İki gimnastımız Portuqaliyada qızıl medal qazanıb

Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən “Aerobika gimnastikası üzrə Dünya kuboku”nda qızıl medal qazanıblar. Bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. Qarışıq cütlük 19.350 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mətləb