Mbappe "Barselona"ya qarşı oynayacaq - "Real"a şad xəbər

"Real" klubunun futbolçusu Kilian Mbappe "Barselona"ya qarşı İspaniya Kubokunun final oyununda iştirak edə biləcək. "Tiempo de Juego" nəşrinin yazdığına görə, fransalı hücumçu tam sağalmağa və meydana qayıtmağa hazırdır. O, evdə İngiltərə təmsilçisi "Arsenal"a uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında sağ topuğundan zədələnmişdi.
Qeyd edək ki, "Barselona" - "Real" oyunu aprelin 26-da Sevilyada keçiriləcək.
Mətləb