Qəbələ - Xankəndi ultramarafonuna start verilib

Bu gün Qəbələ - Xankəndi ultramarafonuna start verilib. Startdan əvvəl yarışın açılış mərasimi keçirilib. Ultramarafona 81 atlet qatılıb. Onların 23-ü qadın, qalanları kişi idmançılardır. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var.
“İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən marafonun iştirakçıları 192 km məsafəni qət edərək, Xankəndidə finişə çatacaqlar.
Mətləb