Bazar ertəsi günü, 2 iyun 2025
     

Hansı ölkənin "Yaşıl enerji" keçidinin belə güclü hüquqi bazası var? - Azərbaycandan başqa...

Image

 Aydın Hüseynov: "Azərbaycan "yaşıl enerji" ixracatçısına çevrilməkdədir"

Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsi ilə bağlıdır. Yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ölkələrində enerji transformasiyasının sürətləndirilməsinə və bunun üçün bir sıra zəruri tədbirlərin görülməsinə başlanıb. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpa olunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır.

Maraqlıdır, Azərbaycanın " Yaşıl enerjiyə" keçid strategiyasının reallaşdırılması istiqamətində qanunvericilik və institutsional islahat xarakterli işlər nə kimi rol oynayır? Bu sırada 2020-ci ildə Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılmasını, "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" 2021- ci il tarixli  Azərbaycan qanununu, "Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə Yol xəritəsinin hazırlanmasını" qeyd etmək olar. Həmçinin,  Azərbaycanın işğaldan azad edilən ərazilərində "Yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Prezidentin 2021-ci il 3 may tarixli Sərəncamı, Prezidentin 2021- ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli prioritetlərdə Yaşıl enerji məkanı"nın yaradılması və  digər mühüm sənədləri və tədbirləri bu sıraya aid etmək olar.

Prezidentin bu sahədə Sərəncamları və addımları Yaşıl strategiyanın həyata keçirilməsində necə rol oynayır?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın yeni iqtisadi gündəliyində yer alan əsas prioritetlərdən biri olan "yaşıl enerji" ehtiyatlarının istehsalı və ixracı ilə bağlı yürüdülən siyasət öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizin "yaşıl enerji" sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlığı sahəsində çox mühüm sazişlər imzalanıb ki, bu da gələcək enerji siyasətinin yeni şaxələri hesab edilə bilər: "Belə ki, Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power", Böyük Britaniyanın "bp", Avstraliyanın "Fortescue Future Industries", Yaponiyanın "TEPSCO", İtaliyanın "Maire Tecnimont", Çinin "China Gezhouba Group Overseas Investment", Fransanın "Total Energies" və digər xarici şirkətlərlə  bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb. Eləcə də Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə "yaşıl enerji" sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Hazırda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir ki, bu da "yaşıl enerji" startegiyasının olduqca uğurla irəlilədiyini təsdiqləyir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji həcminin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının ifadəsidir. Bütün bu təşəbbüsləri gerçəkləşdirmək üçün "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "yaşıl enerji" məkanının yaradılması ilə bağlı hədəflər müəyyən edilib: "Həmçinin, Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan "yaşıl enerji" zonaları elan olunub. 2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb və artıq Qara dəniz kabeli ilə bu enerjinin Avropaya ixracı nəzərdə tutulur.  Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmindədir. Həmin ehtiyatların böyük bir qismi azad edilmiş ərazilərdədir. Artıq bu bölgədə bərpa olunan enerji növlərinin istehsalı üçün addımlar atılır və Laçın, Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə külək elektrik stansiyası və Zəngilan,Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsi reallaşdırılmaqdadır". 

A.Hüseynov onu da əlavə etdi ki,  Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik İli" elan edilib ki, tədbirlər planı çərçivəsində çoxsahəli addımların atılacağı nəzərdə tutulur. Ətraf mühitin qorunması, meşə zolaqlarının və su ehtiyatlarının mühafizəsi, yaşıllıqların artırılması naminə təşəbbüslərin dəstəkləməsi, yeni layihələrin icrası sürətlənəcək. 

Vüqar İsgəndərov: "Azərbaycan həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir"

Millət vəkili Vüqar İsgəndərov bildirdi ki, Azərbaycan həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir: "Bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Dövlət başçısının bəyan etdiyi kimi, bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən bir il ərzində bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən olan "Masdar" tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat Günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Bizim əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən "Masdar" və Səudiyyə Ərəbistanından olan "ACWA Power" şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim istər Xəzər dənizində, istərsə də quruda bərpaolunan enerji ehtiyatları baxımından nəhəng potensialımız var. Azərbaycan, həmçinin "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı hədəfləyib. Bir sözlə, Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv mərhələsindədir".

Günel CƏLİLOVA



VİDEO

SON XƏBƏRLƏR

01.06.2025 / 23:18
Ukraynadan Rusiya aviasiyasına böyük zərbə… Bazalar vuruldu, çox sayda hərbi təyyarə məhv edildi - ŞOK TƏFƏRRÜATLAR…+ VİDEO

01.06.2025 / 22:16
Putinin vertolyotuna dron hücumu hazırlanmış ssenari imiş - ifşa....

01.06.2025 / 21:19
Millimiz dünya çempionu oldu!

