“Neftçi”dən 1600-cü qol!

“Neftçi” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub. Peşəkar Futbol Liqasının rəsmi saytında yer alan məlumata görə, "ağ-qaralar"ın yubiley qoluna Andrey Ştoqrin imza atıb. O, Misli Premyer Liqasının XXXII turunun “Sumqayıt”la səfər oyununda (2:2) komandasını məğlubiyyətdən xilas edən sonuncu qolun müəllifi olub. Bakı klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarındakı 1600-cü qolu 957-ci oyununda vurub.
“Ağ-qaralar”ın orta məhsuldarlığı 1,67-yə bərabərdir. Paytaxt təmsilçisi evdə 923, səfərdə 657, neytral meydanda 20 qola sevinib. “Neftçi” yarışın tarixində 1600 və ya daha çox qol vuran 2-ci komandadır. “Qarabağ”ın hesabında 1606 qol var.
Mətləb