“Qarabağ” və “Neftçi”nin oyunlarını bu hakimlər idarə edəcək

Futbol üzrə Azərbaycan Kubokunda 1/2 final mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. Peşəkar Futbol Liqasından verilən məlumata görə, “Qarabağ” – “Araz-Naxçıvan” matçını Rəvan Həmzəzadə, “Sabah” – “Neftçi” qarşılaşmasını isə İnqilab Məmmədov idarə edəcək. Hər iki görüş aprelin 23-də keçiriləcək.
Mətləb