"Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması vacibdir"

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxış edib. Ə.Nağıyev bildirib ki, Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmalıdır. Xidmət rəisi qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd Əfqanıstanla bağlı məsələdə vahid mövqe ortaya qoyulmasıdır: "Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması, bu ölkədə əmin-amanlığın təmin edilməsi vacibdir. Bütün bunlar üçün region ölkələri və digər dövlətlər koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklər".
Mətləb Salahov