“Neftçi” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Sabah”a qarşı

Futbol üzrə Azərbaycan Misli Premyer Liqasında 28-ci tur davam edir. İkinci oyun günündə daha 2 qarşılaşma keçiriləcək. Əvvəlcə “Neftçi” öz meydanında saat 16:45-də “Araz-Naxçıvan”ı qəbul edəcək. Hazırda Naxçıvan klubu 47 xalla üçüncü pillədə qərarlaşıb. “Ağ-qaralar” isə 31 xalla altıncıdır.
Günün ikinci görüşündə “Sumqayıt” saat 19:00-da doğma meydanda “Sabah”ı sınağa çəkəcək. 27 turdan sonra Bakı klubu 35 xalla beşinci, sumqayıtlılar isə 28 xalla yeddinci pillədə qərarlaşıblar.
Mətləb