"Mançester Yunayted" əzmkar qələbə ilə yarımfinalda!

Dünən UEFA Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib. "Latsio" ilk oyunda məğlub olduğu "Budo Qlimt"i qəbul edib və qələbə qazanıb. Ümumi hesab bərabərləşdiyi üçün penaltilər seriyası oynanılıb və "Budo Qlimt" daha dəqiq davranaraq mərhələ adlayıb. "Mançester Yunayted" 1 həftə əvvəl heç-heçə etdiyi "Lion"a əlavə vaxtda qalib gəlib. "Tottenhem" ilk görüşdə səfərdə bərabərə qaldığı "Ayntraxt"ı üstələyib. "Atletik" isə ötən həftə sülhə razılaşdığı "Reyncers" üzərində qələbə qazanıb.
Ümumi nəticələrə əsasən, "Mançester Yunayted", "Budo Qlimt", "Tottenhem" və "Atletik" yarımfinala yüksəlib. Bu mərhələdə "Budo Qlimt" "Tottenhem"lə, "Mançester Yunayted" isə "Atletik"lə üz-üzə gələcək.
Mətləb