Mbappe "Real"da çöküb - antirekord

"Real"ın ulduz futbolçusu Kilian Mbappe ümidləri doğrultmur. Frnasalı futbolçu artıq 2018-ci ildən bəri ən pis seriyasına da imza atıb. Bu göstərici, 26 yaşlı hücumçunun bütün yarışlarda ardıcıl beş oyunda qol və məhsuldar ötürmə ilə yadda qalmaması sayəsində gerçəkləşib.
Madrid təmsilçisi son olaraq UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında evdə İngiltərənin "Arsenal" komandasına uduzub - 1:2. Görüşə ilk "11-lik"də başlayan Mbappe 75-ci dəqiqədə əvəzlənib.
Mətləb