"Mançester Yunayted" 73 milyon avroya yeni futbolçu alacaq

İngiltərənin "Mançester Yunayted" klubu "Vulverhempton"da çıxış edən Braziliya millisinin futbolçusu Mateus Kunyanın transferini tamamlamağa hazırlaşır. "Goal Brazil" nəşrinin yazdığına görə, "qırmızı şeytanlar" 25 yaşlı hücumçunun keçidi ilə bağlı razılığa gəlib. Mançester təmsilçisi forvard üçün klubuna 73 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mateus Kunya cari mövsüm "Vulverhempton"un heyətində 31 oyuna çıxıb, 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Mətləb