Ermənistan millisi öz meydanında darmadağın edildi

Futbol üzrə Gürcüstan millisi Millətlər Liqasının pley-off mərhələsində ilk oyununu martın 20-də səfərdə Ermənistan millisi ilə keçirib.İrəvanda keçirilən oyunun 33-cü dəqiqəsində Giorgi Koçoraşvili hesabı açıb. Oyunun 36-cı dəqiqəsində Giorgi Mikautadze 2-ci qolu vurub. Oyunun ikinci hissəsinin 58-ci dəqiqəsində Mikautadze hesabı 3:0 edib. Beləliklə Ermənistan millisi öz meydanında darmadağınla üzləşib. Bu komandaların cavab qarşılaşması martın 23-də Gürcüstanda keçiriləcək.
Mətləb