Bu gün Avroliqada yarımfinalçılar məlum olacaq

Bu gün UEFA Avropa Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək. Bu matçlardan sonra bütün yarımfinalçıların adına aydınlıq gələcək. "Latsio" ilk oyunda məğlub olduğu "Budo Qlimt"i qəbul edəcək. "Mançester Yunayted" 1 həftə əvvəl heç-heçə etdiyi "Lion"la evdə qarşılaşacaq.
"Tottenhem" səfərdə bərabərə qaldığı "Ayntraxt"ın müqavimətini qırmağa çalışacaq. "Atletik" isə ilk görüşdə sülhə razılaşdığı "Reyncers"lə Bilbaoda üz-üzə gələcək.
Mətləb