"Liverpul" 20-ci dəfə İngiltərə çempionu oldu!

Futbol üzrə İngiltərə Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi müəyyənləşib. 32-ci tur çərçivəsində doğma meydanda “Tottenhem”i 5:1 hesabı ilə məğlub edən “Liverpul” sona 4 tur qalmış ölkə çempionu olub. Bu qələbə ilə xallarını 82-yə çatdıran “Liverpul” ən yaxın izləyicisi “Arsenal”ı 15 xal qabaqlayır. “Tottenhem” isə 37 xalla 16-cı pillədə qərarlaşıb. Qeyd edək ki, bu, “Liverpul”un 20-ci İngiltərə çempionluğudur.
Mətləb