"Mançester Yunayted" və "Tottenhem"dən heç-heçə - Avropa Liqası

Avropa Liqasında 1/4 final mərhələsi başlayıb. İlk oyunların hamısı eyni gündə keçirilib. "Mançester Yunayted" Fransada "Lion"la heç-heçə edib (2:2). "Tottenhem" də Londonda "Ayntraxt"la bərabərə qalıb(1:1). "Latsio" səfərdə "Budo Qlimt"ə uduzub (0:2). "Atletik" isə "Reyncers"lə qarşılaşmada qolsuz bərabərliyə razılaşıb. 1/4 finalın cavab oyunları aprelin 17-də keçiriləcək.
Mətləb