"Bu Platforma regional və qlobal çətinliklərin həllinə yönələcək" - braziliyalı professor

"Yaradılan yeni Qlobal Cənub QHT Platforması regional və qlobal çətinlikləri təşəbbüslərlə həll etməyə yönələcək." Bu fikri Braziliyanın Beynəlxalq Münasibətlər üzrə Tədqiqat İnstitutunun direktoru, professor Almir Lima Nascimento aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.
O bildirib ki, hazırda sosial və iqtisadi sahələrdə bir çox problemlərlə üz-üzəyik. Bu platforma, Qlobal Cənub çərçivəsində vahid cəbhə olaraq ədalətsizliyə, yoxsulluğa və iqlim dəyişikliyi kimi digər qlobal çağırışlara qarşı birgə mübarizəni vacib edir. Yeni şəbəkənin əhəmiyyəti, üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlıqdan asılıdır və bütün şəbəkə üzvləri bundan faydalanmalıdır. Almir Lima Nascimento platformaların yalnız dialoqla kifayətlənməyəcəyini, həm də yaradıcı həll yollarının tapılmasına köməklik göstərəcəyinə ümid etdiyini bildirib.
Mətləb Salahov