“Beşiktaş” darmadağınla üçüncü pilləyə yüksəldi

Türkiyə Superliqasında 33-cü tura start verilib. Turun açılış matçında “Beşiktaş” öz meydanında “Hatayspor”u qəbul edib. Görüşün əvvəlində hesabda geri düşməsinə baxmayaraq, İstanbul klubu rəqibini 5:1 hesabı ilə darmadağın edib.
Bu qələbə sayəsində xallarının sayını 52-ə çatdıran “Beşiktaş” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Hatayspor” isə 19 xalla 18-ci pillədə qərarlaşıb.
Mətləb