Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları açıqlandı

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları məlum olub. Onlar III MDB Oyunlarına həsr olunmuş ilk mətbuat konfransında ictimaiyyətə açıqlanıb.
Enerjili, mehriban Bəbir və Leyla oyunların simvollarıdır. Bəbir Qafqaz bəbirinin obrazında yaradılmaqla, sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirir. Bu nadir heyvan ölkəmizin füsunkar guşələrində qədim dövrlərdən bəri məskunlaşıb.
Xatırladaq ki, sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək yarışlar 23 idman növünü əhatə edəcək. Oyunlar Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə təşkil ediləcək.
Mətləb