"Barselona"dan almanlara futbol DƏRSİ!

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunları yekunlaşıb. İkinci oyun günündə "Barselona" Dortmund "Borussiya"sını qəbul edib. Görüş Kataloniya təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.
Digər oyunda isə PSJ Parisdə "Aston Villa" ilə qarşılaşıb. Bu oyunda da meydan sahibləri qalib gəlib - 3:1. Bu komandalar arasında cavab oyunu 15 və 16 apreldə keçiriləcək. Qeyd edək ki, 1/4 finalın ilk oyunları çərçivəsində ötən gecə 2 matç keçirilib. "Real" "Arsenal"a, "Bavariya" "İnter"ə uduzub.
Mətləb