Bazar günü, 16 mart 2025
     

Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

Image

Azərbaycan və Rusiya arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında mühüm saziş imzalanıb. Sazişi Moskvada Rusiya Hökuməti sədrinin müavini Vitali Savelyevin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiyanın nəqliyyat naziri Roman Starovoit imzalayıb.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatında  deyilir ki, nəqliyyat naziri Roman Starovoit ilə  həmkarı Rəşad Nəbiyev arasında görüşün gündəliyinin əsas mövzusu Şimal-Cənub dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində qarşılıqlı fəaliyyət olub: "Yeni saziş Şimal-Cənub dəhlizinin inkişafı üçün tarixi əsasdır. İnfrastruktur layihələrimiz faktiki olaraq ən azı 15 milyon ton daşıya biləcəyimizi təmin etməyə yönəlib və yükgöndərənlər bu dəhlizdə maraqlıdırlar. Ümumiyyətlə, Bəndərabbas limanına gedən dəmir yolu bütün dəhlizin intensiv inkişafı üçün iqtisadi şərait yaradacaq". Məlumatda deyilir ki, saziş Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə dəmir yolu yükdaşımaları və infrastrukturun inkişafının əlaqələndirilməsi mexanizmini yaradacaq. Malların dövlət sərhədindən keçirilməsi prosedurlarını asanlaşdıran şərtlər yaranacaq. Dəmir yolu ilə yükdaşımaların həcminin artırılması nəzərdə tutulur: "Daşımaların həcminin artım templəri ilə dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafı arasında tarazlıq da təmin ediləcək. 2023-cü ilin sonunda, eləcə də 2024-cü ilin 11 ayında dəmir yolu ilə yükdaşımalarda artım müşahidə olunur. Rusiya aviaşirkətləri tərəfindən sərnişin və yüklərin daşınması da xeyli artıb. Avtomobil nəqliyyatı ilə yükdaşımalarda da artım müşahidə olunur". Rusiya Nəqliyyat Nazirliyi həmçinin bildirir ki, ötən il Yaraq-Kazmalyar avtomobil keçid məntəqəsinin yenidən qurulması başa çatdırılıb: "Taqirkent-Kazmalyar və Novo-Filya keçid məntəqələrinin modernləşdirilməsindən sonra Rusiya tərəfində ümumi keçid qabiliyyəti 500 nəqliyyat vasitəsi - sutkada 3 minə qədər artacaq. Dekabrın 25-dən Tagirkent-Kazmalyarda yük avtomobilləri üçün elektron növbə fəaliyyətə başlayacaq. Həmçinin, Dərbənd dəmir yolu keçid məntəqəsi 2027-ci ilə qədər modernləşdiriləcək. Bu il "Yaraq-Kazmalyar" və "Samur" buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün istismarı və saxlanılmasına dair hökumətlərarası saziş imzalanıb. "Qafqaz" avtomobil yolunun 4 zolağa genişləndirilərək əsaslı təmiri başa çatdırılıb. Xasavyurt, Dərbənd və Mahaçqalada dolama yollarının tikintisi üzrə işlər aparılır". Bütün bunlar Azərbaycan üzərindən yükdaşımaların həcminin bundan sonra da əhəmiyyətli dərəcədə artacağını göstərir.

