Bu axşam Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək

Bu axşam UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. “Çelsi” səfərdə “Legiya”nın, “Fiorentina” isə “Sele”nin qonağı olacaq.
“Rapid” İsveçdə “Yuroqrdenlə qarşılaşacaq. “Betis” isə doğma meydanda Polşa “Yagelloniya”sını qəbul edəcək. "Çelsi"-"Legiya" qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də, qalan görüşlər isə saat 23:00-da baş tutacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılşamaları aprelin 17-də keçiriləcək.
Mətləb