ceyhun Bayramov

25.04.2025 / 19:34
Tramp ermənilərin "genosid gözləntisinə" od qoydu...

25.04.2025 / 19:22
Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illiyi qeyd edilib - FOTO

25.04.2025 / 19:19
Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

25.04.2025 / 19:06
"Vətən marşı" şeirinin ...məni suçlayanlar yanılırlar" - Asif Rüstəmli

25.04.2025 / 19:03
DİN-in Kollegiya iclasından mühüm fakt - Azalma var.. - FOTO

25.04.2025 / 18:57
Banklarda müştəri böhranı var - Taleh Kazımov iqtisadçılarla müzakirə apardı…

25.04.2025 / 18:45
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

25.04.2025 / 18:43
Əliyev-Netanyahu görüşündə bütün Şərqin taleyi həll oluna bilər - işdə ABŞ və Türkiyə də var...

25.04.2025 / 18:29
Azərbaycan Ermənistanın Avropa ilə "Ümumi təhlükəsizlik" sazişini ifşa etdi...

25.04.2025 / 18:23
Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişdi

25.04.2025 / 18:15
Avroparlamentin yunan deputatı Kallasın Bakı səfərinə qarşı çıxdı - Yunanıstanın "qazı azaldılmalıdır"...

25.04.2025 / 18:02
Bakı-Tbilisi-Qars dəmiryolu ilə neft məhsulları daşınacaq...

25.04.2025 / 17:53
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi

25.04.2025 / 17:48
Tramp Zelenskini təkləmək istəyir - kəskin reaksiya: “Krım verilməyəcək”...

25.04.2025 / 17:35
Erməni məsələsi yenidən Rusiya-Türkiyə münasibətlərini poza bilər - Zaxarovadan “350 min erməni” təxribatı...

25.04.2025 / 17:30
Narışkin Bakıda Suriyanın xüsusi xidmət orqanlarının nümayəndəsi ilə görüşdü

25.04.2025 / 17:28
Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq

25.04.2025 / 17:25
Anar Quliyev Bakıda keçiriləcək WUF13-ün milli koordinatoru təyin edildi

25.04.2025 / 17:22
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

25.04.2025 / 17:18
Banklarda Elman Rüstəmovdan qalmış süni problemlərin kökü kəsilmir - "marja nədir"?

25.04.2025 / 17:15
“Nəqliyyat haqqında” qanuna dəyişiklik edildi

25.04.2025 / 17:12
Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyən edildi

25.04.2025 / 17:10
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir

25.04.2025 / 16:56
İmamoğlunun həbsdə olan vəkilinin vəkili də həbs edildi

25.04.2025 / 16:41
Trampdan Ukraynaya açıq mesaj - Krım Rusiyada qalacaq...

25.04.2025 / 16:33
"Ermənistandan Qarabağa adam və silah daşınırdı" - Zərərçəkmiş şəxs

25.04.2025 / 16:17
"Ermənistan və Fransa hökuməti Azərbaycan bayrağını yandıranları məsuliyyətə cəlb etməlidir" - XİN

25.04.2025 / 16:08
Trampdan İrana sərt mesaj - masadakı iki variantdan biri heç də yaxşı variant deyil…

25.04.2025 / 16:06
Vətəni canından artıq sevən Vüsal

25.04.2025 / 15:34
Aİ və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər

25.04.2025 / 15:19
ABŞ-ın xarici siyasətinə “daşınmaz əmlak istehsalçısı” rəhbərlik edir

25.04.2025 / 15:14
Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadıldı

25.04.2025 / 15:05
"ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı artıq çoxdan çatıb" - Prezident

25.04.2025 / 15:03
Nazir: "Azərbaycanın mina problemi bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir"

Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011