Ardıcıl 22 il qol vuran yeganə futbolçu - Ronaldo yenə tarix yazdı

Futbol üzrə Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldo millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi futbol tarixinə düşüb. Portuqaliyalı ulduz futbolçu bu nəticəyə UEFA Millətlər Liqasının 1/4 finalında Danimarka üzərində qazanılan 5:2 hesablı qələbə matçında nail olub.
Hücumçu görüşün 6 və 72-ci dəqiqələrində fərqlənib. Bu oyundan sonra K.Ronaldo karyerası ərzində vurduğu qolların sayını 929-a çatdırıb. O, Portuqaliya millisində 136 dəfə fərqlənib.
Mətləb