Çərşənbə günü, 28 may 2025
     

Siyasi partiya sədrlərinin birgə səfərlərinin növbəti ünvanı Laçın şəhəridir

Image

Ölkəmizdə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti və bununla əlaqədar formalaşmaqda olan yeni siyasi mədəniyyət çərçivəsində siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə birgə səfərlərinin təşkili Azərbaycan ictimaiyyəti tərəfindən artıq müsbət demokratik ənənə kimi qəbul olunur. Milli həmrəylik təzahürü ilə təcəssüm olunan və ictimaiyyət tərəfindən təqdir edilən bu demokratik təcrübə siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı və işgüzar münasibətləri daha da dərinləşdirir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində mütəmadi şəkildə müxtəlif səpgili layihələr icra edilir. Görüşlər, açıq müzakirələr, teledebatlar, peşəkar diskussiyalar, birgə səfərlər, konfranslar və bu kimi digər layihələr siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar olunmasına xidmət göstərir. Azərbaycan ictimaiyyəti təqribən son beş il ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir. Siyasi dialoq ilə əlaqədar hökumət tərəfindən atılan bütün təşəbbüslər mediada açıq şəkildə işıqlandırılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürləri prinsipial və davamlı şəkildə qeyd edir.

Siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərlərinin təşkili təcrübəsi konkret məsələlərin müzakirəsi üçün işgüzar mühiti yaratmaqla tərəflər arasında konstruktiv əməkdaşlığı təşviq edir. Xatırladaq ki, sağlam və səmərəli əməkdaşlıq mühitinin bərqərar olunmasına xidmət edən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha əvvəl Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran və Xankəndiyə təşkil olunub.

Ölkəmizdə yaşanan siyasi dialoq mühiti sayəsində müxalif siyasi partiyalar, eyni zamanda, beynəlxalq tədbirlərdə də tərəf müqabili kimi iştirak edirlər. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə birgə səfərlərlə yanaşı, ölkə siyasiləri, həmçinin Şuşa Bəyannaməsinin birinci ildönümü ilə əlaqədar 2022-ci il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransa da qatılıblar. Bununla da siyasi partiyalar cəmiyyətin intellektual potensialının səfərbər edilməsi kimi dövlət üçün mühüm və strateji vəzifənin icrasını təmin etmiş olurlar.

AZƏRTAC xəbər verir ki, növbəti, artıq sayca 6-cı olan birgə səfərin ünvanı Laçındır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da həyata keçirilmiş səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər. Səfər çərçivəsində Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olub, habelə “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqında ətraflı məlumatlar verilib.

Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində iştirakçılar qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib.

Ölkədə həmrəylik mühitinin qorunmasında siyasi partiyaların müstəsna əhəmiyyətini vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Vətənpərvər qüvvələri birləşdirən əsas amilin milli maraqlar və dövlətçilik mövqeyi olduğunu bildirən Ədalət Vəliyev bildirib ki, Laçının timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan bərpa-quruculuq işlərinin səviyyəsi haqqında təsəvvürlər formalaşa bilər. İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafının müasir Azərbaycan tarixinin ən qürurlu səhifələrindən olduğunu bildirən Administrasiya rəsmisi mövcud istiqamətdə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş müvafiq dövlət proqramlarından da söhbət açıb.

Suverenliyin tam bərpasının Azərbaycan tarixinin mahiyyət və keyfiyyət etibarilə yeni inkişaf mərhələsi olduğunu xüsusi vurğulayan Ədalət Vəliyev diqqətə çatdırıb ki, ölkəmizdə yaşanan milli həmrəylik mühiti sabitlik və dayanıqlı inkişafın zəmanətidir. Siyasi dialoqda fəal iştirak edən siyasi partiyalar həmrəylik mühitinin qorunmasına öz töhfələrini verirlər. Odur ki, siyasi partiyaların Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu cür layihələrdə fəal iştirakı bilavasitə milli və siyasi həmrəyliyin təzahürüdür.

Səfər çərçivəsində siyasilər Laçının iqtisadi, habelə turizm potensialı ilə də tanış olublar. İştirakçılara bildirilib ki, Laçının turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Nəzərə alınmalıdır ki, yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.

Hökumətin bu cür təşəbbüslərində siyasi partiyaların fəal iştirakı sayəsində siyasətdə konstruktiv əməkdaşlıq, dövlət naminə şəxsi ambisiyalardan imtina olunması, milli həmrəylik, habelə etibarlı münasibətlər təmin edilir. Əlamətdar və müsbət haldır ki, sözügedən səfərlər Prezident İlham Əliyevin yerlərdə yeni yaşayış məkanların rəsmi açılışlardan və Qarabağa köçmüş sakinlər ilə görüşlərdən sonra təşkil olunur. Sözügedən hal bir daha ölkəmizdə sağlam iqtidar-müxalifət münasibətlərinin mövcudluğundan xəbər verir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

28.05.2025 / 00:10
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

28.05.2025 / 00:09
Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib - FOTO

27.05.2025 / 22:57
Prezident İlham Əliyevin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

27.05.2025 / 22:55
Tramp:- “Putin odla oynayır!”

