"Futbolumuzun hazırkı durumu ürəkaçan deyil" - AFFA-dan etiraf

AFFA-nın baş katibi Cahangir Fərəcullayev milli assosiasiyanın Hesabat Konfransında bildirib ki, Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil. O, AFFA prezidenti Rövşən Nəcəfə göstərdikləri etimada görə təşəkkür edib. SİTAT: "İnanırıq ki, qəbul edilən strategiya ilə ölkə futbolu yaxşı nailiyyətlər əldə edib. İnkişaf Strategiyasını fəaliyyət planına çevirməliyik. Buna güclü kadrların işə cəlb edilməsindən başlamalıyıq. AFFA-nın hazırkı strukturu tələblərə cavab vermir".
Mətləb