İmaməddin Xəlilov gümüş, Sabir Zeynalov bürünc medal qazanıb

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) Çinin Taiyan şəhərində keçirilən Prezident Kubokunda gümüş medal qazanıb. Baki-xeber.com-un məlumatına görə, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb. Parataekvondoçu zədə səbəbindən final görüşünə çıxmayıb. Qeyd edək ki, Çinin Taiyan şəhərində keçirilən Prezident Kubokunda digər parataekvondoçumuz Sabir Zeynalov (58 kq) isə bürünc medal qazanıb.
İradə SARIYEVA