17 yaşında qol vurdu, Millətlər Liqasında rekord qırdı

"Barselona" və "İspaniya millisinin futbolçusu Lamin Yamal növbəti tarixi rekorda imza atıb. Belə ki, UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin cavab oyunlarında keçirilən İspaniya - Niderland matçında 17 il və 258 gün yaşında olan vinger qol vurub. Bununla da o, turnirin tarixində qol vuran ən gənc futbolçu olub.
Buna qədər rekord digər "Barselona"nın futbolçusu Qaviyə məxsus idi. İspaniyalı yarımmüdafiəçi 17 il və 304 gün yaşında fərqlənmişdi.
Mətləb