Ronaldu 928-ci qolunu vurub

Kriştianu Ronaldu növbəti qolunu vurub. Portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 25-ci turu çərçivəsində “Əl Kholood”a (3:1) qarşı keçirilən matçda fərqlənib. Ronaldo matçın 4-cü dəqiqəsində rəqib qapısına yol tapıb. Bununla da o, karyerasında vurduğu qolların sayını 928-ə çatdırıb. 40 yaşlı futbolçunu 1000 qol həddindən cəmi 72 top ayırır.
Mətləb