"Həkimlər atamı öldürüblər" - Maradonanın oğlundan ŞOK İDDİA

Əfsanəvi futbolçu Dieqo Maradonanın oğlu Dieqo Armandо Maradona Sinаgrа atasının ölümünə dair məhkəmə prosesini şərh edib. O, nüfuzlu "Marca" nəşrinə açıqlamasında bildirib ki, atası həkimlərin məsuliyyətsizliyi ucbatından vəfat edib:
"Məhkəməni izləyirəm və bu, bizim üçün çox çətin bir dövrdür. Çətin zamanlar olacaq, amma buna hazıram. Bu məhkəmədə mənə ən böyük ağrını verən şey atamın öldürülməsidir. Bu açıqdır. Onu xilas etmək üçün heç nə etmədilər. Əgər atamı düzgün müalicə etsəydilər, indi burada otura bilərdi. Onların heç nə etmədiyini qəbul edə bilmirəm. Əminəm ki, biz sübut edəcəyik ki, bu, laqeydlik idi. Atam yalnız ölümündən sonra onlara faydalı oldu. Niyə? Bilməyirəm. Amma həkimlərin və onları təyin edənlərin davranışı mənə başqa bir seçim qoymur".
Mətləb