Avropa ilə Asiyanı birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi  vasitəsilə Rusiya öz məhsullarının ixracı üçün yeni imkan əldə edir. Finlandiyadan başlayaraq Hindistanda yekunlaşan dəhliz Rusiya və Azərbaycan ərazilərindən keçərək İrana, buradan da Hindistana uzanacaq. Dəhliz üçün Azərbaycan öz  ərazisində müvafiq infrasrtuktur yaradıb. Belə ki, son 20 ildə Azərbaycanda 15 min kilometr avtomobil, 1400 kilometr dəmir yolu tikilib və əsaslı təmir olunub, yeni hava limanları, beynəlxalq dəniz limanı istifadəyə verilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara yolunun da inşası davam edir. Bu, Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun davamıdır. Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək bu dəhlizin formalaşması nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq. Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan isə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq. 162 kilometrlik Rəşt-Astara yolu Rusiya ilə Hindistan arasında yükdaşımaları asanlaşdıracaq. Rusiyanın bu yolun tikintisinə 1,6 milyard avro həcmində sərmayə yatırması təsadüfi xarakter daşımır. Azərbaycan isə Şimal-Cənub dəhlizinin formalaşmasında tranzit ölkə kimi əsas rol oynayır. Bu dəhlizin Azərbaycan üzərindən keçməsini nəzərə alan dövlət yuxarıda qeyd edildiyi kimi böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən quruldu. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verildi, Astaraçay üzərində yeni avtomobil körpüsünü tikintisi uğurla reallaşıb. Bütün bunlarla yanaşı "Azərbaycan Dövlət Dəmir Yolları" QSC İranın Astara şəhərində yük terminalının tikintisini həyata keçirib. Onu da qeyd edək ki, Cənub-Şərqi Asiya ölkələrindən Avropaya yük daşıyan gəmilər Süveyş kanalından keçməklə 16 min kilometr yol qət edirlərsə, Şimal-Cənub dəhlizi ilə cəmi 7200 kilometr yol gedəcəklər. Yüklər 60 gün ərzində deyil, 30 gün ərzində mənzilbaşına çatdırılacaq. Bununla yanaşı, nəqliyyat xərcləri də 40 faiz azalacaq.

Azərbaycan Şimal-Cənub dəhlizi layihəsinə qoşulmaqla, ilk növbədə, özünün həm Rusiya, həm də İranla quru sərhədinin əlverişli coğrafi xarakteristikasından səmərəli şəkildə faydalanaraq üçtərəfli regional əməkdaşlığı inkişaf etdirir və mövcud şəraitdən bəhrələnərək, yeni dividendlər qazanır. Bundan başqa, Azərbaycan gələcəkdə bu istiqamətdə qonşu Gürcüstanın ərazisini və kommunikasiyalarını da işə salmaqla Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur. Rusiyanın "Roskonqres" fondunun analitiklərinin hesablamalarına əsasən, 2022-ci və 2023-cü illər ərzində dəhlizlə yükdaşımalar 18 faiz artaraq 19 milyon tondan 22,6 milyon tona çatıb. Yükdaşımaların həcminin 2030-cu ildə 30, 2035-ci ildə isə 35 milyona çatacağı gözlənilir. Bu da Şimal-Cənub dəhlizinin qarşıdakı dğvr ərzində Azərbaycana böyük mənfəətlər qazandırmaqda davam edəcəyini göstərir.

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

16.03.2025 / 21:29
XII Qlobal Bakı Forumu dünya üçün yeni imkanlar açan, qlobal həmrəyliyi gücləndirən mühüm bir tribunadır

16.03.2025 / 21:15
Abdulla Öcalana "Qurucu öndər" fəxri adı?...

16.03.2025 / 20:56
Tramp ilk müharibə qərarını verdi...

16.03.2025 / 19:57
Tramp və Putinin bu həftə görüşəcəyi açıqlandı…

16.03.2025 / 19:34
Kiyev Belarusa ukraynalı və rus hərbi əsirlər üçün düşərgələr yaratmağı təklif etdi…

16.03.2025 / 18:50
Zəngəzur dəhlizinin Türkiyə hissəsinin tikintisinə start verildi

16.03.2025 / 18:35
“Biz satılmırıq” - Qrenlandiyalılar ayağa qalxdı

16.03.2025 / 18:23
Tramp bir qərarla azad medianı dəfn etdi

16.03.2025 / 18:10
İrandan Rusiyaya “kahı” formasına salınmış narkotik daşıyan yükü maşını “Astara” saxlandı... - FOTO

16.03.2025 / 17:50
Pezeşkian: “Biz heç vaxt alçaldılmağa boyun əyməyəcəyik”

16.03.2025 / 17:34
"Bu yazılanlar bir daha yazıçı Anarın ədəbi çəkisini ortaya qoydu.."

16.03.2025 / 17:29
Azərbaycan Yazıçılar Birliyinin sədri Anara MƏKTUB

16.03.2025 / 17:10
Türkiyə Krımla bağlı mövqeyini bir daha təsdiqlədi

16.03.2025 / 17:04
Matviyenko Bakıya gəldi... - FOTO

16.03.2025 / 15:29
İran üzərindən Naxçıvana açılacaq yol heç bir halda "Zəngəzur dəhlizi" adlandırıla bilməz... Türkiyə naziri nə deyib?...

