Fransa mediasından yanğında ölən 3 türk körpəyə qarşı İYRƏNC HƏRƏKƏT!

Fransız mediası ilə bağlı xoşagəlməz fakt açıqlanıb. Daima antitürk nifrəti ilə seçilən Fransa mətbuatı bu dəfə də "ənənəsinə" sadiq qalıb. Türkiyənin NTV telekanalının məlumatına görə, Fransalı jurnalistlər Almaniya ilə sərhəddəki Brumat kommunasında baş verən yanğında həlak olan etnik türklərdən olan ailənin üç uşağının şəxsiyyətlərini qəsdən qeyd etmir. "Faciənin qurbanları 13 yaşlı Ercin Kuru, 11 yaşlı Hatice və 5 yaşlı Melek olub. Avropanın müxtəlif yerlərindən Bryumata kədər içində olan ailənin qohum və tanışları axışıb gəlir", - deyə telekanal bildirir və yanğının səbəblərinin araşdırıldığını qeyd edir.
Mətləb Salahov