"Qarabağ" 12-ci dəfə Azərbaycan çempionu oldu

"Qarabağ" klubu futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olub. Belə ki, "Sabah"la səfərdə 1:1 hesablı heç-heçə edən Ağdam klubu sona 4 tur qalmış qızıl medalları təmin edib. Bununla da xallarını 77-yə çatdıran Qurban Qurbanovun komandası 12-cı dəfə Azərbaycan çempionu olub. “Sabah” isə 40 xalla 4-cü pillədə qalıb.
Mətləb