27.05.2025 / 22:10
Qəzzada ABŞ-ın dəstəklədiyi yardım fondu fəaliyyətə başladı – Fələstinlilər izlənilmək qorxusundan ehtiyat edirlər

27.05.2025 / 22:07
Dünyanın ən yoxsul 75 ölkəsi Çinə 22 milyard ABŞ dolları həcmində borc ödəyəcək

27.05.2025 / 22:05
Rusiyanı yeni sanksiyalarla hədələyən ABŞ Senatı ondan cavab gözləyir

27.05.2025 / 22:04
Çində kimya zavodunda güclü partlayış baş verdi

27.05.2025 / 22:03
“ABŞ Ukraynadan Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını aldı”

27.05.2025 / 21:37
Azərbaycan Ukrayna siyasətini davam etdirəcək - Rusiyanın mümkün reaksiyaları...

27.05.2025 / 21:23
Paşinyan “Azərbaycanla saziş mesajını” başqa ünvanlara yönəltdi...

27.05.2025 / 21:10
Zəngəzur dəhlizi beynəlxalq zərurətə çevrilir...

27.05.2025 / 20:57
Fransa XİN Azərbaycanı Ermənistanla sazişə çağırdı - absurdun son həddi...

27.05.2025 / 20:44
Pezeşkian Bakıdan sonra İrəvana getmək qərarına gəldi...

27.05.2025 / 20:32
Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılır

27.05.2025 / 20:18
İslamofobiyaya qarşı dövlətlərin gücü birləşdiriləcək - Azərbaycan çağırış etdi...

27.05.2025 / 20:04
Qərbi Zəngəzurda Ermənistan dalbadal xarici konsulluqlar açır - nə baş verir?

27.05.2025 / 19:53
Mixeil Kavelaşvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 19:51
Paşinyanın taleyi Azərbaycanla sülh müqaviləsindən asılı vəziyyətə düşür...

27.05.2025 / 19:50
Macarıstanın Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 19:50
Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO

27.05.2025 / 19:48
Andjey Duda Prezident İlham Əliyevə təbrik ünvanlayıb

27.05.2025 / 19:36
Xaricdən Azərbaycana kiberhücum faktları NATO arenasında da yayıldı...

27.05.2025 / 19:34
Bayram Beqay Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 19:30
Litva Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 19:23
İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

27.05.2025 / 19:15
Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verdi - FOTO

27.05.2025 / 19:09
Fransa və Ermənistan Strateji Tərəfdaşlıq sənədi imzalamağa hazırlaşır - hərbi sfera xüsusi diqqətdədir...

27.05.2025 / 18:56
Ermənistanda Fransanın xüsusi inkişaf fondu haqda protokol imzalandı - Fransa ABŞ-ı əvəzləmək istəyir...

27.05.2025 / 18:42
Paşinyan Bakı ilə sazişi pozan köhnə “konstitusiya ideyasını” yenidən gündəmə gətirdi...

27.05.2025 / 18:39
Əli Əsədov Misir Senatının sədri ilə görüşdü

27.05.2025 / 18:33
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi - FOTO

27.05.2025 / 18:28
"Putin dəli olub" sözlərinə görə Kreml Trampa çox qorxaq cavab verdi... Niyə?

27.05.2025 / 18:22
Bakıda islamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

27.05.2025 / 18:15
100 illər öncə qul ticarəti aparırdı, indi islamofobiyanın önündə gedir... Kim?

27.05.2025 / 18:12
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 18:02
Avropanın iki mühüm qurumu islamofobiyanın mərkəzinə çevrilib...

27.05.2025 / 17:50
Putinin yaxın çevrəsində “SSRİ-nin bərpası” şüarına qoşulanların sayı artır...

27.05.2025 / 17:44
Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

27.05.2025 / 17:43
II Qaregin növbəti dəfə Azərbaycan və Türkiyəyə qarşı həyasızlıq etdi

27.05.2025 / 17:30
Əfv sərəncamı cəmiyyətin gözləntilərini doğrulda bildimi?..

27.05.2025 / 17:27
Romadakı konfransa Bakının dəvəti: Orta gücə çevrilən Azərbaycan - RƏY

27.05.2025 / 17:26
Vüqar Rəhimzadə: Müstəqil və qüdrətli Azərbaycanın üçrəngli Bayrağı bütün ərazilərimizdə qürurla dalğalanır

27.05.2025 / 17:24
Putin Vatikana getsə, ingilislər təyyarəsini vuracaq - Rusiya deputatından şok iddia...

