Azərbaycan millisi Haiti yığmasına qarşı

Bu gün futbol üzrə Azərbaycan millisi Haiti yığması ilə yoldaşlıq oyunu keçirəcək. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 2025-ci ilin ilk matçında rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək.
Qarşılaşmada ədaləti türkiyəli baş hakim Kadir Sağlam qoruyacaq. Ona Dəniz Canər Ozaral, Anıl Usta kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.
Görüş saat 21:45-də start götürəcək.
Mətləb