Argentina DÇ-2026-ya vəsiqə qazandı, Braziliya darmadağına üzüldü...

Futbol üzrə Argentina və Braziliya milliləri DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər. Cənubi Amerika zonası üzrə seçmə mərhələnin 14-cü turunda sözügedən komandalar Buenos-Ayresdəki "Mas Monumental" stadionunda ilə üz-üzə gəliblər. Görüşdə Argentina 4:1 hesablı qələbə qazanıb.
Nəticədə Argentina xallarının sayını 31-ə çatdırıb və mundialın əsas mərhələsinə vəsiqəni təmin edib. Braziliya isə 21 xalla 3-cüdür. Argentina Cənubi Amerikadan DÇ-2026-ya vəsiqə qazanan ilk komandadır. Kanada, ABŞ, Meksika isə turnirin ev sahibləri kimi yarışda birbaşa iştirak hüququna malikdirlər.
Mətləb