16.03.2025 / 15:14
İlon Maskın dörd yaşlı uşağı Trampdan ayrılmır - FOTO

16.03.2025 / 15:09
Azərbaycan 50 nəfərin faciəli ölümü ilə bağlı Şimali Makedoniyaya başsağlığı verdi

16.03.2025 / 15:03
“Kiyev istərsə Rusiyanın razılığı olmadan xarici qüvvələr Ukraynaya daxil ola bilər”

16.03.2025 / 14:47
Serbiyada parlament binası qarşısında etirazçılarla polis arasında dava düşüb

16.03.2025 / 14:35
Tramp Yəmənə endirilən hava zərbələrini seyr etdi

16.03.2025 / 14:21
İran Xarici İşlər Nazirliyi ABŞ-ın Yəmənə endirdiyi zərbələrlə bağlı bəyanat yaydı

16.03.2025 / 14:08
Tramp “Amerikanın Səsi”nin yayımını dayandırdı

16.03.2025 / 13:34
Ermənilər mövqelərimizi atəşə tutdu

16.03.2025 / 13:32
Bişkekdə Əhliman Əmiraslanovun sədrliyi ilə TÜRKPA komissiyasının iclası keçirildi - FOTO

16.03.2025 / 13:15
Ukrayna "Uzun Neptun"la işğalçılara ilk sarsıdıcı zərbəsini endirdi

16.03.2025 / 12:54
Rusiya atəşkəs danışıqlarını pozmaq üçün Ukrayna hərbçiləri haqda nağıllar uydurur

16.03.2025 / 12:34
İsrail - ABŞ - Azərbaycan strateji müttəfiqliyi yaranır

16.03.2025 / 00:18
Putin onunla görüşməyə gələn Trampın elçisini 8 saat qapıda gözlətdi...

16.03.2025 / 00:05
ABŞ İsraili ittiham edən Cənubi Afrika səfirini ölkədən qovdu

15.03.2025 / 22:53
Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng ediblər

15.03.2025 / 22:35
Ukrayna müharibəsi Rusiyanın enerji nəhəngini çökdürdü - 330,9 milyardlıq "Qazprom"un dəyəri 46 milyarda düşdü...

15.03.2025 / 20:57
Rusiya işğalı genişləndirir, Tramp isə Rusiyadan yaxşı siqnallar aldığını deyir

15.03.2025 / 20:47
Bu dəfə qəhrəman Müqəvvadır

15.03.2025 / 19:19
Allahdan qorxmayanın yardım paylamasının adı nədir?... İllah da deputat ola...

15.03.2025 / 18:26
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

15.03.2025 / 18:12
ABŞ-ın Rusiya ilə birgə Ukraynanın ərazi bütövlüyünə qarşı qətnamə qəbul etməsi təəccüblüdür

15.03.2025 / 18:11
Kurskda Ukrayna qoşunlarının mühasirəyə düşməsini Müharibə Araşdırmaları İnstitutu (ISW) da təkzib edir

15.03.2025 / 18:09
Ukrayna silah arsenalını genişləndirir - Yeni Neptun raketi uğurla sınaqdan keçirildi

15.03.2025 / 18:06
“Netanyahunun zehnində sülh və əmin-amanlıq üçün yer yoxdur”

15.03.2025 / 17:08
Qlobal forum xəbərdarlıq etdi - yaxın illərdə sabitlik olmayacaq....

15.03.2025 / 17:01
"Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur" - Nazir

15.03.2025 / 16:45
Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərdi

15.03.2025 / 16:17
"Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir" - İsrailin sabiq Prezidenti

15.03.2025 / 16:10
Kiməsə arxayın olanlar düzlərdə qalar - Bakı forumundan dövlətlərə böyük mesaj....

15.03.2025 / 16:02
Bakı forumundan dövlətlərə 2 qiymətli tövsiyə verildi...

15.03.2025 / 15:50
Bakı forumu Cənubi Qafqazı kənar böhranlardan qorumaq formulunu tapdı...

