İran prezidentinin Bakı səfəri, səsləndirdiyi bəyanatlar erməniləri dəli etdi

“İcra et, bağışlamaq olmaz” cümləsində vergülü hara qoymalı,bax budur sual... Bu fikir ArmenianReportun analitiki Qalust Qriqoryanın qələmə aldığı “Çox böyük problem: nə etməli?” başlıqlı məqalədə yer alıb.İran prezidentinin Azərbaycana səfəri və verdiyi bəyanatlardan təşvişə düşən erməni müəllif yazısını belə davam etdirir.
Yaxşı, biz nə edəcəyik, necə reaksiya verəcəyik? Söhbət təkcə İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri ilə bağlı deyil, həm də onun Bakıda söylədiyi fikrlərlə bağlıdır. Müəllifə görə İran Prezidenti orada yumşaq deyilsə çoxlu lazımsız sözlər dilə gətirdi, Elə onun “Azərbaycan xalqının hüquqlarına hörmət edilməli və Qarabağ Azərbaycanın olmalıdır” bəyanatından başlayaraq. Bunu o, azərbaycanlı həmkarı ilə görüşündə deyib. Bəs İran İslam Respublikası prezidentinin Qarabağ adlandırdığı qondarma “Artsax” sakinlərinin hüquqları necə olsun?- deyə erməni müəllif özünü bilməməzliyə qoyur.Qriqoryan yana-yana davam edir.Xeyr, Məsud Pezeşkian bu barədə heç nə deməyib. Həm də təkcə azərbaycanlı olduğuna görə yox...Müəllif əsıi erməni məkrliliyilə fikirlərinə davam edir.Onlar əlaqələrin qurulmasını sürətləndirməkdə o qədər qətiyyətli idilər ki, İran prezidenti Şəhid Rəcai limanında baş verən partlayışla bağlı ölkəsində milli matəm elan edildiyi gün Bakıya gəldi. Bundan başqa, səfər günü dərhal bildirdi ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədən Yasin Hüseynzadəyə qarşı hökmün icrası ilə bağlı İranda bütün hazırlıq prosedurları başa çatıb. “İcra et, bağışlamaq olmaz” cümləsində vergülün hara qoyulması sualının cavabı bax burdadır. Bəli, İran prezidenti müasir Azərbaycanın əslində onun üçün nə olduğunu bizə xatırlatmaqdan həzz aldığını da danmadı:- Sitat-"Burada olduğum üçün özümü yad ölkədə hiss etmirəm. Sanki Təbrizdə, Ərdəbildəyəm. Sanki doğulub boya-başa çatdığımız və yaşadığımız İran Azərbaycanındayıq", - sitatın sonu.Əslində bu, müasir Azərbaycanın İranın bir hissəsinə çevrilə biləcəyinə dair qalın bir işarədən daha çox idi. Amma bu, rəsmi Tehranın planlarına görə, indi baş verməyəcək. Bu arada baş verənlər və eyni plana əsasən, Azərbaycanla dialoqun qurulması üçün hər şeyi etməyə dəyər. Hətta Ermənistanın İran üçün əhəmiyyətinin müvəqqəti də olsa azalması naminə olsa belə.... İstədiyiniz qədər inkar edə bilərsiniz, amma bu, reallıqdır,deyə vurğulayan erməni müəllif fikrini davam etdirir. Buna əmin olmaq üçün mayın 8-də Azərbaycana rəsmi səfər edəcək İsrailin baş naziri Benyamin Netanyahunun ayın 11-nə kimi orada qalacağı xəbərini oxumaq kifayətdir. Səfər zamanı Netanyahunu həyat yoldaşı Sara xanım da onu müşayiət edəcək. Kanın sözlərinə görə, səfər zamanı Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək. Bu müzakirələrdə İran məsələsinin xüsusi yer tutacağı aydındır. Bəli, Azərbaycana hansı yöndən, necə baxsan, bu münaqişədə də vasitəçi rolunu oynaya bilər. Ermənistan isə təəssüf ki, belə bir rol oynaya bilmədi. Əvvəla ona görə ki, İsraildə ölkəmizi belə bir statusda görmürlər. Onlar çoxdan və qətiyyətlə Azərbaycana ölümcül və ən müasir silahları lazımi miqdarda və vaxtlı-vaxtında tədarük etməkdə qərarlıdırlar. Bakıda isə buna cavab olaraq İsraili Türkiyə ilə barışdırmağa çalışırlar. Bir neçə gün əvvəl Bakıda İsrail və Türkiyə nümayəndələri arasında Suriyada tərəflər arasında toqquşmaların qarşısının alınması mexanizminin yaradılmasına həsr olunmuş görüş keçirildi. Bəli, bu heç bir nəticə vermədi. Amma yenə də Azərbaycanın yeni statusu faktının özü diqqət çəkir! Bundan əlavə, İsrail baş nazirinin səfərindən sonra may ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıya səfər edəcək. Formal olaraq iki səfər arasında heç bir əlaqə yoxdur. Rəsmi olaraq Türkiyə mənbələri xəbər verir ki, Ərdoğan ikitərəfli hökumətlərarası komissiyanın dördüncü birgə iclasında iştirak etmək üçün Azərbaycan paytaxtına səfər etmək niyyətindədir. Ancaq biz uşaq deyilik və hər şeyi mükəmməl başa düşürük. İstisna etmirəm ki, rəsmi Bakının bütün bu hərəkətləri son nəticədə ABŞ prezidenti Donald Tramp tərəfindən də lazımınca qiymətləndiriləcək.Sonda erməni müəllif əsil erməni həyasızlığıyla soruşur. Bəs Tramp “Artsax”ın Azərbaycana məxsus olması ilə bağlı nəsə desə, rəsmi Bakı ilə yaxınlaşma kursu elan etsə,onda biz nə edəcəyik? Məsələ burasındadır ki, necə baxsanız,hardan baxsanız hadisələrin bu cür inkişafının qarşısını almaq üçün bizim heç bir real mexanizmimiz yoxdur. Və bu çox böyük problemdir.
Surxay Əliyev