"Yuventus"un yeni baş məşqçisi açıqlandı

"Yuventus" yeni baş məşqçisini rəsmən elan edib. Belə ki, "qoca sinyora" İqor Tudoru yeni baş məşqçi kimi ictimaiyyətə təqdim olunub. Xorvatiyalı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
O, Turin klubunu yayda keçiriləcək klublararası dünya çempionatının sonuna kimi çalışdıracaq. Tudor komandanı Çempionlar Liqasına yüksəldə bilsə, onun razılaşma daha 1 il müddətinə uzadılacaq. Xatırladaq ki, İ.Tudor bir vaxtlar "Qalatasaray"ın da baş məşqçisi olub.
Mətləb