"Uzunmüddətli qaz müqavilələri imzalana bilər" - nazirdən AÇIQLAMA

"Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi iki dəfə artaraq, 14 milyard kubmetrə çatıb." Bu barədə energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın hasilat layihələri sürətlə inkişaf etdirilməli, boru kəmərinin nəqletmə qabiliyyəti artırılmalı və mərkəzləşdirilmiş kompressor stansiyası tikilməlidir.
SİTAT: “Azərbaycan və Avropa istehlakçıları arasında uzunmüddətli qaz müqavilələri imzalana bilər. Bu, Avropa İttifaqı üçün ən vacib zəmanət olacaq."
Mətləb Salahov