Türkiyə Azərbaycana limon ixracını dayandırır...

“Azərbaycan mağazalarda satılan limonun çox böyük hissəsini Türkiyədən idxal edir”
Türkiyədə limon ixracı müvəqqəti olaraq dayandırılır. Bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb. Bildirilir ki, son şaxtalar Aralıq dənizinin Adana, Mersin və Hatay vilayətlərinə təsir edib. Tədarükün dayandırılması Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi ilə razılaşdırılıb və zəruri hallarda əlavə tədbirlər görülə bilər.
Qərar daxili tələbatın qorunması və ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Aralıq dənizi İxracatçılar Birliyinin məlumatına görə, Türkiyə 2024-cü ildə 1,639 milyon ton sitrus meyvəsi ixrac edərək, ölkəyə 1,046 milyard dollar gəlir gətirib. Limon ixracının dayandırılması, çox güman ki, Belarus mağazalarına da təsir edəcək. Office Life-ın müəyyən etdiyi kimi, böyük pərakəndə satış şəbəkələri də Türkiyədən limon təklif edir. Üstəlik, böyük çatdırılma şirkətləri hətta limon əvəzinə əhəng sifariş etməyi təklif edirlər.
Qeyd edək ki, Türkiyə Azərbaycana da limon ixracını dayandırır.
Bunun Azərbaycana nə kimi təsirləri olacaq?
“Türkiyənin limon ixracartını dayandırması Azərbaycana da aid ediləcəksə, ölkə bazarında ciddi limon qıtlığı baş verə bilər”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda Azərbaycanın yerli limon ehtiyatı demək olar tükənib: “Azərbaycan mağazalarda satılan limonun çox böyük hissəsini Türkiyədən idxal edir. Türkiyənin limon ixracartını dayandırması Azərbaycana da aid ediləcəksə, ölkə bazarında ciddi limon qıtlığı baş verə bilər. Amma biz bu qıtlığı aradan qaldırmaq üçün alternativlərdən istifadə edə bilərik”.
A.Nəsirlinin fikrincə, ən yaxşı variant Gürcüstandan və digər subtropik iqlim qurşağına malik ölkələrdən limon idxal etməkdir. “Amma bu idxal malları Türkiyədən idxal olunanlardan bir qədər baha başa gələcək. Gürcüstandan idxal olunan limon az miqdardadır, çox deyil. Gürcüstanın potensialı da Türkiyənin potensialı çox aşağıdır. Ona görə Türkiyə Azərbaycana da ixracatı dayandırsa, biz alternativ mənbələrdən limon idxal etmək məcburiyyətində qalacağıq. O halda limonun qiyməti daşıma xərclərinə görə bahalaşalacaq”.
A.Nəsirli vurğuladı ki, məsələn, 40 qəpiyə aldığımız limonu ola bilsin, növbəti limon mövsümünə -payıza qədər 60-70 qəpiyə alaq. O qeyd etdi ki, Azərbaycanda sitrus meyvələri məhdud sayda becərilir. Mütəxəssisin sözlərinə görə, keçən il 80 min ton sitrus meyvələri istehsal etmişik, onun da tərkibində müəyyən hissəni limon tutur.
Bütün bunlarla yanaşı A.Nəsirli hesab etmir ki, Türkiyənin limon idxalını dayandırması qərarı Azərbaycana da şamil ediləcək. Mütəxəssisin sözlərinə görə, əgər biz də bu halla qarşılaşsaq, onda Azərbayan alternativ variantlara baş vuracaq.
Leyla QARAXANLI