27.05.2025 / 17:16
"Müsəlmanları cəmiyyətin təhlükəli elementi kimi göstərməyə çalışan siyasi qruplar var" - David Munir

27.05.2025 / 17:08
Zəka Mirzəyev yaxın qohumlarına vəzifə verib? - DSMF açıqlama yaydı...

27.05.2025 / 16:54
Azərbaycan fransız məhbusu Kaya Kallasın şəxsi xahişindən sonra əfv edib...

27.05.2025 / 16:51
Ermənistan parlamentinin sədri separtçıların cavabını verdi,ancaq yarımçıq...

27.05.2025 / 16:50
Jean-Noël Barrault: “Ağrı dağının baxışları altında İrəvana endik”

27.05.2025 / 16:49
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədr müavini haqqında da istintaq başladıldı

27.05.2025 / 16:48
İyunun 2-də Gorusda Fransanın konsulluğu açılır, Rusiya isə 3 ildir gözləyir

27.05.2025 / 16:47
Qondarma “Xristian Həmrəyliyi Beynəlxalq Təşkilatı” Azərbaycana qarşı hədyanlar yağdırdı

27.05.2025 / 16:45
"İslamı Avropanın sosial və mədəni toxumasının bir hissəsi kimi görmək daha ədalətlidir" - Avstriya Müsəlman Təşəbbüsünün sədri

27.05.2025 / 16:44
Tramp Baydenin Ukraynaya qoyduğu bütün məhdudiyyətləri aradan qaldıracaq

27.05.2025 / 16:42
Spiker erməniləri azərbaycanlılarla ticarət etməyə səslədi - "özünüzü buna hazırlayın"....

27.05.2025 / 16:41
"Dezertirlik " erməni cəmiyyətini bürüyüb- 10 mindən çox gənc axtarşdadır....

27.05.2025 / 16:32
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunub

27.05.2025 / 16:18
Putindən Microsoft və McDonald's haqqında sərt açıqlamalar - Onları boğmaq lazımdır...

27.05.2025 / 16:10
Beynəlxalq konfransda İslam mədəni irsinin qorunması yolları müzakirə edilib

27.05.2025 / 15:55
"Tibb işçilərinə tətbiq edilən 65 yaş həddi ləğv edilməlidir" - Əhliman Əmiraslanov

27.05.2025 / 15:47
Birinci Qarabağ müharibəsinin şəhidi Mingəçevirdə torpağa tapşırıldı

27.05.2025 / 15:32
Moskva Kiyevlə danışıqlar üçün beş ölkəni nəzərdən keçirir...

27.05.2025 / 15:26
Prezident İlham Əliyev: "May ayı bundan sonra bayram ayı olacaq"

27.05.2025 / 15:24
"Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb" - Prezident

27.05.2025 / 15:06
Tikinti şirkəti paraatlet Elmir Cəbrayılovu aldadıb - Baş Prokurorluq açıqlama yaydı...

27.05.2025 / 14:48
Toyda içib həmkəndlisini döyən nazirlik əməkdaşı məhkəmə zalında həbs edildi

27.05.2025 / 14:40
Prezident “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib - FOTO

27.05.2025 / 14:35
"Qərbdəki müsəlmanlar öz kimlikləri səbəbindən ayrı-seçkiliyə məruz qalırlar" - Samir Boudinar

27.05.2025 / 14:23
Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçında - azad ərazilərdə üçüncü hava limanının açılışı olacaq…

27.05.2025 / 14:12
"İslamofobiya ən çox cəhalətin mövcud olduğu yerlərdə kök salır" - Oussama Jammal

27.05.2025 / 14:07
Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

27.05.2025 / 13:59
Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib

27.05.2025 / 13:55
Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 13:51
Şahbaz Şərifin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına endi - FOTO

27.05.2025 / 13:43
İsxak Hersoq Prezident İlham Əliyevə məktub göndərdi

27.05.2025 / 13:37
93 min dolları ölkədən çıxaran şirkət cərimələndi

27.05.2025 / 13:35
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 13:25
Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışı oldu - FOTO

27.05.2025 / 13:23
Dələduzluqla 28 min manat ələ keçirən şəxs saxlandı

27.05.2025 / 13:20
"İslam memarlıq abidələri dinlərarası dialoqun önəmli vasitəsidir" - Damir Muhetdinov

27.05.2025 / 13:17
Beynəlxalq konfransda Avropa radikallaşma fonunda yayılan islamofobik ritorika müzakirə edildi

İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678