01.06.2025 / 20:33
Kəlbəcərdə traktor minaya düşdü

01.06.2025 / 18:49
Rusiya aviasiya dünyasına sarsıdıcı zərbə vuruldu

01.06.2025 / 18:31
ABŞ-ın keçmiş kəşfiyyat şefi Putinin planlarını ifşa etdi - Ukraynadan sonra bu ölkəni işğal edəcəklər…

01.06.2025 / 16:08
Fransa qarışdı – polislə toqquşmalarda 2 nəfər öldü, 559 nəfər saxlandı…

01.06.2025 / 15:20
Terrorçular Suriya prezidentini “kafir” elan etdilər

01.06.2025 / 14:16
Kremlin ideoloqu: “Türk xalqı artıq gələcəyini Ərdoğanda görmür”

01.06.2025 / 12:41
Makronun daxili işlər naziri öz xalqını "barbar" adlandırdı…

01.06.2025 / 12:38
Rusiya İstintaq Komitəsi Bryanskdə çökən körpünün partladıldığını açıqladı...

01.06.2025 / 11:56
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib - YENİLƏNDİ

01.06.2025 / 10:18
Rusiyada körpü qatarın üstünə uçdu - yeddi ölü, çox sayda yaralı var...

01.06.2025 / 09:35
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib - FOTO

01.06.2025 / 00:07
İlham Əliyev 2004-cü ildəki referenduma uyğun kursu davam etdirir, yunan deputatın əsəbi yersizdir...

31.05.2025 / 22:23
Prezident İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib - FOTO/VİDEO

31.05.2025 / 22:06
Səudiyyədən İrana xəbərdarlıq - Ya ABŞ-la razılaşın, ya da İsrailin hücumuna hazır olun...

31.05.2025 / 20:33
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regional məsələləri müzakirə edib

31.05.2025 / 19:04
ABŞ Cənubi Qafqazda yenidən fəallaşır - Tramp siyasəti dəyişir...

31.05.2025 / 18:41
Xorvatiya lideri Aİ-ni yıxıb sürüdü - ölkələrə yalandan üzvlük sözü verib onlardan müəyyən güzəştlər qoparmağa çalışırlar...

31.05.2025 / 18:30
Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa və Ağdamda olublar

31.05.2025 / 18:18
Bakı-İrəvan sazişinin yeri və zamanı hələ müzakirə edilmir - Qriqoryan məqsədli təhrifə yol verdi... 2 şərt icra olunub ki?...

31.05.2025 / 17:52
İmamoğlu: “16 milyon istanbullunu bir-bir həbsəmi atacaqsan?”

31.05.2025 / 17:35
"Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 397 nəfər həlak olub və yaralanıb" - XİN

31.05.2025 / 17:20
Ermənistanda kilsə-hakimiyyət qarşıdurması kəskinləşir...

31.05.2025 / 17:07
Elon Maskın niyə gözü göyərib?

31.05.2025 / 16:44
Tramp Ukrayna danışıqlarında Medinskini bu səbəbdən Kremlin adamı kimi görmək istəmir...

31.05.2025 / 16:03
“Belə çıxır ki, bu küfr edənlər heç oruc tutmurlar”: Nikol Paşinyan ruhanilərdən əl çəkmir

31.05.2025 / 16:01
Rusiya Ukraynanın sülh danışıqlarına gəlməməsindən qorxuya düşüb

31.05.2025 / 15:42
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb...

31.05.2025 / 15:06
Goranboyda mülki şəxs minaya düşdü, sol ayağı amputasiya edildi

31.05.2025 / 14:48
Polis əməliyyat keçirdi, 9 kiloqram narkotik aşkarlandı

31.05.2025 / 14:23
Sərhəddə mobil telefon əməliyyatı - təhqiqatçı islah işlərinə məhkum edildi

31.05.2025 / 13:11
Avroparlamentin Kipr deputatı İlham Əliyevin sözlərindən yanıb yaxıldı...

31.05.2025 / 11:29
Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

31.05.2025 / 11:28
Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

31.05.2025 / 11:26
Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

31.05.2025 / 11:20
ABŞ- da 47 milyon dollar COViD pulunu yemiş 14 erməni tutuldu....

31.05.2025 / 10:20
Goranboyda qardaş bacısını bıçaqlayıb

31.05.2025 / 10:13
Paşinyan hökm etdi- Katalikosu dövlət seçməlidir...

31.05.2025 / 10:02
Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

31.05.2025 / 09:28
Tik tok-da qadınları şantaj edən 19 yaşlı dələduz saxlanılıb

31.05.2025 / 09:27
Azərbaycandan xaricə kütləvi qızıl axını var...

31.05.2025 / 09:17
Daha 38 ailə Laçına yola salınıb

31.05.2025 / 09:10
Bu axşam Çempionlar Liqasının finalı olacaq

31.05.2025 / 09:03
“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

31.05.2025 / 08:42
Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

31.05.2025 / 08:42
Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456