5 güləşçimiz bu gün Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start veriləcək. Azərbaycanın 5 sərbəst güləşçisi də məhz bu gün mübarizəyə başlayacaq.
İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Orxan Abasov (79 kq) və Abubakr Abakarov (97 kq) döşək üzərinə çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 13-dək davam edəcək. Görüşlər hər gün, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.