15.03.2025 / 14:46
Bolqarıstanın sabiq Prezidenti Bakıdan Trampa çağırış etdi - "...rahat yaşayaq”

15.03.2025 / 14:27
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

15.03.2025 / 14:11
Qaradağda əməliyyat - saxlanan iki nəfərdən 3 kq heroin, tiryək, marixuana, 100 ədəd metodon aşkarlandı

15.03.2025 / 13:43
"Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var" - Qlobal Bakı Forumu

15.03.2025 / 13:26
Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar” adlı panel iclas keçirildi

15.03.2025 / 13:02
İsrail - ABŞ - Azərbaycan sttrateji müttəfiqliyi yaranır

15.03.2025 / 12:45
Bərdədə binanın eyvanı uçub, bir nəfər dağıntılar altında qalıb

15.03.2025 / 11:23
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edildi

15.03.2025 / 11:18
Prezident İlham Əliyev Nasir Əbdülkərim Əbdürrəhmanı “Dostluq” ordeni ilə təltif etdi

15.03.2025 / 11:15
Prezident İlham Əliyev Azərbaycanın D8-ə qoşulmasını təsdiqlədi

15.03.2025 / 11:10
XİN Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası ilə bağlı sazişin imzalanmasını alqışladı

15.03.2025 / 11:00
Mətbuat Şurasının yaranmasından 22 il ötür

15.03.2025 / 10:23
"Birgə bəyanatı alqışlayırıq" - Qırğızıstandan Azərbaycan və Ermənistan açıqlaması

15.03.2025 / 10:16
Ronaldu 928-ci qolunu vurub

15.03.2025 / 10:03
Ağstafada "Jiquli" piyadanı vuraraq öldürüb

15.03.2025 / 08:44
Ədliyyə Nazirliyinin bu ideyası rəğbət qazanmadı - boşanmaq istəyənlərə nə psixoloq?

15.03.2025 / 01:27
Putin Trampın Kurskda mühasirədəki ukraynalı əsgərlərin bağışlanması xahişinə cavab verdi – silahı yerə qoyub təslim olsunlar...

14.03.2025 / 23:18
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində... - FOTO

14.03.2025 / 22:18
Tramp bunu da etdi – Putinlə birləşib dezinformasiya yayırlar...

14.03.2025 / 22:13
Paşinyan 2 mübahisəli sülh maddəsini niyə təsdiqlədi və niyə mövqeyindən çəkildi?...

14.03.2025 / 22:07
Estoniya kəşfiyyatı Trampı təkzib etdi, - Ukrayna ordusu Kurskda mühasirəyə düşməyib...

14.03.2025 / 21:40
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər - FOTO

14.03.2025 / 21:37
Konqresin ermənilərə satılmış üzvləri Trampın dövründə bir-bir vurulur...

14.03.2025 / 21:23
Ermənistan tezliklə konstitusiyanı da dəyişməli olacaq...

14.03.2025 / 21:21
C.Vensdən əl çəkmirlər bu dəfə də vitse prezidenti konsertdə fitə basdılar

14.03.2025 / 21:14
Harutyunyan məhkəmədə Vardanyanla bağlı danışdı

14.03.2025 / 21:09
Türkiyə jurnalistindən ziyanlı fikir - Azərbaycan-Türkiyə münasibətləri ABŞ-İsrail münasibətləri kimidir?...

14.03.2025 / 20:56
Yeni dünya düzənində Rusiya Azərbaycanla daha fərqli işləməli olacaq...

14.03.2025 / 20:55
Harutyunyan: "Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu" - MƏHKƏMƏ + FOTO

14.03.2025 / 20:42
Ermənistanla saziş Xocalı genosidi barədə beynəlxalq iddialara kölgə salmayacaq...

14.03.2025 / 20:28
Azərbaycan kəşfiyyatı Ermənistanda AB-nin sərhəd missiyasını tam deşifrə etdi...

14.03.2025 / 20:20
Tramp Putinlə Kursk vilayətində mühasirədə olan Ukrayna qoşunlarını müzakirə edib

14.03.2025 / 20:15
Ermənistanın üzdə sülh ritorikası - altda müharibə hazırlığı... Təlimatçıların yeni oyunu...

14.03.2025 / 20:01
Avropa Birliyinin Qafqaz siyasəti böhrana dirəndi - çıxış yolu var...

14.03.2025 / 19:47
BMT Avropa Parlamentinin anti-Azərbaycan mövqeyini kəskin vurdu...

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456